İSTİ XƏBƏRLƏR
» » 33 min il bundan əvvəlki cinayət

33 min il bundan əvvəlki cinayət



Alimlərin beynəlxalq qrupu paleolit dövrü insanının daşlaşmış qalıqları üzərində tədqiqat apararaq müəyyənləşdirmişlər ki, o, zorakı ölümə məruz qalmışdır. Bu, bəşər tarixinə məlum olan ən erkən zorakı ölüm faktı kimi tarixə düşmüşdür.

33 min il əvvəl yaşamış yaşlı bir insana aid olan kəllə sümüyü qalıqları ABŞ-ın Cənubi Transilvaniya ştatında, mağaradan tapılmışdır. Alimlər bir çox eksperimentlər edərək sağ sümüyü qırılmış kəllənin zədə səbəbini öyrənməyə çalışmışdır. Onlar xüsusi kəllə sümüyü düzəldərək ona 20 şəkildə zədə endirmiş, o cümlədən hündürlükdən aşağı atmış, daşla vurmuşlar. Məlum olmuşdur ki, 33 min il əvvəl ölmüş bu adam ölüm anında iki zərbə almışdır: kəllənin əsasında və kəllənin sağ tərəfində. 

Alimlər təxmin edirlər ki, bu şəxsə bir neçə dəfə dəyənəyə bənzər alətlə zərbə vurmuşlar. Demək o, bədbəxt hadisə nəticəsində deyil, döyülərək öldürülmüşdür. Alimlər o qənaətə də gəlmişlər ki, ola bilər ki, ölüm məhz kəllə zədəsindən yox, bədənin digər orqanlarının zədələnməsindən baş verib. Amma bu şəxsin yalnız kəlləsi əldə olduğu üçün bu qərarın doğruluğunu isbat etmək mümkünsüzdür.

Beləliklə, təhqiqatlar sübut etmişdir ki, paleolit dövrü insanlar üçün çox ağır dövr olmuşdur. Qətllər, zorakılıqlar o dövrün insanının davranış tərzində yer tutmuşdur.

Elə bu yerdə təəssüf hissi ilə söyləmək istəyirik ki, üçüncü minillik paleolit dövründən heç də geridə qalmır, insan cinayətkarlığının daha geniş vüsət alması ilə xarakterizə olunur. Heç uzağa getməyək, son bir ayda ölkə gündəmini tutmuş kriminal hadisələrin xronikasına baxaq:

- Qısqanclıq zəmində kişi keçmış həyat yoldaşını doğradı;

- 15 manata görə borc verənin sözü ilə borc alan qətlə yetirildi;

- "Hansı maddə ilə yatırdın" sualına görə keçmış məhbus iş yoldaşını öldürdü...

Sivilizasiya, İKT inqilabı dövründə insan xisləti budursa, 33 min il bundan əvvəl bir biçarənin dəyənəklə öldürülməsindən təəccüblənməyə dəyərmi?

Hara gedir insanlığın sonu?

Kamran

Rəy bildir +
Oxşar xəbərlər
70 yaşlı Əfsanələr şəhəri
13:5503 iyul

70 yaşlı Əfsanələr şəhəri

Qədim bir əfsanədə belə deyilir: "Sum boz çöllərlə irəliləməkdə davam edirdi. Taqətinin qalmadığı atdığı addımlarından açıq-aydın görünürdü. Bir qədər gedir, dayanır, əlini gözünün üstə qaldırıb önə baxırdı. Bir tərəfi bataqlıq, digəri kiçik iynəyarpaqlı ağaclar arasından keçərək irəliləyirdi.

Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik
16:4026 iyun

Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik

Yaxın Şərqdə geosiyasi proseslər növbəti gərginlik mərhələsinə qədəm qoyur. Əvvəllər də analoji keçidlər baş verib. Lakin bu dəfə mənzərəni daha riskli və gərgin edən düşündürücü faktorlar xeyli qabarıq şəkildə özünü göstərir. Və bunun özəl cəhətlərindən biri böyük dövlətlərin mübarizəsinin artıq

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

Neft və banan:  CİA ABŞ-a sərf etməyən  hökumətləri necə devirirdi
16:4411 iyun

Neft və banan: CİA ABŞ-a sərf etməyən hökumətləri necə devirirdi

Əsas məqsədlərindən biri dövlətin konstitusiya quruluşunun qorunub-saxlanılması olan xüsusi xidmət orqanları bəzən digər ölkələrdə onların maraqlarına zidd siyasət yeridən hakimiyyətlərin devrilməsində və ya ümumiyyətlə, həmin dövlətdə çevrilişlər həyata keçirərək dövlət quruluşunun

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO