İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR



Lətifələrin reytinqi

5-ci yer
Anekdotı.ru portalında həftənin lətifəsi 
Kurort şəhəri olan  Soçidə qız avtomat tərəziyə yaxınlaşıb qəpik atır və üzərinə çıxır. Göstəricini görüb narazı halda başını bulayır. Plaşını çıxarıb yenə qəpik atır, yenə nəticəyə baxır. Yenə narazı qalıb bu dəfə sviterini çıxarır, qəpik atır, nəticə yenə xoşagəlməz olur. 
Bu dəfə tuflisini çıxarıb qəpik atmaq istəyəndə kənardan onu süzən bir gürcü yaxınlaşıb söyləyir:
- Əzizim, dayan. Bundan o yana pul mənlikdir.

4-cü yer 
Bir dəfə bir azərbaycanlı ilə bir çinlinin mübahisəsi düşür. Azərbaycanlı çinliyə deyir:
- Sən heç bilirsən mən kiməm? Gözünü aç, gözümün içinə yaxşı bax. 
Istəyinə nail olmayan azərbaycanlı 3 dəfə bu sözü təkrarlayır. Axırda çinli dözməyib deyir:
- Bildim e, ancaq mənim gözüm bundan artıq açılmır axı.

3-cü yer
Dərdayıl güzəran dalınca Moskvaya gedir. Bir gün həmyerliləri ilə yeyib içirmiş, araq qurtaranda həmyerliləri ona deyirlər ki, get gəz, harda ən böyük növbə gördün, bil ki, araq satırlar, al gəl. 
Dərdayıl gedib Qızıl Meydana çıxır, görür ən böyük növbə burdadır, "Lenin mavzoleyi" yazılan yerə yüzlərlə insan növbəyə dayanır.
O da növbəyə durur, düz səkkiz saatdan sonra növbəsi çatır. 
Həmyerlilərinin yanına əliboş qayıdanda onlar səbəbini soruşurlar, deyir:
- Qardaşlarım, çox uzun növbə idi. Növbə mənə çatanda gördüm araq-filan qurtarıb, satıcını da öldürüb şüşənin altına salıblar.

2-ci yer
Bir zənci çiynində də tutuquşu Tarqovıdan keçirmiş. Pivə içən bir kişi diqqətlə onları süzüb zəncidən soruşur:
- Sən onu hardan tapmısan? 
Tutuquşu cavab verir:
- Afrikadan. Orda beləsi milyonlarladır. 

1-ci yer
- Elarizin konsertinə bilet lazım deyil ki?
- Neçəyədir?
- Havayı verərəm
- Yo-x. Baha deyirsən.

Olmuş hadisə

Katibə vəzifəsinə düzəlmək istəyən A. müdirin qəbuluna girir. Müdir soruşur:
- Əvvəlki iş yerinizdə nə qədər maaş alırdınız?
-  300 manat.
- Mən məmnuniyyətlə sizə 500 verəcəm. 
- Mənuniyyətə görə mən orada əlavə 600 alırdım!

Bilici

Qızların evlilik tələbləri. 
18 yaş: hədsiz varlı olsun.
25 yaş: məndən varlı olsun.
30 yaş: bir işi olsun.
35 yaş: canı sağ olsun. 

Sitat

"Ən yaxşı idman arvad sözüylə oturub durmaqdır, bütün bədənin sağ-salamat qalır".

Təklif

Biz öz ölkəmizin turizm potensialını bacarıqla ortaya qoymaqdayıq. Məsələn, Bakının, Qobustanın, Şəkinin tarixi abidələrini, Qəbələnin, Qubanın, Göy-gölün gözəlliklərini, Naftalanın, Düzdağın, Qalaltının müalicəvi əhəmiyyətini əldə rəhbər tutur, üstəlik, Formula 1 kimi idman turizmi vasitəsindən yaxşıca istifadə edə bilirik. 
Bir təklifimiz var. Yayın iyul-avqust aylarında  Kürdəmirdə 50 dərəcə isti olur. Cinayətkarlara cəza üsulu tapa bilməyən pullu Avropa ölkələrinə, gəlin, təklif göndərək ki, ən sərt cəza kimi cinayətkarı Kürdəmirə sürgün etsinlər. 
Yaxın 3-4 ildə Avropada daha heç bir köpəkoğlu cinayət törətməz, inanın!

Məsləhətçi 

Əgər siz dünyanı dəyişmək istəyirsinizsə, mütləq bunu evlənənə kimi eləyin.
Çünki evlənəndən sonra heç evinizdə televizorun kanalını da dəyişə bilməyəcəksiniz. 

Yenə məktəb dialoqu

Müəllim: 
- Düzünü de, ev tapşırığını kim edib?
Şagird:
- Vallah xəbərim yoxdur. Mən yatmışdım. 

Təəssüf

Vosmoyda yaşayan Məmişin Obyedinyonnıda yaşayan çoxillik dostu İbişi öldürməsi səbəbi bəlli oldu. 
İbiş görün bir əziz dostuna qarşı necə haqsızlıq edibmiş. Əlbəttə ki, bu dözülməz dərddir, qəbulediməz acıdır.
İbiş Məmişin facebook-dakı statuslarına like qoymurmuş.   

Təlim

Öyrənci: 
- Mən niyə inkişaf etmirəm, ustad?
Oşi:
- Sən günəş batan zaman dənizin üzərində uçan qağayıları izləmisən? 
Öyrənci:
- Bəli, ustad!
Oşi:
- Bəs sən şəlalədən zərblə tökülən suyun xırda daşları necə qırdığını izləmisən?
Öyrənci:
- Bəli, ustad!
Oşi:
- Bəs sakit suda Ayın zərrələrinin əks olunmasını necə, izləmisən?
Öyrənci:
- Bəli, ustad!
Oşi:
- Sənin  problemin bundadır ki, bütün günü gic-gic şeylərə baxırsan! Get, işinlə məşğul ol.
"Dəyişək, inkişaf edək" təlimindən.

Məktəb dialoqu

Qazax rayonu, Salahlı kəndi. Rus dili dərsi. 
Müəllim:
- Şahvələdov, vstan!
Şagird:
- Vstanmerəm 
Müəllim:
- Vstanajaxsan.
Şagird:
- Vstanmayajam. 

Dialoq

- Ay Allahverən, bəri bax, ayə, sənin inəyin papiros çəkirmi? 
- A qıvlasız, dəlisən, nəsən? İnək də papirosmu çəkər?
- Onda yüz faiz sənin tövlən yanır. 

Feysbuk statusu

"Biz universitetdə oxuyanda, karyera quracağıq deyib külüng döyərdük. Bu müddətdə uninin qarşısında dönər satan dönərçi özünə villa və cip aldı".
Rəy bildir +
Oxşar xəbərlər
Oxumasanız da olar
18:0126 iyun

Oxumasanız da olar

  Bir qız ağ atlı oğlanı gözləyə-gözləyə ayları illərə calayır. Və bir gün də ağ çantalı poçtalyon gəlib onun təqaüdünü gətirir.

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"
17:0726 iyun

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"

Iyunun 21-də sumqayıtlıların sevə-sevə Hümbət həkim adlandırdıqları Hümbət Həsənoğlu Quliyev 64-cü doğum gününü qeyd etdi. Qərara gəldik ki, bu münasibətlə onu "Qonaq otağı"nda qonaq edək. Kimdir Hümbət Həsənoğlu? Həkim, biznesmen, yazar. Ən əsası, vətən təəssübkeşi.

Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.  -  Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

OXUMASANIZ DA OLAR
11:1724 may

OXUMASANIZ DA OLAR

Telefon mağazasına gələn qoca bir kişi usta güşəsinə yaxınlaşıb telefonunun işləmədiyindən şikayət edir və ustadan xahiş eləyir ki, telefonunu düzəltsin. Usta telefona baxdıqdan sonra onu qocaya qaytarır, deyir, ağsaqqal, bu telefon işlək vəziyyətdədir, xarab-zad deyil. Bunu eşidən qocanın gözləri

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor