İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda fərqlənmə attestatı alanların sayı açıqlanıb

Sumqayıtda fərqlənmə attestatı alanların sayı açıqlanıb



Sumqayıt Şəhər Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin tam orta və ümumi orta təhsil səviyyələrini bitirmiş məzunlara fərqlənmə attestatları təqdim olunur. Şəhər təhsil şöbəsinin müdiri Arzu Alızadə AZƏRTAC–a bildirib ki, ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 130, tam orta təhsil səviyyəsi üzrə 107 nəfər fərqlənmə attestatı ilə bitirib.

Fərqlənmə attestatları alan şagirdlərin sayına görə birinci yerdə 18 məzunla (onlardan 5-i qızıl medal alıb) Təbiət Elmləri Təmayüllü Gimnaziya, ikinci yerdə 15 məzunla Texniki Təbiət Elmləri Liseyi gəlir.

Təhsil müəssisələrində məzunlara fərqlənmə attestatlarının təqdim olunması məqsədilə təntənəli təqdimatlar keçirildiyini deyən Arzu Alızadə belə tədbirlərin daha yüksək nailiyyətləri olan məzunların nümunəsində şagirdləri gələcək uğurlara ruhlandırmaq, onların təhsilə, mütaliəyə motivasiyasını daha da artırmaq məqsədilə keçirildiyini bildirib. Qeyd edib ki, fərqlənmə attestatları təhsil müddətində nümunəvi davranışı ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 olan, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər fənn üzrə azı 75 bal toplayan, tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər fənn üzrə 5 qiymət alan və azı 75 bal toplayan məzunlara verilir.

“Məzunlara fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir”, - deyə Arzu Alızadə əlavə edib.
Rəy bildir +
Oxşar xəbərlər
Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Sumqayıt əhalisinin sayı açıqlanıb
14:4618 may

Sumqayıt əhalisinin sayı açıqlanıb

Sumqayıtda yaşayan əhalinin sayı açıqlanıb.  Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsindən ONA-ya verilən məlumata görə, 2019 - ci ilin aprel ayının 1-nə olan məlumata görə, Sumqayıt şəhər ərazisinin əhalisi 343,5 min nəfər olub.

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO