İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışovun xatirəsi anılıb

Sumqayıtda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışovun xatirəsi anılıb



Sumqayıt şəhər S. Vurğun adına Mərkəzi Kitabxananda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışova həsr olunmuş anım tədbir keçirilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə şəhidlərimizin doğum günləri ilə əlaqədar reallaşan tədbir onların uyuduqları son mənzildə- Sumqayıtın “Şəhidlər xiyabanı” memorial kompleksdə baş tutub.

AZƏRTAC xəbər verir ki, yazıçı Hafiz İmamnəzərli igidlərimizin həyatı, keçdikləri şərəfli döyüş yolu haqqında geniş məlumat verib.

Sonra polkovnik Raquf Orucov və gizir Seymur Baxışovun ailə üzvləri, döyüş yoldaşları, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Axundova və Sumqayıt şəhər MKS-in direktoru Yeganə Əhmədova şəhidlərin göstərdiyi qəhrəmanlıqlardan danışaraq bildiriblər ki, Ali baş komandan İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan Silahlı Qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi gün çox da uzaqda deyil və Raquf, Seymur kimi şəhid hərbçilərimizin qanı yerdə qalmayacaq.

Tədbir S. Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin nəzdində fəaliyyət göstərən Sabir Sarvan adına uşaq poeziya klubunun üzvlərinin ifasında vətənpərvərlik mövzusunda səslənən şeirlərlə davam edib.
Rəy bildir +
Oxşar xəbərlər
Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır
23:0818 iyun

Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır

İyunun 18-də Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat nümayəndələri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.