İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda fəaliyyət göstərən şirkət Türkiyə vətəndaşını aldadıb?

Sumqayıtda fəaliyyət göstərən şirkət Türkiyə vətəndaşını aldadıb?



Türkiyənin Hatay vilayətinin sakini Mehmet Çalışır Sumqayıtda fəaliyyət göstərən "Üstay" şirkətindən şikayətçidir. Deyir ki, şirkət onun əmək haqqını mənimsəyib.

"11 ildir Azərbaycanda yaşayıram, azərbaycanlı xanımla evliyəm və 3 qız övladım var. Hazırda kirayədə yaşayıram, işsizəm. Xatırladım ki, mən "Üstay Yapı Taahhüt və Ticarət Anonim" şirkətinin Sumqayıtda fəaliyyət göstərən filialına Şevqet Yıldız adlı soydaş tərəfindən dəvət edilmişəm. "Üstay" şirkəti Technip FMC tərəfindən götürülən, "Azərikimya" İB-nin Etilen-polietilen zavodu üçün "EP-300" layihəsi çərçivəsində görüləcək tikinti işlərinin tenderini qazanıb, boru xətti çəkmək və onları boyamaq işlərini həyata keçirir. Bu layihənin rəhbəri isə Musa Kırıcı olub. "Üstay"a dəvət edəndə mənə minimum 1500-2000 manat arası maaş vəd etdi. Amma sonradan aydın oldu ki, məni aldadıblar. Belə ki, reallıqda ilk vaxtlar mənə 700, son iki ayda isə cəmi 800 manat maaş verilib".

M.Çalışır redaksiyamıza ünvanladığı məktubda həyat yoldaşının ağır şəkər xəstəsi olduğunu, hər gün insulindən istifadə etdiyini diqqətə çatdırır: "Üstəlik, bir böyrəyi sıradan çıxır, verilən maaş onun müalicəsinə, evin xərclərini ödəməyə çatmır. Halbuki  Türkiyə qanunları ilə mən işçi kimi "vizion" qrupunda olduğumdan 1600 avrodan aşağı maaş ala bilməzdim. Yəni "Üstay" şirkətinin Sumqayıtdakı layihə rəhbərliyi bunu bildikləri halda mənim haqqımı yeyiblər və hüquqlarımı tapdalayıblar".

Bildirir ki, onun kimi türk işçi statusunda olanlara və yerli fəhlələrə də qat-qat çox maaş veriblər:

"Mənim kimi "Üstay"da Azərbaycan vətəndaşı olan xanımlarla evli olan 6 türk vətəndaşı da var idi ki, onlara məndən fərqli olaraq yüksək maaş veriblər. Burada eyni işdə işləyən azərbaycanlı işçilər, qaynaqçılar, boyaçılar saatı 7 manata işlədikləri halda mənə onlardan da az əmək haqqı veriblər. Üstəlik, məni stabil saat hesablı maaşla işlətdikləri halda iş saatından əlavə işlədiyimiz saatlara görə əlavə pul yazılmayıb.

Halbuki əlavə iş saatlarına görə mənə stabil maaşdan - 800 manatdan əlavə 500 manat pul verilməli idi. Mən artıq 6 saat iş saatımdan sonra əlavə işləyirdim. Buna görə mənə 1 qəpik də pul yazmırdılar. İdarə rəhbərinin əlinin altında 6 nəfər saat hesabı əmək haqqı ilə işləyən işçilər olurdu. Üstəlik, mənim kimi işçilərin əksəriyyəti qanunsuz olaraq əmək müqaviləsiz işlədilib".

Mehmet Çalışır qeyd edir ki, "Üstay" şirkəti onun şikayətinə ədalətlə yanaşmır: "Mənim maddi vəziyyətim get-gedə daha da acınacaqlı duruma düşür.  Çox çətin vəziyyətdə, ailəmi çox çətinliklə dolandırmağa çalışdığım, heç bir yerdən gəlirim olmadığı halda, öz haqqımı tələb etdiyimə görə məni şou yaratmaqda ittiham etmək çox böyük haqsızlıqdır. "Üstay" şirkəti tərəfindən yeyilən  əmək haqqımın təmin olunması üçün mənə yardımçı olmağınızı xahiş edirəm".

Redaksiyadan: "Üstay" rəsmilərinin mövqeyini öyrənmək üçün şirkətin saytında Bakı nümayəndəliyinin  + 99 412 310 02 05 + 994 50 295 12 72 telefon nömrələrinə israrlı zənglərimiz cavabsız qaldı. Bununla belə, şirkət rəsmilərinin mövqeyini dinləməyə, qəzetdə dərc etməyə hazırıq.


E.MƏMMƏDLİYEV

Rəy bildir +
Oxşar xəbərlər
Türk iş adamları Sumqayıt  Texnologiyalar Parkında
16:1813 iyul

Türk iş adamları Sumqayıt Texnologiyalar Parkında

İyulun 11-də Türkiyənin İzmir şəhərindən olan 30-dan çox iş adamı Cənubi Qafqazın ən iri sənaye kompleksi - "Sumqayıt Texnologiyalar Parkı" MMC-də (STP) olublar. Qonaqların parkı ziyarəti Türkiyənin "Çərkəzköy Ticarət və Sənaye Palatası"nın təşkilatçılığı, İqtisadiyyat Nazirliyinin və Türkiyənin

"Azərbaycanın əsas prioriteti inkişaf etmiş ölkələrin bazarlarına yol tapmaqdır"
14:1603 iyul

"Azərbaycanın əsas prioriteti inkişaf etmiş ölkələrin bazarlarına yol tapmaqdır"

Azərbaycan dünyanın müxtəlif ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsini və  öz məhsulları üçün yeni bazarlar tapmağı qarşıya məqsəd qoysa da, dünyada elə ölkələr var ki, Azərbaycanın bu ölkələrlə ticarət dövriyyəsi sıfıra bərabərdir. Yəni onlarla ya idxalda, yaxud da ixracda ölkəmizlə

Qaçaq Nəbinin Sumqayıtda yaşayan kötücəsi Həcər danışır:  "Bu sevginin həqiqətən də real tarixi, mənəvi kökləri var..."
16:1813 iyun

Qaçaq Nəbinin Sumqayıtda yaşayan kötücəsi Həcər danışır: "Bu sevginin həqiqətən də real tarixi, mənəvi kökləri var..."

Qaçaq Nəbinin Sumqayıtda yaşayan kötücəsi Həcər Əkbərova  ulu babası və nənəsi haqqında həqiqətləri gələcək nəsillərə çatdırmaq istəyir.

180 manatdan aşağı  maaş verənlər cərimələnəcək
19:0214 may

180 manatdan aşağı maaş verənlər cərimələnəcək

İş yerlərində əmək haqqının minimum məbləğinin 180 manat müəyyən edilməsinə e-sistem vasitəsilə nəzarət olunur.

AB ölkələri ABŞ dolları olmadan da İranla ticarət əməliyyatları aparacaq ? - Münasibət
10:0513 fevral

AB ölkələri ABŞ dolları olmadan da İranla ticarət əməliyyatları aparacaq ? - Münasibət