İSTİ XƏBƏRLƏR
» » 34 şəhər və rayon dotasiya almadan özünü maliyyələşdirir

34 şəhər və rayon dotasiya almadan özünü maliyyələşdirir



Sumqayıt da bu sıradadır

2004-2018-ci illər ərzində reallaşdırılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının təhlili göstərir ki, ötən müddətdə ölkənin makroiqtisadi göstəricilərində regionların xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Bu fikiri Baş nazir Novruz Məmmədov bildirib.
N.Məmmədov qeyd edib: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin 11 fevral 2004-cü il tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", 14 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və 2014-cü il 27 fevral tarixli "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların iqtisadi inkişafında tamamilə yeni səhifə açmış, insanların kəndlərdən şəhərlərə axınının qarşısını almış, xüsusilə də qeyri-neft sektorunun, sahibkarlığın inkişafına xüsusi təkan vermişdir.
N.Məmmədovun sözlərinə görə, statistik göstəricilər son 15 ildə Azərbaycan iqtisadiyyatının inkişafını və dayanıqlılığını bir daha təsdiq edir: "Ötən dövrdə ölkənin strateji valyuta ehtiyatları 27 dəfə artaraq 46,7 mlrd. ABŞ dollarına çatmışdır. 2004-2018-ci illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,7 dəfə artmışdır. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri dinamik olaraq artmış, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olmuşdur.
Görülən tədbirlərin nəticəsi olaraq bölgələrdəki rayon və şəhərlərlə paytaxt Bakı şəhərinin inkişafı arasındakı fərq getdikcə azalır. Dövlət proqramları nəticəsində regionların tərəqqisinə 50 milyard manatdan çox vəsaitin yatırılması inkişafdakı tarazlığı təmin etmişdir. Yalnız onu demək kifayətdir ki, 2019-cu ildə Azərbaycanın 34 şəhər və rayonu mərkəzdən dotasiya almadan özünü maliyyələşdirir. Son 15 ildə açılmış 1,9 milyona yaxın iş yerinin 50 faizdən çoxunun məhz regionların payına düşməsi də Azərbaycan Prezidenti cənab İlham Əliyevin regional siyasətinin uğurlarının əyani təcəssümüdür.

Rəy bildir +
Oxşar xəbərlər
Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır
23:0818 iyun

Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır

İyunun 18-də Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat nümayəndələri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.

Sadəcə, 5!
17:1312 iyun

Sadəcə, 5!

O siyasi idarəçilik formaları uğur qazanır ki, institutlaşmış təcrübə ilə real, yerli vəziyyətin təhlili əsasında formalaşdırılmış modelə əsaslanır. Sumqayıtda administrativ idarəetmədə son 4 il üçün əsas xarakterik fərq ondadır ki, şəhərin idarə olunması daha öncə bu sahədə kifayət qədər təcrübəsi

Neft və banan:  CİA ABŞ-a sərf etməyən  hökumətləri necə devirirdi
16:4411 iyun

Neft və banan: CİA ABŞ-a sərf etməyən hökumətləri necə devirirdi

Əsas məqsədlərindən biri dövlətin konstitusiya quruluşunun qorunub-saxlanılması olan xüsusi xidmət orqanları bəzən digər ölkələrdə onların maraqlarına zidd siyasət yeridən hakimiyyətlərin devrilməsində və ya ümumiyyətlə, həmin dövlətdə çevrilişlər həyata keçirərək dövlət quruluşunun

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO