İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular


Soğan

Bu həftə mətbəximizin bəzəyi olan bu tərəvəz tarixə adının çox hallanması ilə düşdü.

Öncə İmişlidə keçirilən "Sənaye bitkilərinin istehsalı və emalı kooperativinin" təsis konfransı zamanı kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev soğandan bəhs edərək söylədi: "Bu il bol məhsul var, buna görə də soğanın qiymətində azalma var. Hətta ötən il Azərbaycandan xarici ölkələrə də soğan ixracı həyata keçirilib".

Ardınca da bəlli oldu ki, yaxın vaxtlarda "Azərbaycan Soğan İstehsalçıları və İstehlakçıları" İctimai Birliyi də yaradılacaq.

Yeri gəlmişkən, xalqımızın zərb məsəllərindəndə, xatırlayırsınızsa, soğanın adı az keçmir. (Məsələn, "Nağd olsun, soğan olsun", "Soğan yeməmisənsə, için niyə göynəyir" və s.).

R.S. Əminliklə deyə bilərik ki, biz həm də soğansevər xalqıq.

Qarpız

Bu həftə mövsüm pikini yaşayan qarpızın isə adı mənfi mənada tarixə düşdü. Belə ki, Biləsuvar rayon sakini Cəmilə Əlizadə qarpızdan zəhərlənmə diaqnozu ilə həyatını itirdi.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qarpızdan ölməmək üçün şərtlər açıqladı. O bildirdi ki, 1 kq qarpızın tərkibində maksimum 60 milliqram nitrit - gübrə məhsulu olmalıdır. Halbuki, qarpız becərənlər daha çox qazanmaq üçün məhsula daha çox gübrə yedirdirlər ki, həm tez yetişsin, həm də iri olsun.

1. Normal halda, dərman vurulmadan qarpız ancaq avqustun ortalarında yetişir.

2. Azərbaycanda ekoloji cəhətdən təmiz və orqanik  qarpız 5-6 kilodan çox olmalı deyil.

3. Normal qarpızın qabığı yarım santimetrdən artıq olmamalıdır.

4. Özəyində ağ zolaqlar olmamalıdır.

5. Ona bıçaq vurulan kimi partlamalıdır.

P.S. Yaşamaq istəyirsiniz, elə deyilmi?

Naqif Həmzəyev

Bu həftə bir sıra şəxslər "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif edildilər. Onların sırasında YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyevin də adına rast gəldik.

Qeyd edək ki, əsasnaməyə görə "Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi" yubiley medalı ilə AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cumhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

P.S. Siyahını hazırlayıb təsdiq üçün dövlət başçısına göndərənlər Naqif müəllimin təltifini istəyərkən, görünür əsasnaməyə diqqət etməyiblər, axı orada təltifolunma şərti kimi "Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını təhqirə görə" ifadəsi yazılmayıb.

Naqif Həmzəyev isə Azərbaycan ictimaiyyətinə məhz Rəsulzadəni təhqir etməsi ilə tanınır.


Donald Tusk

Bakıya səfəri zamanı Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən, eyni zamanda "Bu münaqişə hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdır" bəyanatını verən Avropa İttifaqının Prezidenti Donald Tusk ardınca Ermənistana səfər etdi, amma  baş nazir Paşinyan və digər erməni rəsmiləri nə qədər çalışsalar da ondan "Millətlərin öz müqəddəratını təyin etmək hüququ" barədə  söz ala bilmədilər. Bu, erməniləri tam məyus etdi. Analitik Armen Badalyan "Sputnik Armeniya" saytına müsahibəsində bu faktın erməni ictimaiyyətində ciddi narazılıq doğurduğunu bəyan etdi.

P.S. Güman edək ki, düşmənlərimiz çox tez-tez belə məyus olacaqlar.


Bərkgedən bakılı

İyulun 10-da Böyük Britaniyanın dünyaşöhrətli Bentley şirkətinin 100 illiyi münasibəti ilə 100 ədəd esklüziv Mulsanne W.O. Edition avtomobilləri buraxılmışdır. Baza qiyməti 500 min avro olan bu möcüzəli avtomobilin dünya avtomobil industriyası tarixinə düşəcəyini şərtləndirən təkcə onun texniki cəhətdən ən modern və rahatlıq cəhətdən ən lyuks təminatı deyil, bir də odur ki, bu avtomobil "Bentli" şirkətinin yaradıcısı Yolter Ouen Bentlinin 1930-cu ildə özü üçün yığdığı Bentley 8 Litre (GK 706) avtomobilinin əsasında hazırlanmışdır. Bu, inanılmaz bir uğur hesab edilir.

100 ədəd yeni avtomobili istehsal etməklə şirkət rəhbərliyi potensial alıcı kimi əlbəttə ki, ərəb milyardçı şeyxlərini, Forbes siyahısına düşən dünyanın ən varlılarını, avtomobil kolleksiyaçılarını nəzərdə tuturlar.

Amma budur, avtomobil satışa çıxandan cəmi 2 gün sonra onun ilk alıcılarından biri azərbaycanlı qaqaş oldu. Hazırda Mulsanne Bakı küçələrində şütüməkdədir.

P.S. "Hansı pullara" sualını xahiş edirik ki, verməyəsiniz.


Müşfiq Abbasov

Bu həftə "Bu şəhərdə"nin ssenaristi Müşfiq Abbasov məhkəmə qalmaqalı ilə gündəmə gəldi. Belə ki, onun 2013-cü ildə Həsənova Gülrüx Sənan qızından 240 min manata aldığı evini 15 dəqiqəlik məhkəmə prosesinin qərarı ilə əlindən aldılar.

Sən demə, bu evi Gülrüx xanıma xalasının əri Fərrux Həsənov alıb veribmiş. Fərrux Həsənov vəfat etdikdən sonra  onun həyat yoldaşı Mehriban Həsənova evi geri istəyib, mübahisə predmeti ta ki, bu günədək gündəmdə qalıb. Nəhayət, məhkəmə Mehribanın xeyrinə qərar qəbul edib və bu qərarla da ev bütün bunlardan bixəbər olan Müşfiqin əlindən alınıb.

P.S. Rafaellə Coşqun bundan sonra hər il konsertlərində mütləq məhkəməni yıxıb sürüyəcəklər, bu dəqiqdir!

Rəy bildir +
Oxşar xəbərlər
5 manatlıq və 7,2 min dollarlıq qarpızlar
15:3520 iyun

5 manatlıq və 7,2 min dollarlıq qarpızlar

Bu arada, əziz oxucularımız, qarpız mövsümünüz mübarək. Artıq dükan-bazarda piştaxtalardan bu yaşıl üzlü, qırmızı içli gözəl üzümüzə gülümsəyərək öz bal şirinliyindən dadmağımızı istəyir. 

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
10:1322 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Şuşanın işğalı günündə Şuşaya gedib nümayişkəranə şəkildə orada "Yallı" oynayan Ermənistanın rəhbəri Nikol Paşinyanın bu hərəkətinə bizim olmayan Şuşanın bizim olan icra başçısı Bayram Səfərovun reaksiyası opponentini qarğamaqdan ibarət oldu. Belə ki, Bayram müəllim fakta münasibətini mediaya bu

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə