İSTİ XƏBƏRLƏR
» » Ən dadlı qidanın böyük təhlükəsi

Ən dadlı qidanın böyük təhlükəsi



"Əriyəndən sonra yenidən dondurulan dondurmalar zəhərlənməyə səbəb ola bilər". Bu  sözləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Rəna Kəngərli deyir.

Mütəxəssis bildirir ki, buna görə də istehlakçılar dondurma alarkən onun qabına diqqət yetirməlidirlər: "Əgər dondurmanın qabı əzilibsə, deməli, əriyib və sonra təkrar dondurulub. Yenidən dondurulma isə həm məhsulun dadına mənfi təsir göstərir, həm də zəhərlənmə təhlükəsini artırır".

R.Kəngərlinin sözlərinə görə, bu gün satışda meyvəli dondurma adı altında satılan dondurmaların çoxunda meyvədən yox, rəngləndiricilərdən istifadə edilir. Mütəxəssis deyir ki, sarı rəngdə olan dondurma limonlu dondurma sayılır: "Ancaq istehlakçı bilməlidir ki, əgər dondurmanın rəngi tünd sarıdırsa, orada rəngləndiricidən istifadə olunub. Çünki limon əlavə edilmiş dondurma ağ rəngdən sarıya nadir hallarda çevrilə bilər, tünd sarı ola bilməz. Dondurmalara vurulan bu sintetik rəngləndiricilər allergik xəstəliklərə yol açma potensialına malikdir".

R. Kəngərli keyfiyyətli dondurmalarla bağlı məsələyə də aydınlıq gətirdi. O, bildirir ki, satışda bitki mənşəli dondurmalarla yanaşı, kərə yağı istifadə edilən dondurmalar da var. O, ən keyfiyyətli dondurmaların da məhz kərə yağı tərkibli dondurmalar olduğunu söyləyir. Həmsöhbətimiz bildirir ki, belə dondurmalar qiymətinə görə baha olur. Mütəxəssisin sözlərinə görə, dondurmanın keyfiyyətini istehlakçı özü də vizual baxışla müəyyən edə bilər: "Əgər dondurmanın üzəri bərq vurursa, buz kristalları varsa, deməli o keyfiyyətli dondurma deyil. İstehlakçılara bir də əsas tövsiyəm odur ki, əzik dondurmaları almaqdan birmənalı olaraq çəkinsinlər. Məhsulun son istifadə tarixinə fikir versinlər".

O, hər dondurmanın saxlanılma və istifadə müddətinin fərqli olduğunu söyləyir. R. Kəngərli bildirib ki, dondurmanın ev şəraitində də saxlanılması qaydasına riayət edilməlidir: "Dondurmalar digər qida məhsulları ilə, məsələn, toyuq, balıq məhsulları və s. ilə eyni soyuducuda saxlanmalı deyil. Digər qidalarla eyni soyuducuda saxlanma dondurmanın keyfiyyətini pozmaqla yanaşı, onun tərkibində zərərli mikroorqanizmlərin inkişafına səbəb ola bilər. Qeyri-düzgün və antisanitariya şəraitində satılan dondurmalar asanlıqla yararlı qida məhsulundan təhlükəli məhsula çevrilə bilir".

Rəy bildir +
Oxşar xəbərlər
Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"
17:0726 iyun

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"

Iyunun 21-də sumqayıtlıların sevə-sevə Hümbət həkim adlandırdıqları Hümbət Həsənoğlu Quliyev 64-cü doğum gününü qeyd etdi. Qərara gəldik ki, bu münasibətlə onu "Qonaq otağı"nda qonaq edək. Kimdir Hümbət Həsənoğlu? Həkim, biznesmen, yazar. Ən əsası, vətən təəssübkeşi.

“Qatarda 18 əhvalat"  adlı yeni kitab
17:0920 iyun

“Qatarda 18 əhvalat" adlı yeni kitab

Yazıçı Aləm Kəngərlinin "Qatarda 18 əhvalat" adlı yeni kitabı oxucuların ixtiyarına verilib. Kitab "Qanun" nəşriyyatında çap olunub. Bu, "Naməlum adam"dan sonra Aləm Kəngərlinin oxuculara təqdim etdiyi ikinci nəsr kitabdır. Kitabın redaktoru Fərzuq Seyidbəyli, korrektoru Hicran Hüseynova, ön sözün

"Əgər hər iki valideyndə allergiya varsa..."
15:4407 iyun

"Əgər hər iki valideyndə allergiya varsa..."

Müsahibimiz akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-allerqoloqu Vəfa Tarverdiyevadır.

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür