İSTİ XƏBƏRLƏR
» » Bu qidalar uşaqlarda bu xəstəliklərə səbəb ola bilər

Bu qidalar uşaqlarda bu xəstəliklərə səbəb ola bilər



Uşaqlarda məktəbəqədər və məktəb dövrü intensiv boy artımı, skeletin və əzələlərin böyüməsi ilə müşayiət olunan dövrdür. Orqanizmin inkişafı əsasən bu yaşlardan başlayır. Uşaqların düzgün qidalanması bu prosesdə böyük əhəmiyyət daşıyır. 

Normal yuxu və balanslaşdırılmış şəkildə qidalanma uşaqların inkişafına müsbət təsir göstərir. Günə səhər yeməyi ilə başlamaq ilkin şərtlərdən biridir. Bu dövrdə uşaq orqanizmində aktiv inkişaf gedir, ona görə uşaqların yaşına və orqanizmin tələbatına uyğun qida rejimi təşkil edilməsi tövsiyyə olunur. Gündəlik qida menyusuna zülal, karbohidrat, yağ, vitamin, mineral olan qida məhsulları daxil edilməlidir. Qeyri-sağlam qidalanma uşaqlarda mədə, ürək-damar, hipertoniya və s. kimi bir sıra xəstəliklərin yaranmasına səbəb ola bilər. Səhər yeməyində süd və süd məhsulları, yumurta, bal, quru meyvə, çərəz, mövsümə uyğun təzə meyvə və tərəvəzlərin istehlakı məqsədəuyğun hesab edilir.

Qida Təhlükəsizliyi Agentliyi açıqladığı məlumatda normal səhər yeməyinin uşaqların fiziki inkişafını sürətləndirməklə yanaşı, qavrama qabiliyyətini artırdığını, yorğunluğu aradan qaldırdığını bildirib.

Böyüməkdə olan uşaq orqanizminin kalsiuma və vitamin D-yə ehtiyacı daha çoxdur. Bu baxımdan süd, pendir, kəsmik kimi məhsulların qəbulu vacibdir. Süd və süd məhsulları sümüklərin, diş əzələsinin güclü olması üçün lazımlı kalsium, riboflavin və B 12 mənbəyi hesab edilir. Yumurta zülal mənbəyidir ki, uşaqların zehni inkişafına müsbət təsir göstərir, eləcə də dəmir, B qrupu vitaminləri və minerallarla zəngindir. Meyvə və tərəvəzlər A, E, C və B qrup vitaminləri həmçinin Ca, K, Mg mineralları ilə zəngindir.

Qida maddələrinin gündəlik qəbul edilməli miqdarı uşaqların yaş qrupundan asılı olaraq müxtəliflik təşkil edir. Qidaların normadan çox və normadan az qəbul edilməsi bir sıra fəsadlara gətirib çıxara bilər. Qidaların normadan az qəbul edilməsi böyümə və inkişafda geriləmə, infeksion xəstəliklərə həssaslıq ilə nəticələnir. Qidaların normadan çox qəbulu isə piylənməyə səbəb olur ki, bu da gələcəkdə hipertoniya, ürək-damar xəstəlikləri, diabet riskini artırır.

Səhər yeməyi ilə nahar fasiləsi arasında uşaqların qəlyanaltı qəbul etməsi məqbul hesab edilir. Qəlyanaltıya evdə hazırlanmış sendviçlər, meyvə və tərəvəzlər, lifli qidalar daxil edilsə yaxşı olar. Bu qəlyanaltıda "fast food" qidalar, çipsilər, paketlənmiş suxarilər, qazlı-şəkərli sular, energetik içkilər, yağlı və şəkərli un məmulatlarından istifadə edilməməsi məsləhətdir. Belə ki, qeyd olunan qidaların kalorisi çox olsa da, qida dəyəri olduqca azdır və bunlar piylənmə, hipertoniya, mədə-bağırsaq xəstəlikləri, diş çürümələrinə səbəb ola bilər. Bu qidaların hazırlanmasında müxtəlif rəngləndiricilər, dadlandırıcılar, aromatizatorlar və digər konservantlar istifadə edildiyindən uşaqlarda allergiya, hiperaktivlik, eyni zamanda diqqət dağınıqlığına səbəb ola bilər.

Niyə yumurtanın sarısı bəzən yaşıla çevrilir?

Yumurta qaynadıldıqda bəzi hallarda sarısı yaşıl rəngə çevrilir. Bəs bunun niyə baş verdiyini  bilirsiniz? Yumurtanı suda qaynadarkən, yumurtadakı zülallarda olan turşu zəncirləri dəyişikliyə məruz qalaraq, ya müvəqqəti bir-birindən ayrılır, ya da quruluşları dəyişikliyə məruz qalır. İsinmə davam etdikcə bu kütlələr içində yeni bağlar qurulur və nəticədə möhkəm bir protein şəbəkəsi yaranır.

Məhz bu yumurtanın ağının da, sarısının da qatı konsistensiyaya çatmasına gətirib çıxarır. Qaynama davam edirsə, sarının rəngi yaşıla çevrilir. Çünki yumurtanın ağı sulfiddən ibarətdir və bu sulfid qaynama vaxtı hidrogenlə birləşəndə hidrogen sulfidə çevrilir. Bunun qoxusu xarab yumurta qoxusu kimidir. Hidrogen sulfid zəhərli, yanıcı və partlayıcı təsirə malik bir qazdır. Amma əlbəttə, yumurtada hidrogen sulfidin az miqdarı belə, risklər yaradacaq qədər çox deyil. Yəni bunun zərərli olduğunu düşünüb qorxmanıza ehtiyac yoxdur.



Rəy bildir +
Oxşar xəbərlər
Qastroenteroloq: "Bu mikrob hər birimizdə var, ancaq…"
17:5910 iyul

Qastroenteroloq: "Bu mikrob hər birimizdə var, ancaq…"

"168 saat"ın "Doktor" səhifəsinin budəfəki qonağı həkim qastroenteroloq Arzu Yusifovadır. Onunla mədə-bağırsaq xəstəlikləri, profilaktik tədbirlər, bu xəstəliklərdən sığortalanmağın yolları barədə danışmışıq.

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Yazın xəstəlik və artıq çəki problemi
12:0116 may

Yazın xəstəlik və artıq çəki problemi

Yaz fəsli gəlişi ilə təbiətə gözəllik bəxş etsə də, sağlamlığımız üçün müəyyən problemlər də yarada bilir. Ona görə yazın gəlişi zamanı mütəxəssislər hər zaman ehtiyatlı davranmağı məsləhət görürlər. Geyimi düzgün seçməyin, sağlam qidalanma qaydalarına riayət etməyin vacib olduğunu bildirirlər.

Necə qidalanmalıyıq ki,  sağlam qalaq?
18:2230 aprel

Necə qidalanmalıyıq ki, sağlam qalaq?

Sağlamlıq və uzun ömürlülüyə nail olmaq insanı düşndürən başlıca problem olaraq qalmaqdadır. Sağlamlığımız baxımından ən ciddi narahatlıq yaradan məsələlərdən biri isə şübhəsiz ki, piylənmə, artıq çəkidir. Diyetoloq Leyla Zülfüqarla bu mövzuda bir sıra suallara cavab tapmağa çalışmışıq.

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil
11:1809 yanvar

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil

Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.