İSTİ XƏBƏRLƏR
» » UEFA avrokubok iştirakçıları üçün gəlir bölgüsünü açıqlayıb

UEFA avrokubok iştirakçıları üçün gəlir bölgüsünü açıqlayıb



UEFA qarşıdakı avrokubok mövsümü üçün maliyyə gəlirlərinin bölgüsü sistemini təqdim edib. Çempionlar Liqası, Avropa Liqası və UEFA Super Kubokunda kommersiya fəaliyyətindən ümumi daxilolmalar 3,25 milyard dollar təşkil edəcək. Bunun 295 milyon avrosu inzibati və təşkilati ehtiyaclara qarşılanacaq, 227,5 milyon avrosu həmrəylik ödənişlərinə xərclənəcək. Turnirlərin iştirakçılarına 2,55 milyard avro ayrılacaq. Bu məbləğin 2,04 milyard avrosu Çempionlar Liqası və Superkubok, 510 milyard avrosu Avropa Liqası iştirakçılarına çatacaq.

Çempionlar Liqasının qrup mərhələsində iştirak qarşılığında 32 klubun hər biri 15,25 milyon avro, qrup mərhələsində hər qələbəyə görə 2,7 milyon avro, heç-heçə üçün 900 min avro alacaq. 1/8 finala çıxanlar hərəyə 9,5 milyon avro, 1/4 finalçılar 10,5 milyon avro, yarımfinalçılar 12 milyon avro qazanacaqlar. Finalda uduzan komandaya 15 milyon avro, qalibə isə 19 milyon avro çatacaq.

Avropa Liqasının qrup mərhələsinin iştirakçıları hərəyə 2,92 milyon avro, qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro, qrup mərhələsindəki hər qələbə qarşılığında 570 min avro, heç-heçəyə görə 190 min avro, "pley-off"a çıxanlar 500 min avro, 1/8 final iştirakçıları 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar 4,5 milyon avro, qalib 4 milyon avro irəli düşəcək.

Superkubok iştirakçıları hərəyə 3,5 milyon avro, qalib isə 1 milyon avro əldə edəcək.

Avropa Liqasında ilkin təsnifat mərhələsinin iştirakçıları 220 min avro, I təsnifat mərhələsindəkilər 240 min avro, II təsnifat mərhələsində çıxış edənlər hərəyə 260 min avro, III təsnifat mərhələsindəkilər 280 min avro, "!pley-off"çular 300 min avro qazanacaqlar.

Çempionlar Liqasında ilkin mərhələ iştirakçıları hərəyə 230 min avro, I təsnifat mərhələsində çıxış edənlər 280 min avro, II təsnifat mərhələsində oynayanlar 380 min avro, III təsnifat mərhələsindəkilər hərəyə 480 min avro əldə edəcəklər. "Pley-off"da iştirak qarşılığında ödəniş nəzərdə tutulmayıb.

Qeyd edək ki, bu mövsüm Azərbaycanı Çempionlar Liqasında "Qarabağ" təmsil edir. Avropa Liqasındakı təmsilçilərə gəldikdə, "Neftçi" və "Səbail" I təsnifat, "Qəbələ" isə II təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

Rəy bildir +
Oxşar xəbərlər
Rəqiblərimizi tanıyaq
17:5526 iyun

Rəqiblərimizi tanıyaq

Ötən həftə ölkəmizi Avrokuboklarda təmsil edəcək komandalarımızın rəqibləri məlum oldu. Avropa Liqasında mübarizəyə ikinci mərhələdən qoşulacaq "Qəbələ"nin yalnız potensial rəqibi məlumdursa, digər üç təmsilçimizin ilk təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gəlmiş oldu. 

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.

26-cı kubok  Sumqayıta gələ bilər!
18:5507 may

26-cı kubok Sumqayıta gələ bilər!

Ötən həftə futbol üzrə ölkə kubokunda finalçılar məlum oldu. Həlledici görüşün bir addımlığında olan komandalardan ilk olaraq "Qəbələ" finala adladı. 

Çempionlar Liqası  adlı gözəlin 4 "adaxlısı"
18:2930 aprel

Çempionlar Liqası adlı gözəlin 4 "adaxlısı"

Məlum olduğu kimi, bu gün və sabah UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. İlk oyun günündə "Tottenhem" - "Ayaks" görüşü baş tutacaq. Ertəsi gün isə "Barselona" "Liverpul"u qəbul edəcək. Oyunlar ərəfəsində komandaların düşərgəsinə boylanmaqla son vəziyyətin necə

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO