İSTİ XƏBƏRLƏR
» » Mehdi Hüseynzadə adına arenanın aqibəti necə olacaq?

Mehdi Hüseynzadə adına arenanın aqibəti necə olacaq?



Ötən ilin mart ayında şəhərimizin Topaz Premyer Liqasındakı təmsilçisi "Sumqayıt"ın prezidenti postuna təyinat alan Riad Rəfiyev "kimyaçılar"ın oyunlarını keçirdiyi "Kapital Bank Arena"da təmir işlərinin aparılacağı və stadionun müasir standardtlara cavab verəcəyini açıqlamışdı. 

Hətta Sumqayıtın tarixi stadionu hesab olunan Mehdi Hüseynzadə adına arenanın da yenidən inşa edilməsi haqda söyləntilər dolaşırdı. Təəssüf  ki, hər şey elə müzakirə, quru söz-söhbət səviyyəsində də qaldı. 1985-ci ildə SSRİ-də keçirilən gənclər arasında dünya çempionatının Çin-Paraqvay matçına evsahibliyi edən, müstəqilliyin ilk illərində istər klub, istərsə də yığma səviyyəsində bir çox beynəlxalq qarşılaşmalara qucaq açan arena bu gün məhv olmaq üzrədir.

Bu günlərdə isə ölkənin idman mediasında Sovet İttifaqı qəhrəmanının adını daşıyan idman kompleksinin ümumiyyətlə, qapanacağı haqqında məlumatlar yayıldı. Gəzən söz-söhbətlərə görə, stadion rəhbərliyi kommunal xərcləri ödəyə bilmədiyindən, arenada çalışan inzibati heyəti maaşla təmin etmək iqtidarında olmadığından stadionu bağlamaq qərarına gəlib. Məlumatda o da qeyd olunur ki, təsərrüfat hesablı idman qurğusunun rəhbərliyi bu günə kimi çətinliklə olsa da, arenanın qapılarını açıq saxlaya, idmançıların məşq etməsinə şərait yarada bilirdi. Ancaq son vaxtlar artıq onların da gücü tükənməkdədir. İdman mətbuatında yer alan bilgiyə görə, stadion rəhbərliyi artıq məsələ ilə bağlı Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinə müraciət ünvanlayıb.

Məsələ ilə bağlı Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, stadionun bağlanması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil: "Stadion öz fəaliyyətini davam etdirir. Heç bir problem yoxdur. Stadionun təmiri məsələsi də gündəlikdədir."


Rəy bildir +
Oxşar xəbərlər
70 yaşlı Əfsanələr şəhəri
13:5503 iyul

70 yaşlı Əfsanələr şəhəri

Qədim bir əfsanədə belə deyilir: "Sum boz çöllərlə irəliləməkdə davam edirdi. Taqətinin qalmadığı atdığı addımlarından açıq-aydın görünürdü. Bir qədər gedir, dayanır, əlini gözünün üstə qaldırıb önə baxırdı. Bir tərəfi bataqlıq, digəri kiçik iynəyarpaqlı ağaclar arasından keçərək irəliləyirdi.

"Sumqayıt"da nə baş verir?
16:4213 iyun

"Sumqayıt"da nə baş verir?

Ötən mövsüm ölkə kubokunu son anda əldən verməklə Avropa Liqasına vəsiqə qazana bilməyən "Sumqayıt"da yeni mövsümün planları hələ tam cızılmayıb. Düzdür, Azərbaycan kubokunun final qarşılaşmasından sonra komandanın baş məşqçisi postundan ayrılacağını açıqlayan Ayxan Abbasovun klubda qalması

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU