İSTİ XƏBƏRLƏR
» Hansı klubumuzun şansı nə qədərdir?

Hansı klubumuzun şansı nə qədərdir?

19:05 16 iyul --- 52


Azərbaycan futbolu üçün ötən həftə start götürən növbəti Avrokubok mövsümünün ilk mərhələsi qarşıdakı iki gündə yekunlaşacaq. Yerli futbol azarkeşləri sabah ölkə çempionu "Qarabağ"ın Çempionlar Liqasında, bundan bir gün sonra isə "Neftçi" və "Səbail"in Avroliqada uğurlu nəticəyə imza atmasını gözləyir. 


İlk oyunda Albaniya çempionu "Partizani" ilə səfərdə qolsuz heç-heçə edən "Qarabağ" və "Speranta"sını Moldovada üç cavabsız qolla məğlub edən "Neftçi" cavab matçları ərəfəsində nə qədər şanslıdırsa, doğma publika qarşısında  Rumıniya təmsilçisi "Universitatya Krayova" komandasına 2:3 hesabı ilə məğlub olan "Səbail"in imkanları o qədər aşağıdır. Ancaq futbol sürprizlər oyunudur, heç də həmişə favoritlər qələbə qazanmır. Bəs görəsən, ölkəmizin tanınmış futbol adamları hansı komandamızı nə qədər şanslı hesab edir? Bunu öyrənmək üçün ölkəmizin bir neçə tanınmış veteran futbolçusu ilə əlaqə saxladıq.

Arif  Əsədov (Azərbaycan milli komandasının məşqçisi): "Qarabağ" ilk oyunda səfərdə uduzmamaqla sərfəli nəticə qazanmış oldu. Düzdü, ilk matçın qolsuz bitməsi Albaniya çempionunun da şanslarını saxlaması deməkdir. Ən azı ona görə ki, "Partizani" üçün ikinci qarşılaşmada səfər qolu hesabına mərhələ adlamaq da mümkündür.  Amma bununla belə, çempionumuzun daha səviyyəli komanda olması danılmazdır. Hər nə qədər ilk oyunda "Qarabağ"ın adət etdiyimiz oyununu görməsək də, Bakıda rahatlıqla mərhələ adlamasını gözləyirəm. Eyni sözləri "Neftçi" haqqında isə daha qətiyyətlə demək olar. Ötən həftə qazanılan səfər qələbəsi cütün taleyinə aydınlıq gətirdi. "Səbail"ə gəlincə, hələ püşkatmadan sonra ən güclü rəqibin məhz bürünc mükafatçıya düşdüyünü və komandamızın mərhələ adlamaq imkanlarının az olduğunu qeyd edirdik. İlk oyun proqnozlarımıza uyğun oldu. Cavab matçı ərəfəsində "Səbail"in şanslarını cüzi qiymətləndirmək olar. Amma təbii ki, bütün bunlar kağız üzərindədir. Futbolda mümkünsüz heç nə yoxdur." 


Hüseyn Məhəmmədov (Azərbaycan seçmə komandasının sabiq qapıçısı): "Düzü, beynəlxalq arenada mübarizə aparan komandalarımızın ilk oyunlarda qazandığı nəticələr sürpriz olmadı. "Səbail"lə müqayisədə "Qarabağ" və "Neftçi"nin şansları daha yüksək görünürdü ki, belə də oldu. Hər nə qədər "Qarabağ" ilk oyunda qalib gələ bilməsə də, Albaniyadan heç-heçə ilə dönmək də yaxşı nəticə idi. Bir həftə əvvəlki ilk qarşılaşma Ağdam klubunun səviyyəcə rəqibindən  üstün olduğunu ortaya qoymuşdu. Bu mənada Qurban Qurbanovun yetirmələrinin sabah rahat qələbə qazanmaqla mərhələ adlayacağını gözləyirəm. Avroliqadakı təmsilçilərimizə gəlincə, "Speranta"nın qapısına səfərdə üç dəfə yol tapan "Neftçi"nin artıq növbəti mərhələdə olduğunu demək olar. Paytaxt klubunu ikinci mərhələdə Rusiya Premyer Liqasında mübarizə aparan Tula "Arsenal"ı ilə çətin oyunlar gözləyir. "Səbail"in isə Rumıniya klubu ilə oyunlarda şansı yüksək deyildi. Bu ölkədə futbolun səviyyəsi bizdən çox üstündür. Üstəlik, rəqib də köklü komandadır. Bu baxımdan Avroliqada debüt edən "Səbail"in "Universitatya Krayova"ya doğma meydanda uduzması normal idi. İkinci matçlar ərəfəsində ən az şansı olan komanda məhz "Səbail"dir və komandanın mübarizəni dayandıracağını düşüünürəm. Belə demək mümkünsə, "Səbail"in mərhələ adlaması möcüzə olar."


Yalçın Bağırov ("Qarabağ"ın sabiq hücumçusu): "Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ"ın ilk oyunda əldə etdiyi qolsuz bərabərlik səfər oyunu üçün yaxşı nəticə olsa da, hər halda şanslar hələlik bərabərdir. Sabah rahat oynamaq üçün ən azı iki top fərqi ilə öndə olmaq lazımdır, çünki əgər komandamız minimal üstünlük qazansa, oyunun sonlarında top buraxmaqla hər şeyi arzuolunmaz vəziyyətə gətirə bilər. Məhz buna görə həm ehtiyatı əldən verməmək, həm də oyunun gedişində mümkün qədər tez sərfəli hesaba nail olmaq lazımdır. Avroliqadakı klublarımızdan isə "Neftçi"nin cavab matçı öncəsi hər şeyi həll etdiyini demək olar. İlk oyunda qazanılan böyükhesablı qələbə belə deməyə əsas verir. Təəssüf  ki, "Səbail" haqda bu qədər nikbin danışmaq olmur. Rəqibin güclü olması, ilk oyunda Bakıdan qələbə ilə qayıtması Aftandil Hacıyevin komandasına olan ümidlərimizi azaldır, ancaq bu futboldur və sona qədər mübarizə aparmaq lazımdır. Cavab matçı keçirilməmiş təslim olmaq yersizdir. Hər halda, komandaya uğurlar arzu edirəm."  


Elbrus Məmmədov ( Azərbaycan U-21 millisinin məşqçisi): "Məncə, hamı mənimlə razılaşar ki, birinci təsnifat mərhələsinin ilk oyunlarından sonra Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ"la vitse-çempion "Neftçi"nin şansları daha yüksəkdir. Avroliqada debüt edən "Səbail"i isə "ev"də uduzduğu rumınlarla çətin səfər oyunu gözləyir. Nə qədər çətin olsa da, qələbə qazanmalarını istərdim. Ümumiyyətlə, bütün təmsilçilərimizə uğurlar arzu edirəm." 



Rəy bildir +
Oxşar xəbərlər
Rəqiblərimizi tanıyaq
17:5526 iyun

Rəqiblərimizi tanıyaq

Ötən həftə ölkəmizi Avrokuboklarda təmsil edəcək komandalarımızın rəqibləri məlum oldu. Avropa Liqasında mübarizəyə ikinci mərhələdən qoşulacaq "Qəbələ"nin yalnız potensial rəqibi məlumdursa, digər üç təmsilçimizin ilk təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gəlmiş oldu. 

Məşqçinin 6 uğurlu həmləsi,  cəzalanmayan "Sumqayıt"  və əvəzedicilərin 19 qolu
10:4724 may

Məşqçinin 6 uğurlu həmləsi, cəzalanmayan "Sumqayıt" və əvəzedicilərin 19 qolu

Məlum olduğu kimi, 11 nəfərdən ibarət olan futbol komandasının çalışdırıcısı oyunun gedişində hər hansı yetirməsini əvəzləmək imkanı qazanır. Matçboyu oyunun axarını öz ssenarisinə uyğunlaşdırmaq üçün üç dəfə dəyişiklik etmək imkanı olan mütəxəssislərin nə dərəcədə buna nail olması maraq doğurur.

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.

Çempionlar Liqası  adlı gözəlin 4 "adaxlısı"
18:2930 aprel

Çempionlar Liqası adlı gözəlin 4 "adaxlısı"

Məlum olduğu kimi, bu gün və sabah UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. İlk oyun günündə "Tottenhem" - "Ayaks" görüşü baş tutacaq. Ertəsi gün isə "Barselona" "Liverpul"u qəbul edəcək. Oyunlar ərəfəsində komandaların düşərgəsinə boylanmaqla son vəziyyətin necə

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU