İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR



Lətifələrin reytinqi

5-ci yer (18+)

Dərdayıl rayona gəlirmiş, qatara- kupeyə bilet alır. Girir içəri, görür bir növcavan, qəşəng qız oturub. O da keçib oturur.

Qatar yola düzəlir. Bir az sonra qız deyir:

- Yolumuz yaxın olsun deyə gəlin vaxtımızı səmərəli keçirək. Bir oyun oynamağa nə deyirsiz?

Dərdayıl sevincək dillənir:

- Məmnuniyyətlə. Nə oynayaq? Şahmat, şaşki, domino, yoxsa kart?

Qız gülümsünür:

- Yox, "ay da" oyunu oynayaq. Siz gözünüzü yumun, iyirmiyə kimi sayın.

Dərdayıl gözünü yumub iyirmiyə kimi sayır, gözlərini açanda görür qız soyunub, əynində təkcə alt paltarı qalıb.

Dərdayıl gözləri bərəli qalmış halda "ay da" deyir.

Qız gülümsəməkdə davam edir:

- İndi isə mən yumuram.

Qız da gözlərini yumub iyirmiyə kimi sayır, gözlərini açanda Dərdayılı lümlüt görüb "ay da" deyir.

Üçüncü dəfə göz yummaq növbəsi yenidən Dərdayıla gəlir. O gözünü yumub açanda görür, nə qız var, nə də paltarları.

Qatar da rayona çatmaq üzrədir.

Tez mələfəyə bürünür, kupedən çıxanda görür, bir dəstə ağa bürünmüş düşür. Deyir, nə yaxşı oldu, bu ərəblərə qarışıb düşərəm, hamı elə bilər, mən də ərəbəm.

Ərəblərin içinə girəndə birdən arxadan onlardan biri onu dümsükləyir:

- Dərdayıl, sən də "ay da" oynayırdın?


4-cü yer

Anekdotı.ru portalında həftənin lider lətifəsi.

Həyat yoldaşı Vovanı salat hazırlamaqçün ibliz almağa göndərir. Vova gedir, köhnə dostlarını görür, yeyib-içirlər. 3 gün içmək davam edir, "zapoy"a gedirlər.

3 gündən sonra Vovanın yadına həyat yoldaşının tapşırığı düşür, cəld dostlarından ayrılıb ibliz alıb gətirir.

Düşünür, həyat yoldaşına 3 gün itməyinin səbəbi olaraq nə bəhanə gətirsin. Qapını döyür və iblizləri qapının qarşısına buraxır.

Həyat yoldaşı qapını açanda iblizləri əli ilə itələyə-itələyə deyir:

- Astagəl uşağı astagəl! Axır ki, gəlib çatdınız evə!


3-cü yer

Srağagün nömrəmi açdılar, çünki texosmotrsuz gedirdim. Dünən pravamı aldılar, çünki nömrəsiz gedirdim. Bu gün maşınımı aldılar, çünki pravasız gedirdim.

Əlamətlərə görə, sabah da məni dəlixanaya salacaqlar, çünki maşınsız gedəcəyəm.


2-ci yer

"Vokruq smexa" dərgisində iyun ayının ən populyar lətifəsi.

- Bütün bu ulduzları sənə hədiyyə edirəm, sevgilim, - söyləyərək oğlan dəmir sapılcanı qızın təpəsinə endirdi.


1-ci yer

Serb lətifəsi

Quldur Buyoviç bir dəfə dəlləkxanaya gəlib min dolları masanın üstünə ataraq kəkili gözünün üstünə tökülən gənc dəlləyə deyir:

- Al bu min dolları. Mənim saçım eynən səninki kimi olsun.

Dəllək bir xeyli Buyoviçin daz başına və öz kəkilinə baxır, pulu götürərək "nə olar, olar?" - deyir və başlayır öz başını ülgüclə dibindən qırxmağa.

Qafiyə boxçası

Qusar -

Araq içməsən 

səndən küsər.

Şəki -

Səni dolayarlar, əkil!

Qazax -

Gəlin şeir yazax!

Kürdəmir -

İstidən əriyər dəmir.

Gədəbəy -

Kartof yeməyən səydir, səy.

Yevlax -

Cibini aparacaqlar, 

sağa-sola bax!

Quba -

Sənə həsəd aparır Kuba.

Naxçıvan -

Həyat həqiqətlərini burda qan!

Salyan -

Qışda don, yayda yan!

Sabirabad -

Təkcə qarpızıdır babat.

Mərəzə -

Şoru bənzədirlər çərəzə.

Qəbələ -

Ərəblər alıblar ələ.

Lerik -

Orda nə gəzir ərik.

Ordubad -

Baş girləməz yad.

Şabran -

Dəvəçi incidi yaman.

Tovuz -

Gözün dəyər, 

çevir başına duz.

Lənkəran -

Ləvəngi yeməsən 

qalar nigaran.

Tər-tər -

Quru yu, yaş sər.

Ucar -

Adam orda acar.

Göyçay -

Narsuyu! Nə araq, nə çay!

Şamaxı -

Xəqani, Nəsimi, Şirvani, Sabir... Nə deyim axı?


Sual


Milli Məclis istəyir ki, insanların öz peşələrindən kənar işlərdə işləməsini qadağan etsin. Elə isə, deputatların axırı necə olacaq?


Pritça 


Bir dəfə Xoşməramlı insan Allahdan soruşur ki, cənnətlə Cəhənnəmin fərqi nədədir.

Allah onu iki yanaşı qapının yanına gətirir. Birincini açıb Xoşməramlı insanı içəri dəvət edir. Orada dəyirmi masa, ortasında gözəl qoxulu yeməklə dolu qazan və ətrafında oturan, əllərinə çox uzun qaşıqlar bərkidilmiş insanlar görür. 

Xörəyin qoxusundan ağzı sulanan Xoşməramlı insan adamların hamısının ac, xəstə olduqlarını duyur.

Deməzsənmiş, onlar qaşıqları ilə yemək götürə bilirlər, ancaq çox uzun dəstəyi olan qaşığı heç cür ağızlarına çatdıra bilmirlər.

Allah Xoşməramlı insana deyir:

- Sən indicə cəhənnəmi gördün.

Onlar ordan çıxıb ikinci qapıdan içəri girirlər. Yenə dəyirmi masa, ortasında gözəl qoxulu yeməklə dolu qazan, ətrafında da əllərinə çox uzun qaşıqlar bərkidilmiş insanlar görünür.

İntəhası, bu insanların hamısının sifətindən xoşbəxtlik, məmnunluq duyulur.

Xoşməramlı insan “Bura isə cənnətdir” söyləyən  Allahdan soruşur:

- Bu hikməti başa salarsınızmı?

Allah deyir:

- Hər şey çox sadədir. Buradakı adamlar, ordakılardan fərqli olaraq bir-birilərini yedirtməyə öyrəşiblər. Ordakılar isə yalnız özləri barədə düşünürlər.

Hikmət: Cənnət və Cəhənnəm eynidir. Fərq - insanlardadır.


Məsləhətçi 


Statistikaya görə siqaret ömrü 6 il azaldır, gülüş isə 6 il uzadır. Ona görə də, siz gülə-gülə siqaret çəkin ki, ömrünüz yerində qalsın. 


Fakt


Bir şüşə araqdan sonra söhbət sirrbölüşmə proseduruna çevriləcək.


Situasiya


"Bravo" hipermarketində.

Bir kişi bir qadına müraciət edir.

- Xanım, mümkünsə bir sualımı cavablandırın. Əgər sizin əlinizdə 100 manat olsa, marketin hansı şöbəsinə gedərdiz? 

- Kosmetologiyaya. Niyə soruşdunuz?

- Bura çox qarışıqlıqdır. Arvadımı itirmişəm.


Dodaqqaçdı


Yaxşı arxası olan Emil Tutanov nazir müavini vəzifəsinə təyin olunanda cv-sində yazılır:

1989-cu ildə doğulub, 1996-cı ildə orta məktəbə gedib, 2006-cı ildə orta məktəbi bitirib. Nümunəvi davranışa malikdir, ailəcanlıdır. Humanitar elmlərə həmişə böyük maraq göstərib. Görüşdüyü qızlardan Ayka tarıx üzrə əlaçı, Günka coğrafiya müəlliməsi, Nara isə ədəbiyyat aşiqi olub, şeir yazıb.


Rəy bildir +
Oxşar xəbərlər
Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

“Qatarda 18 əhvalat"  adlı yeni kitab
17:0920 iyun

“Qatarda 18 əhvalat" adlı yeni kitab

Yazıçı Aləm Kəngərlinin "Qatarda 18 əhvalat" adlı yeni kitabı oxucuların ixtiyarına verilib. Kitab "Qanun" nəşriyyatında çap olunub. Bu, "Naməlum adam"dan sonra Aləm Kəngərlinin oxuculara təqdim etdiyi ikinci nəsr kitabdır. Kitabın redaktoru Fərzuq Seyidbəyli, korrektoru Hicran Hüseynova, ön sözün

OXUMASANIZ DA OLAR
17:0713 iyun

OXUMASANIZ DA OLAR

Səhərdir. Marşrut avtobusda səssizlikdir. Birdən qabaq cərgədə oturan kişinin telefonuna zəng gəlir. Amma zəng melodiyadan ibarət deyil, it hürməsi səsidir. O, "yes" düyməsini basıb telefonu qulağına yaxınlaşdırır və zərif-zərif söyləyir: - Bəli, əzizim.

Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.  -  Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor