İSTİ XƏBƏRLƏR
» » Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümü başa vurdu...

Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümü başa vurdu...



Ölkə başçımızın müvafiq Sərəncamı ilə bu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illiyi təntənəli şəkildə qeyd olunacaq. Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti yubileyə ali dolu qatılıb. Belə ki, teatr tanınmış dramaturq Əli Əmirlinin şəhərin yubileyinə həsr etdiyi “Sevgilim Sumqayıt” lirik-psixoloji dramını hazırlayaraq tamaşaçıların ixtiyarına verib.

AZƏRTAC xəbər verir ki, iyulun 19-da Sumqayıt teatrı 50-ci mövsümün son tamaşası “Sevgilim Sumqayıt”ı tamaşaçılara təqdim edib.

Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov Prezidentin imzaladığı mədəniyyətə, ədəbiyyata, incəsənətə yüksək diqqətin təzahürü olan sərəncamları dilə gətirərək teatr kollektivi adından minnətdarlığını bildirib. Görülən işləri, yaradıcılıq imkanlarının artmasını kollektivdə ruh yüksəkliyinin dinamikasına rəvac verən əsas amil hesab edən M. Həmidov yubiley mövsümündə Sumqayıt teatrındakı canlanmanın növbəti teatr mövsümündə də davamlı olacağını əminliyini fadə edib.

Daha sonra teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov müxtəlif janrlı tamaşaların ərsəyə gəlməsi ilə yanaşı, teatrın təbliğatyönümlü ideyalar irəli sürərək tamaşaçı axınının güclənməsinə nail olduğunu qeyd edib. O, cari mövsümdə repertuara daxil edilən “Tıq-tıq xanım”, “Danışan gəlincik”, “Dəfn edilməmiş ölülər”, “Mamoy kişinin yuxuları”, “Sevgilim Sumqayıt” kimi uğurlu tamaşaların rəğbət görməsi həyata keçirilən PR kompaniyalar ilə də bağlı olduğunu vurğulayıb.

Daha sonra “Sevgilim Sumqayıt” tamaşası teatrsevərlərə təqdim edilib. Tamaşada teatrın aktyorları - Əməkdar artistlər Fəranə Musayeva, Növrəstə Həşimova, Sədaqət Nuriyeva, İlahə Səfərova, Cəlal Məmmədov, Xatirə Süleymanova, aktyorlar Kamran Muradlı, Şəmistan Süleymanlı, Şəhla Məmmədova, İlahə Səfərova, Rövşən Əsgərov, Elay Xasıyev, Yeganə Məmmədvəliyeva, Vəfa Qurbanova, Şəms Abdullayeva və Gülnarə Qədirova çıxış edib. Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Elşən Sərxanoğludur.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt teatrının yubiley mövsümü başa çatır…
10:4106 iyul

Sumqayıt teatrının yubiley mövsümü başa çatır…

Sumqayıt Dövlət Dram Teatrı sumqayıtlıları və şəhərin qonaqlarını 50-ci mövsümün son tamaşasına dəvət edir. Teatr iyulun 19 –da yazıçı - dramaturq Əli Əmirlinin “Sevgilim Sumqayıt” pyesinin maraqlı səhnə versiyası ilə builki mövsümü bağlayacaq.

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

"Koroğlu"nu,  "Cavad xan"ı  yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi
15:2810 may

"Koroğlu"nu, "Cavad xan"ı yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi

Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman görkəmli rejissorla görüşərkən (adətən teatr məbədlərimizdə - Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari