İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda mədəniyyət işçiləri Ağsaqqallar Şurasının üzvləri ilə görüşüblər

Sumqayıtda mədəniyyət işçiləri Ağsaqqallar Şurasının üzvləri ilə görüşüblər



Sumqayıt Dövlət Dram Teatrının konfrans zalında Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə mədəniyyət işçilərinin Ağsaqqallar Şurasının üzvləri ilə görüşü keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Ağsaqqallar Şurasının, Sumqayıt Regional Mədəniyyət İdarəsinin, həmçinin ictimaiyyətin nümayəndələri iştirak edib.

AZƏRTAC xəbər verir ki, görüşdə son illər Sumqayıtda aparılan abadlıq və quruculuq işlərindən, inşa edilən mədəniyyət müəssisələrindən söz açılıb. Bildirilib ki, dövlətimizin başçısının mədəniyyət işçilərinə olan diqqət və qayğısı onları şəhərin 70 illik yubileyini daha böyük nailiyyətlərlə qarşılamağa ruhlandırır.

Şəhər ziyalıları da çıxışlarında Sumqayıtın 70 ildə keçdiyi tarixi yola nəzər salıb, son illərdə görülən işlərdən danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt bulvarının ərazisi 1 kilometr də uzadılır. Hazırda 106 hektar olan bulvar ərazisinə daha 32 hektar əlavə edilir. Muğam Mərkəzi və kinoteatrın inşasına diqqət çəkən natiqlər sumqayıtlıların mədəni istirahətini təmin etmək üçün şəhərdə bütün lazımi şəraitin yaradıldığını və şəhərin sözün əsl mənasında, mədəniyyət mərkəzinə çevrildiyini vurğulayıblar.
Rəy bildir +
Oxşar xəbərlər
Şəhərimiz necə dəyişir?
15:3606 iyun

Şəhərimiz necə dəyişir?

İstər Sovet rejiminin hökm sürdüyü illərdə, istərsə də müstəqillik dövründə Sumqayıt dostluğun ünvanı kimi tanınmışdır. Bu ünvanı ilk tanıyan Gürcüstanın metallurqlar şəhəri Rustavi oldu. Sonralar bu qapını Rumıniyanın Piteşti (1971), Ukraynanın Çerkassı (1972) şəhərləri döymüşlər. Hal-hazırda

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi