İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Cadu

Bu həftə ölkə mediasının manşet yazılarının ən başlıcası Şıxov çimərliyindən cadu tapılması oldu. Belə ki, çimərliyə təşrif buyuran bir nəfər dənizdə çimərkən üzərində sancaq olan üçbucaq formalı yaşıl parça görüb, onu açarkən içində cadu olduğunu başa düşüb.

Kağızın bir tərəfinə ərəb hərfləri ilə müxtəlif sözlər yazılıbmış, digər tərəfində isə kiril əlifbası ilə iki ad qeyd olunubmuş. Lakin kağız suda qaldığına görə adları oxumaq mümkün deyilmiş.

O da, məlumdur ki, Şıxov çimərliyində analoji hal artıq ikinci dəfədir ki, təkrarlanır. 

P.S. Nəzərə alanda ki, üçüncü minillikdəyik, mövhumatçılığımız adamı dəhşətə gətirir.

İnstaqram

İnstaqram rəhbərliyi şəbəkədə paylaşımlarla bağlı qəribə bir addım atdı, belə ki, bundan sonra instaqramda paylaşılacaq hər hansı bir foto və videonun bəyənmə sayı açıq şəkildə göstərilməyəcək.

İstifadəçilər tərəfdən narahatçılıqla qarşılanan bu xəbəri instaqram mütəxəssisləri bu cür izah ediblər:

- Foto və video paylaşarkən bəzi insanlar onun bəyənilmə dərəcəsinə rəğmən özlərini xoşbəxt, yaxud üzüntülü hiss edirlər. Bu səbəbdən, insanların psixoloji sarsıntı keçirməməsi üzündən bəyənməni gizli etmək qərarına gəlinib. 

Yeni tətbiqin qaydalarına görə foto və videoların bəyənilmə sayı bəlli olmasa da, münasibət bildirən şəxsin (komment yazanın) ad, yaxud digər göstəriciləri əks olunacaq. Və artıq İtaliya, Yaponiya, Kanada, Braziliya kimi ölkələrdə yeni tətbiq sınaqdan keçirilmək ərəfəsindədir.

P.S. Görəsən "Layk" elə məni, "layk" eləyim səni" prinsipi ilə yaşayan biz azərbaycanlılar neyləyəcəyik?

Balqarpız

Saatlı rayonu Azadkənd kənd sakini Ramiz Kərimov adlı fermer bu həftə öz bostanında yetişdirdiyi qeyri-adi qarpızla tarixə düşdü. Belə ki, o, qarpızı balqabaq ilə calaq edərək 16 kiloqramlıq yeni sort icad edib və öz icadını balqarpız adlandırıb. O, qeyd edir ki, balqabağın kökü daha davamlı olduğu üçün qarpızı balqabaqla calaq etmək çox effektivdir, qarpızın həm şirinliyi artır, həm də ölçüsü böyük olur.

Ramiz Kərimov onu da bildirir ki, balqabaq kökünün qüvvətli olmasına görə gələcəkdə digər tərəvəzləri də balqabaqla calaq etməyi düşünür.

P.S. Kaş ki, zəif, gücsüz adamları güclülərlə, pisləri yaxşılarla calaq etmək də mümkün olaydı.

Uçan qazan

Lozanna Federal Texniki Universitetinin mütəxəssisləri adi hava aparatlarından iki dəfə sürətli iki mühərrikli pilotsuz uçan aparat hazırlayaraq təqdim etdilər.

Onlar aparatlarını qazan formasında olduğu üçün "Uçan qazan" adlandırırlar. Aparatın güc qurğuları helikopterin analoji sistemi əsasında hazırlanıb, onlar silindir şəklində paralel olaraq yerləşdirilib. Stabilləşmə üzrə novator sistemi sayəsində aparat helikopterin aerodinamik keyfiyyətlərini götürüb. Məsafədən idarə olunan pilotsuz "Uçan qazan"ın uçuş müddəti onun həcmindən və çəkisindən asılıdır. Aparatın daha bir üstünlüyü elastik olması, maneələrə dəyərkən əzilməməsidir. 

P.S. Bir gün göydə uçan qazanları görəndə əsla təəccüblənməyin, əzizlərim!


Madər müəllim

Bu həftə 1995-ci ildən Milli Məclisin üzvü olan, 5 dəfə eyni dairədən-Binəqədi üçüncü seçki dairəsindən deputat olan Madər Musayevin adı "6 xətt"in tarixinə yazıldı, belə ki, onun oğlu Famil Musayev məhkəmə prosesinə cəlb edildi. Familə qarşı iddia qaldırılması cəsarətinə gələn isə "Azəriqaz" İstehsalat Birliyi oldu. 

"Azəriqaz"ın iddiasında bildirilir ki, Famil Musayev təbii qazdan qanunsuz istifadəyə görə 10 min manat borc ödəməlidir. Bundan başqa, "Azəriqaz" məhkəməyə müraciətdən ötrü ödədiyi 30 manatlıq rüsumu da Famil Musayevin ödəməsini istəyir.

1 saylı Bakı - İnzibati İqtisad Məhkəməsində keçiriləcək iclasa isə, təbii ki, Madər müəllimin oğlu getməyib. 

P.S. Maraqlıdır, görəsən hər halda, tərəflər necə olub ki, dil tapa bilməyiblər? Nə əcəb "Yola ver, getsin" azərbaycançılıq fəlsəfəsi burda işləməyib?

Hadı Rəcəbli

Bu həftə sosial məsələlər üzrə gözlənilməz şərhlərinə görə əhali tərəfindən heç də sevilməyən millət vəkili Hadı Rəcəbli mediaya geniş müsahibə verdi və müsahibə zamanı "İndi sizə milyonçu demək olar?" sualını bu cür cavablandırdı:

- 4 balam, 10 nəvəm var, hamısı savadlıdır, onlar mənim milyardımdır, mənə milyarder deyin. Mən kasıb, əlsiz-ayaqsız adam deyiləm, bir tikə çörəyim, mənzilim, bağ evim var, hökümət maşınım var, bunlar normal adam üçün xarakterik məsələlərdir. Uşaqlarım heç vaxt şəhərdə özlərini pis aparmayıblar. Məni isə bahalı kostyumda, həddini aşan geyimdə heç vaxt görə bilməzsiniz!

P.S. Çörəyi, mənzili, bağ evi və maşını - bu 4 atributu olan, bahalı kostyum geyinməyən, eləcə də uşaqları özlərini pis aparmayan insana-Hadi Rəcəblinin təsnifatına görə normal adam deyilirmiş.

Rəy bildir +
Oxşar xəbərlər
Bizimkilərin Dubay sərgüzəştləri
18:5217 iyul

Bizimkilərin Dubay sərgüzəştləri

1971-ci il dekabrın 1-də yaradılmış Birləşmiş Ərəb Əmirliklərinin ən böyük ticarət mərkəzi Dubaydır. 1985-ci ildə bu şəhər azad iqtisadi zona elan edilib. 1992-ci ildən sonra azərbaycanlılar buranı kəşf etdilər. Ərəbistanda ingilis dilini bilən qadınlara iş tapıldı. Onlar tərcüməçi və böyük ticarət

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir 

Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.  -  Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO