İSTİ XƏBƏRLƏR
» » Şəhərlər gözəli

Şəhərlər gözəli

 

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yanvarın 11-də keçirilmiş iclasında ölkə Prezidenti öz çıxışında 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq Azərbaycan uğurla və sürətlə inkişaf etdiyini bildirdi.  Ötən ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr icra olunmuş, ölkənin hərtərəfli dinamik inkişafı təmin olunmuşdur. Bu gün Azərbaycan inkişaf baxımından heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. Beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları Azərbaycanda gedən prosesləri çox maraqla izləyir və görülən işlərə yüksək qiymət verirlər. 

2018-ci ildə Respublikamızın şəhər və rayonlarında olduğu kimi Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında əhəmiyyətli irəliləyişlər əldə olunub. 

Belə ki, ötən ildə ümumdaxili məhsul istehsalı 2017-ci illə müqayisədə 35 faiz və ya 520 milyon manat artaraq 2 milyard manatdan çox olub. Sənaye müəssisələrində 1 milyard 300 milyon məhsul istehsal olunub ki, bu da əvvəlki dövrlə müqayisədə 20 faiz artım deməkdir. 

İl ərzində hamısı daimi olmaqla 7000 yeni iş yeri yaradılıb. Ötən ilin iyul ayında dövlət başçısı ölkənin ən böyük sənaye parkı olan Kimya Sənaye Parkında SOCAR-Polimer MMC-nin Polietilen istehsalı zavodunun açılışında iştirak edib, layihəni çox əlamətdar hadisə adlandırıb. 


Ötən ilin noyabr ayında Sumqayıta səfəri zamanı Prezident Kimya Sənayesi Parkında ilkin mərhələdə 40 min ton tikinti qətranı istehsal edəcək İnşaat Kimyəviləri zavodunun, investisiya dəyəri 51 milyon dollar olan Əlvan Metallar və Ferroərintilər zavodunun, ildə 11 milyard ədəd siqaret istehsal edəcək "Tabaterra" tütün məlumatları fabrikinin açılışında iştirak etmişdir. Bu müəssisələrdə 500 yeni iş yeri yaradılıb. Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Məşğulluq Mərkəzi əhalinin işlə təmin olunması sahəsində müvafiq tədbirlər həyata keçirib. Mərkəzə müraciət edənlərin sayı ötən illə müqayisədə xeyli azalmış, 4952 nəfər iş axtaran kimi qeydə alınmış, onlardan 2520 nəfər işlə təmin olunmuş, 1590 nəfər mövsümü işlərə cəlb olunmuşdur. Dəmiryol nəqliyyatının normal hərəkətinin təmin olunması və sərnişinlər üçün lazımi şəraitin yaradılması məqsədi ilə Dəmiryol vağzalının binası yenidən inşa edilmişdir. Ölkə başçısı noyabr ayında Sumqayıta səfəri zamanı yeni inşa edilmiş vağzal binasının açılışında iştirak etmişdir. Şəhərdə 16 küçə və yolda, 10 mikrorayon və 8 məhəllədaxili ərazidə ümumilikdə 555.0 min.kv metr asfalt örtüyü, 14200.0 p/m beton, 748.0 p/m qranit bardür dəyişdirilmişdir. Ümumilikdə son illərdə 650-dən çox yaşayış binasının dam örtüyü əsaslı təmir olunmasıdır. 

Ötən il 12-ci mikrorayon ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin  mənzillə təmin olunması üçün 1005, Stansiya Sumqayıt yaxınlığında 1000 mənzildən ibarət yeni yaşayış kompleksinin açılışı olub. Prezident İlham Əliyev və birinci Vitse-Prezident Mehriban xanım Əliyeva açılışda iştirak etmişlər. 

Ölkə rəhbərinin yaxından köməyi sayəsində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması  məqsədi ilə xırda tutumlu, istismara yararsız nəqliyyat vasitələri xətlərdən çıxarılmış Türkiyə istehsalı olan 206 ədəd təzə sərnişin avtobusu gətirilərək marşrut xətlərinə buraxılmışdır. 


Xoş müjdəli 2019-cu il

Ötən ilin yekunları və cari ilin ilk aylarında görülən işlərdən belə nəticəyə gəlmək olar ki, 2019-cu il də Sumqayıt üçün uğurlu olacaq. Belə ki, Prezident İlham Əliyev Sumqayıtın 70 illiyini təntənəli keçirmək üçün sərəncam imzaladı. Bu sərəncam böyük əhval-ruhiyyə ilə qarşılamış sumqayıtlıları daha yaxşı işləməyə ruhlandırıb. 

Yanvar ayının 16-da Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş "SOCAR-KARBAMİD" zavodunun açılışı oldu. Bu zavodda 500 nəfər daimi işlə təmin olunacaq. 

Fevral ayının 18-də yenə ölkə rəhbərinin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında "SOCAR-POLYMER" layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışı oldu. Öz çıxışında Prezident İlham Əliyev vurğuladı ki, zavodun istehsal gücü 300 min ton olacaqdır. Bu bizim qeyri-neft ixracımızın 15 faiz artımı deməkdir. Burada təxminən 500-dən çox iş yeri açılır. Bu yaxınlarda Karbomid zavodunun açılışında iştirak edərkən məlumat verildi ki, orada da 500-dən çox iş yeri yaradılır. Mindən çox iş yeri, gənclər üçün gözəl imkanlar yaradır.


Cənubi Qafqazın ikinci ən böyük sənaye şəhəri

Fevral ayının 18-də ölkə Prezidenti Sumqayıtda camaatla görüşərkən dedi:

Sumqayıtın inkişafı ilə bağlı çox böyük işlər görülüb. Sumqayıt bu gün müasir Sənaye mərkəzinə çevrilib və burada fəaliyyət göstərən müəssisələrdə minlərlə insan işlə təmin olunub. Mən həmişə demişəm ki, Sumqayıt inkişaf baxımından paytaxt şəhərinə yaxın olmalıdır və bu gün biz bunu görürük.

Əvvəllər Sumqayıtdakı mənzərə çox acınacaqlı idi. İndi Sumqayıt çox gözəlləşib. Yəni Sumqayıtın komplekt inkişafı daim diqqət mərkəzindədir. Bir tərəfdən sənaye müəssisələrinin yaradılması-Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci ən böyük sənaye şəhəridir- digər tərəfdən, bu gün Sumqayıtın ekoloji vəziyyəti görün nə qədər yaxşılaşıb.  Sumqayıtın havası elə bil ki, kurort havasıdır. Əvvəlki illərdə olan toz-dumana, havanı çirkləndirən bəzi müəssisələrin fəaliyyətinə son qoyuldu. Bütün yeni müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Minə yaxın evin dam örtüyü təzələnib və bu iş davam edir. Liftlər, həyətlər, yollar təmir olunub. Bu yaxınlarda 2 saylı xəstəxananın  təmiri haqqında sərəncam imzalanıb. Bundan əvvəl 1 saylı xəstəxana əsaslı təmir edildi. Əgər 2 saylı xəstəxananın təmiri mümkündürsə təmir olunacaq, mümkün deyilsə sökülüb yenidən tikiləcək. Mənim tərəfimdən Sumqayıt şəhərinin 70 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzalanıb. O, sərəncamın imzalanması da Sumqayıta göstərilən növbəti diqqətin əlamətidir. Böyük bayram olacaq. Hamımız iştirak edəcəyik. 


Sumqayıt bulvarı möcüzədir


Sumqayıt bulvarı isə - Mən bunu bulvarın açılışında da demişəm- bir möcüzədir. Çünki qısa müddət ərzində belə bulvarın salınması çox böyük hadisədir. 

İlham Əliyev


Ölkəmizin bütün bölgələrində müasir səviyyədə ictimai yerlərin, bulvarların, parkların  və xiyabanların yaradılması  tədbirləri davam etdirilir. Bu proses Sumqayıtda da geniş vüsət alıb. Şəhərdə görülən işlər sakinlərin rahatlığı, asudə vaxtlarının daha da səmərəli təşkili məqsədi daşımaqla yanaşı, müasirləşən və yeniləşən  Sumqayıtın gözəlliyinə  əlavə çalarlar qatır. 

Müasir infrastrukturun qurulması Sumqayıtın daha da gözəlləşməsi işinin davamlı olmasından və ümumilikdə şəhərin sosial-iqtisadi inkişafından xəbər verir. Sumqayıt Bulvarı "Global Trade Leaders" klubunun "Keyfiyyətə görə Beynəlxalq Avropa mükafatına "İnternational Europe Award for Quality) layiq görülüb.   Avropanın belə nüfuzlu mükafatının məhz Sumqayıt Bulvarına verilməsi təkcə bu şəhərə deyil, Respublikamıza göstərilən böyük qayğının nəticəsidir. 


P.S. Bu gün Sumqayıt bayram əhval-ruhiyyəsi ilə yaşayır. Şəhərdə abadlıq, quruculuq, təmizlik işləri gündən-günə daha geniş vüsət  alır.  Sumqayıtlılar doğma şəhərin 70-illiyinə əzmlə hazırlaşırlar.

Çox çəkməyəcək dünyanın onlarla ölkəsindən bura qonaqlar gələcək. Onlar Sumqayıtda olan təmizliyə, gözəlliyə, abadlığa valeh olacaq və hərə öz dilində deyəcək- "70 yaşın mübarək. Şəhərlər gözəli Sumqayıt"


İbrahim Abdullayev

Rəy bildir +
Oxşar xəbərlər
Şəhərimiz necə dəyişir?
15:3606 iyun

Şəhərimiz necə dəyişir?

İstər Sovet rejiminin hökm sürdüyü illərdə, istərsə də müstəqillik dövründə Sumqayıt dostluğun ünvanı kimi tanınmışdır. Bu ünvanı ilk tanıyan Gürcüstanın metallurqlar şəhəri Rustavi oldu. Sonralar bu qapını Rumıniyanın Piteşti (1971), Ukraynanın Çerkassı (1972) şəhərləri döymüşlər. Hal-hazırda

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
18:0626 aprel

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

  Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin aşağı salınması barədə qərarı şərh edib

93,1 faiz niyə "hə" deyir?
10:4416 aprel

93,1 faiz niyə "hə" deyir?

Fransanın "Opinion Way" şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunda "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?" sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. "Regionların sosial-iqtisadi inkişaf proqramı" və hökumətin