İSTİ XƏBƏRLƏR
» » Ermənistandan Naxçıvanla bağlı sensasion çağırış

Ermənistandan Naxçıvanla bağlı sensasion çağırış


Ermənistanda Naxçıvanla bağlı iddialar yenidən gündəmə gəlib. Ermənistan Xristian-Demokratik Partiyasının sədri Levon Şirinyan Naxçıvanın ermənilərə aid olması ilə bağlı beynəlxalq səviyyədə məsələ qaldırmağı təklif edir.

Onun sözlərinə görə, Rusiya-Türkiyə müqaviləsinin 100 illiyi tamam olur və Naxçıvanın ermənilərə verilməsi üçün bu məqamdan isifadə edilməlidir.

Qeyd edək ki, ermənilər Naxçıvanın onlara aid olduğunu və Qars müqaviləsi ilə Azərbaycana verildiyini iddia edirlər.

Şirinyan iddia edir ki, Türkiyə Naxçıvanda yeni vəziyyət yaratmağa çalışır: "Biz aktiv olmalıyıq, lakin əllərimiz-qollarımız daxili problemlərlə bağlıdır. Koçaryanın tərəfdarları ölkəni düyünə saldılar. Hərçənd, baş nazir səfərbərlik elan edə və bütün gücləri Ermənistanın ətrafında toplaya bilər".

Şirinyan erməni hərbi birləşmələrini Azərbaycana hücum etməyə çağırıb.

"Biz müdafiədən çıxmalıyıq. David Tonoyan yaxşı strategiya təklif etdi, lakin bunu reallaşdırmaq lazımdır. Hücuma biz başlamalıyıq və onları (Azərbaycanı - red.) cavab verməyə məcbur etməliyik", - deyə o bildirib.

Xatırladaq ki, Ermənistanın müdafiə naziri David Tonoyan "yeni müharibə - yeni ərazilər" ideyasını ortaya atmışdı. Bu, Azərbaycana hücum etməyi cə yeni əraziləri işğal etməyi özündə ehtiva edir.

Bu, avanturist və həyasız açıqlama erməni xislətini tam ifadə edir.  

Rəy bildir +
Oxşar xəbərlər
Dirijor keşiş   və əfəl lider
10:3621 iyun

Dirijor keşiş və əfəl lider

Cənubi Qafqazda münaqişələrin həll edilməməsi hər keçən gün yeni problemlər ortaya çıxarır. Region daha riskli məkana çevrilir. Qeyri-müəyyənliklər artır. Bunların fonunda bir sıra dairələr daha dağıdıcı mövqe tutmağa cəhdlər göstərirlər. Eyni zamanda, Ermənistanın siyasi səhnəsində qarşıdurmalar,

Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır
23:0818 iyun

Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır

İyunun 18-də Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat nümayəndələri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Ermənistanda iqtisadi problemlər  demoqrafik gərginliyi artırır
10:4416 aprel

Ermənistanda iqtisadi problemlər demoqrafik gərginliyi artırır