İSTİ XƏBƏRLƏR
» » Tusk hansı mesajları verdi?

Tusk hansı mesajları verdi?

Bu günlərdə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tusk Cənubi Qafqaz ölkələrində səfərdə oldu. "Azərbaycan çox nadirdir. Ölkəniz özündə ənənə və müasirliyi birləşdirir. Bu günün mürəkkəb coğrafi landşaftındakı strateji mövqeyinizə görə siz həm Şərqə, həm də Qərbə doğru baxırsınız. Əvvəllər də qeyd etdiyim kimi, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir". Bu fikirləri Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Bakıda mətbuata bəyanatında bildirib.

Donald Tusk qeyd edib ki, Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır. "Münasibətlərimiz intensivləşib və mənim bugünkü səfərim buna aydın işarədir. 2018-ci ildə biz tərəfdaşlıq üzrə prioritetləri müəyyən etdik və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir. İqtisadiyyatlarımız bunlardan faydalanacaq və bizim siyasi, biznes və mədəni münasibətlərimiz dərinləşəcək. Əlbəttə ki, biz bizi sözün həqiqi mənasında birləşdirən Cənub Qaz Dəhlizini unutmamalıyıq. Bu müsbət məqam tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmalı, bütün xalqlarımız üçün birbaşa faydalı olmalıdır, Azərbaycanın islahatlar və iqtisadi şaxələnmə prosesini müşayiət etməlidir", - deyə o qeyd edib.

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının 10 illiyini təntənəli qeyd etməsi böyük əks-səda doğurub. Bu hadisəni qlobal geosiyasi proseslərlə əlaqələndirirlər. Həmin səbəbdən ekspertlər yubiley tədbirlərini konkret geosiyasi dinamikanın fonunda qiymətləndirirlər. Burada Aİ Şurasının Prezidenti D.Tuskun Cənubi Qafqaza səfərinin də geosiyasi analizi verilir. Bu da təbii ki, aktual məsələdir. Çünki D.Tuskun regionla bağlı məsələlər haqqında söylədiklərinin əhəmiyyəti çoxdur.

D.Tusk Ermənistanda bir neçə mesaj verib. Onun baş nazir Nikol Paşinyanla görüşünü şərh edən erməni ekspertlər həqiqəti gizlətməyə çalışsalar da, ona tam nail ola bilməyiblər. Bu, daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı D.Tuskun ifadə etdiyi fikirlərə aiddir. Aİ Şurasının Prezidenti bəyan edib ki, münaqişə sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində və Helsinki Yekun Aktına uyğun həllini tapmalıdır. Bu, birbaşa İrəvana istiqamətlənmiş mesajdır. Yəni, Brüssel münaqişənin həllində beynəlxalq hüquqdan kənara çıxıb təcavüzkarı dəstəkləmək fikrində deyil.

Əlbəttə, bu məsələyə erməni ekspertlər dərhal münasibət bildiriblər. Onlar D.Tuskun Bakıda münaqişə ilə bağlı dediyi fikirləri də analiz edərək Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsindən məyus olduqlarını gizlətməyiblər. Bunun fonunda D.Tuskun bir dəfə də olsun "xalqların öz müqəddəratını təyin etmək hüququ"ndan danışmamasına təəccübləniblər. Buradan belə qənaətə gəlmək olur ki, D.Tusk başlıca prinsip kimi ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığını götürür. Əslində, bu, elə ədalətli mövqedir. O başqa məsələdir ki, ermənilər indiyə qədər əsas olaraq öz haqsız mövqelərinə uyğun olan fikirlər eşidirdilər.

Bu məqamın fonunda maraqlı olanı, Brüsselin, ümumiyyətlə, Aİ-Ermənistan münasibətlərinə baxışıdır. D.Tusk ifadə edib ki, Aİ Ermənistanla əlaqələri genişləndirmək fikrindədir. Ancaq bir neçə şərt yerinə yetirilməlidir. İrəvan islahatlar aparmalıdır. Bu, korrupsiya ilə mübarizəni, məhkəmə sistemini, idarəetmənin başqa aspektlərini, insan haqlarını və s. əhatə etməlidir. Brüsselin Ermənistanla əlaqəli mövqeyi bu şərtlərə əməl edilib-edilməməsi ilə bağlı olacaq.

Həmin mövzular ətrafında D.Tuskun N.Paşinyanla diskussiyası da olub. Belə çıxır ki, onlar hansısa məqamlarda razılaşa bilməyiblər, yanaşmalar fərqli olub. Təbii ki, Brüssel aydın görür ki, Ermənistan rəhbərliyi konkret islahatlar aparmaq əvəzinə imitasiyalara üstünlük verir. İrəvan Brüsseldən yardımları artırmağı tələb edir. Aİ rəhbərliyi konkret fəaliyyət planı olmadan yardımdan danışmağın əsassız olduğunu bəyan edib. Bu məqam ətrafında tərəflərin fikir ayrılığı hələ də qalır. Bir sıra informasiya mənbələri Aİ-nin Ermənistana yardımı artırdığından bəhs etsələr də, hələ real bir fakt yoxdur.

Buna baxmayaraq, görünür, Brüssel Ermənistana yardım edəcək. Məlumdur ki, Avropa ölkələri bəzi mülahizələrə görə Ermənistana loyal münasibətdədirlər. Bunun dəyişdiyini göstərən proseslər gözə dəymir. Lakin yeni bir məqam özünü göstərməkdədir. Aİ artıq Dağlıq Qarabağ məsələsini Ermənistanın daxili problemlərindən ayırır. Münaqişənin həlli üçün erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması şərti mütləqdir. Bu kontekstdə status-kvonun dəyişməsi də vacib şərtdir.

Belə çıxır ki, D.Tuskun Ermənistana səfərinin Azərbaycana olan səfərindən əsas fərqi İrəvanda daha çox diskussiya xarakterli müzakirələr aparması olub. Bakıda isə başlıca olaraq yeni əməkdaşlıq perspektivləri pozitiv fonda müzakirə edilib. Bu məqam bütövlükdə Aİ-nin Cənubi Qafqaz ölkələrinə münasibətinin mühüm bir aspektini ifadə etməkdədir. Həmin bağlılıqda D.Tuskun Batumidə "Şərq tərəfdaşlığı"nın 10 illiyi münasibətilə təntənəli tədbirdə ifadə etdiyi fikirlər maraqlı görünür.

Bu arada Böyük Britaniyanın Kral Coğrafiya Cəmiyyətinin üzvü, Beynəlxalq Dağçılıq və Alpinizm Federassiyasının Dağların mühafizəsi Komissiyasının vitse-prezidenti Maykl Maunsel Facebook sosail şəbəkəsində - Qərbi Kaspi Universitetinin səhifəsində Donald Tuskun səfərini şərh edib və Avropa Birliyi və Azərbaycan arasındakı əlaqələri gücləndirməyi təşviq edən Donald Tusku Azərbaycanda görməkdən məmnun olduğunu yazıb.  M.Maunsell Prezident Tuskun sitatını xatırladıb: "Azərbaycan öz qədimliyi və müasirliyi ilə zəngin olan unikal bir ölkədir. Bu unikallıq vasitəsilə siz Şərq və Qərbin qarşığını görə bilərsiniz. Ölkənin belə bir geoloji ərazidə yerləşməsi sevindirici haldır… Avropa Birliyi və Azərbaycan əlaqələri ildən-ilə daha da güclənir".


Siyasət Şöbəsi

Rəy bildir +
Oxşar xəbərlər
Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"
17:0726 iyun

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"

Iyunun 21-də sumqayıtlıların sevə-sevə Hümbət həkim adlandırdıqları Hümbət Həsənoğlu Quliyev 64-cü doğum gününü qeyd etdi. Qərara gəldik ki, bu münasibətlə onu "Qonaq otağı"nda qonaq edək. Kimdir Hümbət Həsənoğlu? Həkim, biznesmen, yazar. Ən əsası, vətən təəssübkeşi.

Dirijor keşiş   və əfəl lider
10:3621 iyun

Dirijor keşiş və əfəl lider

Cənubi Qafqazda münaqişələrin həll edilməməsi hər keçən gün yeni problemlər ortaya çıxarır. Region daha riskli məkana çevrilir. Qeyri-müəyyənliklər artır. Bunların fonunda bir sıra dairələr daha dağıdıcı mövqe tutmağa cəhdlər göstərirlər. Eyni zamanda, Ermənistanın siyasi səhnəsində qarşıdurmalar,

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO