İSTİ XƏBƏRLƏR
» » Sumqayıt yollarında yenilik

Sumqayıt yollarında yenilik



Şəhərimiz durmadan yenilənir. Bu gün Sumqayıtı  öz inkişaf sürətinə görə Respublikanın ən öncül şəhərlərindən saya bilərik. Parklar abadlaşdırılır, yaşıllıqlar salınır, yeni yollar çəkilir və təmirə ehtiyacı olan yollar yenidən qurulur. 

Sumqayıt Bakıdan sonra ikinci şəhərdir ki,  mərkəzi - Sülh küçəsində yolun sağ hissəsi bölünərək avtobuslar üçün ayrılıb. Təbii ki, bu yenilik şəhərə əlavə gözəllik, səliqə və estetika qatır. 

İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev "168 saat" açıqlamasında bildirdi ki, əhalinin bu yeniliyi  müsbət qarşıladığını, adı çəkilən küçədə gün ərzində sürücülərin avtomobilləri səliqəsiz saxladıqlarından tıxac və gərginlik olduğunu, yolun bu tipdə bölünməsi ilə sıxıntının böyük ölçüdə çözüldüyünü vurğuladı. 


"Biz İcra Hakimiyyəti olaraq şəhərin əsas girişində bu yeniliyi etməyi qərara aldıq. Çünki şəhərin və sakinlərin əlavə gərginlikdən qurtulması və həmən küçədən rahat istifadə etmələri üçün buna ehtiyac var idi. Hələ ki, biz yolun sağ hissəsinin bölünməsini pilot layihə kimi Sülh küçəsində etdik. Gələcəkdə şəhərimizin digər küçə və prospektlərində də bu layihəni həyata keçirməyi düşünürük" - Eyvaz Qocayev bildirib. 

Yolun o qayda ilə ayrılmış hissəsindən avtobuslardan başqa hansı nəqliyyat vasitələrinin istifadə edə biləcəyi sualına isə Eyvaz Qocayev belə cavab verib: "Həmin hissədən avtobuslar ilə yanaşı təcili yardım, polis, yanğın söndürən maşınları da istifadə edə biləcəklər". 


Səbuhi ALLAHVERDİZADƏ

Rəy bildir +
Oxşar xəbərlər
Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi