İSTİ XƏBƏRLƏR
» » "Sumqayıt 70"dən yubiley hədiyyəsi

"Sumqayıt 70"dən yubiley hədiyyəsi



Mini futbol üzrə "Topaz Futbol Festivalı 2019"un zonalar üzrə seçmə mərhələ oyunlarının başa çatmasının ardından bugünlərdə final mərhələsi də yekunlaşdı. Həlledici mərhələdə "Sumqayıt 70", "Xırdalan", "Füzuli", "Xəzər Lənkəran", "Kürmük", "Gəncə Şərab-2", "Quba" və "Novxanı" çempionluq uğrunda mübarizə aparırdı. Olimpiya sistemi ilə keçirilən tunirin həlledici qarşılaşmasında "Sumqayıt 70" ilə "Xırdalan" üz-üzə gəldi.

"Sumqayıt 70": Seymur Bəydəmirov, Kənan Hacıyev, Orxan Ağayarzadə, Azər Mehdiyev (k), Samir Abdulov, Musa Rəhimov, Ruslan Poladov, Sabir Allahquliyev, Rəşad Muradov, Tofiq Mikayılov.

Baş məşqçi: Fərhad Həsənov.

"Xırdalan": Rəfail Kərimov, Anar Məmmədov, Elşən İbrahimov, Ülvi Hacıyev, Elvin İbrahimov, Ülvi Bağırlı (k), Fərda Rəhimli, Tural Məmmədrzayev, Elmir Məmmədov, Rasif Səfiyarov.

Final qarşılaşması adına layiq şəkildə keçdi. Gərgin mübarizə, meydanda olanların bir-birinə güzəşt etməməsi, baxımlı qollar azarkeşlərə həyəcanlı anlar yaşatdı. Finala qədər 3 oyun keçirən hər iki komandanın yorğunluğu hiss olunsa da, futbolçular son güclərini toparlayıb məğlub olmamağa çalışırdılar. Bərabər səviyyədə keçən matçda əsas vaxt 2:2 hesabı ilə başa çatdığından penalti vuruşlarına ehtiyac duyuldu. "Lotereya"da daha dəqiq olan sumqayıtlılar festivalın qalibi olmaqla yanaşı, birinci yer üçün nəzərdə tutulan 1000 manatın qəbzini də əldə etdilər. "Xırdalan"ın qazancı isə 600 manat təşkil etdi. Bürünc medalları və 400 manatı "Xəzər Lənkəran"ı məyus edən "Füzuli" qazandı. Final görüşündən sonra təşkilatçılar qalibə medal, dioplom, pul mükafatı ilə yanaşı, kubok da təqdim etdi. Digər mükafatçılar da yaddan çıxmadı. Onlara da medallar və "Topaz" tərəfindən hədiyyələr təqdim olundu.

Mövsümlərarası fasilədə, azarkeşlərin futbol üçün darıxdığı bir dönəmdə belə turnirlərin təşkili çox yaxşı haldır. Şağan Olimpiya Kompleksində təşkil olunan tunirdən həm iştirakçılar zövq aldı, həm də tamaşaçılar. Təəssüf ki, tunirdə nə bir futzal klubunun, nə də gənclər millisinin məşqçilər korpusunda yer alan mütəxəssisləri gördük. Halbuki yarışa qatılan bəzi komandaların heyətində çox istedadlı gənc və yeniyetmə oyunçular görmək mümkün idi. Təəssüf ki, bizim məşqçilər özlərinə əziyyət verib belə yarışları izləmirlər, sonra da deyirlər ki, bizdə gənc futzalçılar yoxdur. Var, çox hörmətli mütəxəssislər, sadəcə, onları tapıb üzə çıxarmaq, bir qədər də üzərində işləmək lazımdır. Siz isə bunu etmək əvəzinə hazır material istəyirsiz, xaricdən oyunçu dəvət etməklə asan yola baş vurursunuz. Onu da unutmayın ki, çay evlərində qəlyan çəkməklə, dost-tanışla çimərlikdə əylənməklə iş bitmir. Arada iş də görmək lazımdır.

Turnirin sonunda qalib komandanın baş məşqçisi Fərhad Həsənovun fikirlərini öyrəndik: 

- “Sumqayıt 70" zonada ikinci yerin sahibi kimi final mərhələsinə vəsiqə qazanmışdı. Açığı, yarışdan əvvəl düşünürdük ki, seçmə mərhələni asanlıqla keçib, final mərhələsində də hamıdan üstün olacağıq. Heyətdə yer alanların, demək olar ki, hamısı vaxtilə futbol oynamış, bu gün Region Liqasında çıxış edən futbolçulardı. Ancaq seçmə mərhələdə keçirdiyimiz matçlardan sonra gördük ki, bütün kollektivlər turnirə ciddi önəm verirlər. Final mərhələsində heç kim asan təslim olmaq istəmirdi. Ona görə də görüşlərin əksəriyyətində qalibi müəyyənləşdirmək üçün penalti vuruşlarına ehtiyac duyuldu. Hər komandanın heyətində tanınmış oyunçulara rast gəlmək mümkün idi. Komandamız sonda istəyinə çatdı və turnirin qalibi olmağı bacardı. Bu il şəhərimizin 70 illiyi qeyd olunduğundan kollektiv olaraq belə qərara gəldik ki, adımızı elə "Sumqayıt 70" qoyaq. Qazandığımız kuboku da şəhərimizin yubileyinə həsr edirik.

Rəy bildir +
Oxşar xəbərlər
Məşqçinin 6 uğurlu həmləsi,  cəzalanmayan "Sumqayıt"  və əvəzedicilərin 19 qolu
10:4724 may

Məşqçinin 6 uğurlu həmləsi, cəzalanmayan "Sumqayıt" və əvəzedicilərin 19 qolu

Məlum olduğu kimi, 11 nəfərdən ibarət olan futbol komandasının çalışdırıcısı oyunun gedişində hər hansı yetirməsini əvəzləmək imkanı qazanır. Matçboyu oyunun axarını öz ssenarisinə uyğunlaşdırmaq üçün üç dəfə dəyişiklik etmək imkanı olan mütəxəssislərin nə dərəcədə buna nail olması maraq doğurur.

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.

ASAN Radio və  AMEA Tarix İnstitutunun layihəsi Türk adı b.e. əvvəl 23-cü əsrdə çəkilib
18:1730 aprel

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi Türk adı b.e. əvvəl 23-cü əsrdə çəkilib

Azərbaycanın ən qədim əhalisi olan türklərin adları ilk mənbələrdə e.ə. 23-cü əsrdə çəkilir. Onların haqqında Akkad hökmdarı Naram Suenin dövrünə aid kitabələrdə bəhs edilir. Bu daş kitabələrin   Babil, Boğazköy və Tel Amarna arxivlərində  üzü köçürülmüş surətləri saxlanılır.  Elm  dünyasına  isə

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU

Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?
17:2516 aprel

Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?

Bu gün Azərbaycan futbol arenasını ölkəmizin əsas və keyfiyyətli futbol  "bazası" sayılan Sumqayıtsız təsəvvür etmək çətindir. Baxmayaraq ki, müxtəlif vaxtlarda yerli futbol təsərrüfatına Nazim Süleymanov,  Arif Əsədov, Mübariz Orucov,  Mehman Yunusov, Kamal Quluyev, İsmayıl Məmmədov,  Mahir