İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR




Lətifələrin reytinqi


5-ci yer

Dərdayılın həyat yoldaşı itir. O, polis şöbəsinə gəlir. Polis işçisi ona deyir ki, təcili həyat yoldaşının təsvirini kağıza yaz.

Dərdayıl söyləyir:

- Nəcənniy, yazaram. Ancaq bir şərt

lə. Arvadım yazdığımı görməsin.


4-cü yer

- Ata, sən haçansa məktəbdə müəlliməyə vurulmusan?

- Hə, oğlum, vurulmuşam. Bu ömrümün ən şirin xatirəsidir.

- Bəs axırı necə olub?

- Necə olasıdır? Anan xəbər tutub, səni başqa məktəbə keçirib.


3-cü yer


Anekdotı.ru portalında həftənin lətifəsi.

Yəhudi və xoxol qatarda gedirlər. Xoxol çantasından üstünə kərə yağı sürtülmüş baton çörək, hisdə qurudulmuş kolbasa çıxararaq yeməyə başlayır. Yəhudi isə bir quru balıq çıxarıb dişinə çəkir.

Xoxol ona deyir:

- Siz yəhudilər hamınız ağıllı və varlısınızsa, bəs niyə bu quru balığı yeyirsiz?

Yəhudi gülümsəyir:

- Ona görə ki, onda çoxlu fosfor var. Fosfor da beyin üçün faydalıdır, beynimiz onçün yaxşı işləyir.

- Dəqiq?

- Əlbəttə. İstəyirsən, gəl yeməklərimizi dəyişək, özün əmin ol.

Xoxol öz buterbrodunu və kolbasanı yəhudiyə verib onun quru balığını götürür.

Az keşmiş xoxol şübhə ilə buterbrodu ləzzətlə yeyən yəhudiyə baxıb söyləyir:

- Buna bax, sən deyəsən məni aldatdın axı. 

Yəhudi buterbrodun son loxmasını udub yenə gülümsəyir:

- Bax görürsən, artıq ağıllanmağa başlayırsan.


2-ci yer


Telefonuna naviqator.az proqramını yükləyib. "Monte Kristo" restoranına toya gedən bir qaqaşa naviqatordan cazibədar bir qadın səsi deyir:

- Sağa dönün.

Dönür.

- U dönüşü edin.

Edir.

- Ikinci yola keçın.

Keçir.

Sonra səs söyləyir: "Sola dönün"

Qaqaş tərs-tərs naviqatora baxır:

- Necə yəni, sola dön? Orda nişan var, sola dönmək qadağandır.

Naviqatordan gözlənilmədən cavab gəlir:

- Ay qaqaş, nə deyirəm elə. O küçədə ömür billah polis olmur.


1-ci yer

İki həftə rayonda olan Tükəzban evə dönəndə oğlu Qulamdan soruşur:

- Qulam, mama qurban, düzünü de. Mən evdə olmayanda atan çox kədərli olurdu?

- Əvvəl-əvvəl yox, amma son iki gündə o qədər kədərli görünürdü ki.


****

Dərdbölüşmə


Əvvəllər deyərdilər, bəy öz toyunda oynayanda ucuzluq olar. Çünki bəyin oynaması təsadüf olardı. İndisə bəylə gəlin ortaya düşüb toyun axırınacan tappatarap oynayırlar.

Amma ucuzluq o yana, qiymətlər get-gedə bahalaşır.

Odey, pomidorun qiyməti. Əvvəllər iyul-avqustda 10 qəpiyə düşərdi, a kişinin oğlu, indi pomidor 2 manat 50 qəpikdir. Dərdimizi kimə deyək?


Çin məsəli


Əgər donuzlara saray bağışlanılsa, donuzlar heç vaxt sarayda adam olmayacaqlar. Amma saray çevrilib donuzxana olacaq.


Vikinq məsəli


Kupidon bizi öz oxu ilə vuranda bizim bədənimiz ağrımır ki. O dartıb oxu çıxardanda ağrıyır bədənimiz!


Feysbuk sitatı


"İnsanlar sevilmək üçün yaradılıblar. Əşyalar isə istifadə edilmək üçün. Dünyanın yamanlığa doğru getməsinin səbəbi əşyaların sevilməsi və insanların istifadə olunmasıdır"


Dərdbölüşmə


Qardaş, bu qadınlar çox insafsızdırlar. Mən yazıq builki 8 martda, tövbə, səhər saat 7-dən durmuşdum. Buna yüz qızılgül, daş-qaşlı tac, brilyant üzük, üzərinə "Səni sevirəm, aşkım" yazılmış çələng!!!

Bu da əvəzində ağzından çıxanı mənə dedi. Halbuki, başqa hədiyyələrim də olacaqdı. Ancaq internetim qurtardı, whatsappdan ona daha heç nə göndərə bilmədim.

Həmin gün səhər ertədən dostlarımla xaş qonaqlığındaydıq, zalımın qızı burnumdan gətirdi də.


Arzu


Telefonumun zaryatkası qurtaranda zaryatka taxmaq əvəzinə zibilliyə atıb gedib təzə telefon ala biləcəyim qədər varlı olum, bəsdir!


Sitat


"Nədən "Bal ayı" deyirlər, bilirsinizmi? Qadın "bal", kişisə "ayı" olduğu üçün".


Dodaqqaçdı 


İkinci sinifdə oxuyan iki uşağın anaları söhbət edir:

- Sən özünkünün riyaziyyatını eləmisən?

- Hə.

- Ver də, köçürüm.


Deyim


Qərb aqressivdir, düşməndir, orda Azərbaycanı sevmirlər, qisasçıdırlar. Amma məmurlarımızın əksəriyyəti ya ailəsini orda saxlayır, ya övladını orda oxutdurur.

Demək, ele də qaraqəlbli deyillər qərblilər.


Məsləhətçi


Əgər işiniz sizi bezdirirsə, hər dəfə iş sonrası "mən öz işimə nifrət edirəm" söyləyirsinizsə, onda bu məsləhətimizə əməl edin. Evə dönəndə aptekə girib Johnson &amp: Jonhnson Firmasının termometrini alın. Evdə bütün qapı pəncərəni bağlayın, pərdələri çəkin, telefonu söndürün, heç kəs qoy sizə mane olmasın.

Ev paltarınızı geyinib rahat kürsüdə əyləşin, sonra termometri qutudan çıxarıb instruksiyasını diqqətlə oxuyun. Xırda şriftlə yazılmış frazaya xüsusi diqqət yetirin: "Every Rectal Thermometer made by Johnson &amp: Johnson is personally tested and then sanitized". Tərcüməsi: "Johnson &amp: Johnson firmasının hər bir rektal termometri şəxsən yoxlanılmış, sonra dezinfeksiya edilmişdir".

İndi isə gözlərinizi yumub beş dəfə təkrar edin: "Johnson &amp:Johnson" firmasında keyfiyyət nəzarətçisi işləmədiyim üçün mən necə də xoşəxtəm!


Şikayət


"Müəllim" ən şərəfli peşə, ən şərəfli addır. İtaliyalılar müəllimə "padre" deyirlər, "padre" ata deməkdir. Türklər "hocam" deyirlər, yəni ağsaqqalım, böyüyüm.

Biz isə hər yoldan keçənə, hətta kanalizasiya təmizləyənə də "müəllim" deyirik.

Belə olarmı?

Rəy bildir +
Oxşar xəbərlər
OXUMASANIZ DA OLAR
10:5018 iyul

OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR
17:3621 iyun

OXUMASANIZ DA OLAR

Kürdəmirdə çayxanada əyləşib iki şəhərli çay sifariş  verir. Ofisiant çayı gətirib masaya  qoyanda söyləyir: - Tez için ki, isinməsin.

“Qatarda 18 əhvalat"  adlı yeni kitab
17:0920 iyun

“Qatarda 18 əhvalat" adlı yeni kitab

Yazıçı Aləm Kəngərlinin "Qatarda 18 əhvalat" adlı yeni kitabı oxucuların ixtiyarına verilib. Kitab "Qanun" nəşriyyatında çap olunub. Bu, "Naməlum adam"dan sonra Aləm Kəngərlinin oxuculara təqdim etdiyi ikinci nəsr kitabdır. Kitabın redaktoru Fərzuq Seyidbəyli, korrektoru Hicran Hüseynova, ön sözün

OXUMASANIZ DA OLAR
16:3930 may

OXUMASANIZ DA OLAR

Təzə doğulmuş körpə dil açır. Ilk dediyi söz "baba" olur. Bir gün sonra babası dünyasını dəyişir. Uşağın növbəti işlətdiyi söz "nənə" olur. Səhərisi gün nənəsidə dünyasını dəyişir. Sonra uşaq "bibi" və "dayı" deyib bibisini və dayısını da o dünyaya yola salır. Növbəti gündə uşaq "ata" deyir.

OXUMASANIZ DA OLAR
11:1724 may

OXUMASANIZ DA OLAR

Telefon mağazasına gələn qoca bir kişi usta güşəsinə yaxınlaşıb telefonunun işləmədiyindən şikayət edir və ustadan xahiş eləyir ki, telefonunu düzəltsin. Usta telefona baxdıqdan sonra onu qocaya qaytarır, deyir, ağsaqqal, bu telefon işlək vəziyyətdədir, xarab-zad deyil. Bunu eşidən qocanın gözləri