İSTİ XƏBƏRLƏR
» » Milan Obradoviç: “Sumqayıt”da gənc futbolçulara daha çox şans verilir

Milan Obradoviç: “Sumqayıt”da gənc futbolçulara daha çox şans verilir



“Sumqayıt” futbol klubu 2019/2020-ci illər mövsümü üçün hazırlığını Türkiyədə davam etdirir. Ankaranın Qızılcahamam bölgəsində keçirilən təlim-məşq toplanışı zamanı “Sumqayıt” futbol klubunun məşqlərini izləyənlər arasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç də olub.

Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Milan Obradoviç məşqlərdən sonra deyib: “Bir neçə gün Türkiyədə oldum. Ankaranın Qızılcahamam bölgəsində klublarımızın məşqçi heyəti ilə görüşdüm, məşq proseslərini izlədim. Əsas məqsədim U-21 millimizin futbolçularının hazırki vəziyyətini öyrənmək idi. “Sumqayıt”a gəldikdə isə, bu klubun 2 məşqini canlı izlədim. Məni maraqlandıran o idi ki, U-21-in futbolçuları hansı mövqedə özlərini daha yaxşı göstərir? Bu barədə klubun baş məşqçisi ilə də söhbətim oldu. Ümumilikdə, futbolçuların zəif və güclü tərəflərini izləməyə çalışdım. “Sumqayıt” klubu olduqca intensiv və dinamik məşqlər edir, özlərini maksimum şəkildə göstərməyə çalışırdılar.

Burada məni çox sevindirən bir sıra məqamlar oldu. Gənclər daha təcrübəli futbolçulardan öyrənməyə çalışırlar. Bu komandada gənc futbolçuların sayı digərlərinə nisbətən daha çoxdur və gənclərin ilk 11-lik üçün var qüvvə ilə çalışdığını gördüm ki, bu da məni çox sevindirdi. Bütün gənclər dərk edir ki, artıq bura nə U-19 liqası, nə də əvəzedicilərin çempionatıdır. Onlar daha çox öz üzərlərində işləyib, əsas komandanın üzvünə çevrilməyə çalışmalıdırlar.

Baş məşqçi Ayxan Abbasov ilə də fikir mübadiləsi apardım. O da heyətdə yer alan gənclərə inandığını, onların daha səylə çalışdığını bildirdi. Komandanın strategiyası məni çox qane edir. Çünki “Sumqayıt”da gənc futbolçulara daha çox şans verilir. Bu da milli komandamızın xeyrinə olan amillərdəndir”.

Rəy bildir +
Oxşar xəbərlər
OXUMASANIZ DA OLAR
17:2129 iyul

OXUMASANIZ DA OLAR

İki həftə rayonda olan Tükəzban evə dönəndə oğlu Qulamdan soruşur: - Qulam, mama qurban, düzünü de. Mən evdə olmayanda atan çox kədərli olurdu? - Əvvəl-əvvəl yox, amma son iki gündə o qədər kədərli görünürdü ki.

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...
17:0927 iyul

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...

“168 saat”ın "Doktor" səhifəsinin budəfəki qonağı androloq-seksoloq Həsən Səmədovdur. Onunla müsahibəmizdə əsasən kişiləri maraqlandıran cinsi problemlər, xəstəliklər barədə danışmışıq, həkim eyni zamanda oxucularımızı maraqlandıran sualları cavablandırıb.

OXUMASANIZ DA OLAR
10:5018 iyul

OXUMASANIZ DA OLAR

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Rauf Qaraişıq: Uşaqlığımın şəkli.
16:2713 iyun

Rauf Qaraişıq: Uşaqlığımın şəkli.

Sən -  kontuziyalı zabitin öz-özünə çaldığı Çəpik kimisən,