İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular



Uçan motosıkl

İsti günlərin pikinin yaşanması, pomidorla qarpızın qiymətinin düşməsi, yüksək çinli bir məmurun paxırlarının açılması və s. Bütün bunları bir kənara qoyaq, həftənin ən başlıca hadisəsi Yaponiyada uçan motosikllərin istehsalına başlanması oldu. Belə ki, Tokioda yerləşən "ALİ Technologies inc." adlı startap şirkəti uçan motosikllər üçün sifariş qəbuluna başladı.

Yeni texnologiyalardan istifadə edilməklə yaradılan bu motosikllər təqribən yerdən 10 metr hündürlükdə uçacaqlar, maksimal sürətləri saatda 200 kilometrə çatacaq. Yapon şirkəti uçan motosiklləri imkanlı əcnəbilər üçün nəzərdə tutur. Çox güman, əsas alıcılar varlı ərəb şeyxləri olacaqlar. Amma biz də korrupsiya pulları israfçılığında öz Zəmirə modelimizlə dünyada məşhuruq. Demək, mütləq Bakı səmalarında da uçan motosikllərə rast gələcəyik!


Fazil Mustafa

Şah İsmayıl Xətainin əleyhinə çıxmaqla, onu tənqid etməklə gündəmə gəlmiş millət vəkili Fazil Mustafa Moskva diasporunun rəhbəri Şamil Tağıyevlə kəskin savaş etdikdən sonra indi də həmkarı Fəzail Ağamalı ilə vuruşmalı oldu. Belə ki, Fəzail Ağamalı tarixi şəxsiyyətlərə toxunmağı tarixi xəyanət adlandırdı, bildirdi ki, Xətaiyə toxunanın qələm tutan barmağı, danışan dili yanar. Fazil Mustafaya da "Axı sən bu tarixi şəxsiyyətlə müqayisədə doğrudan doğruya kimsən?" mesajını ünvanladı. Fazil bəy də onu "Azərbaycanda tarix fəlsəfəsini anlamayan bir tarix üzrə elmlər doktorunun tipik obrazı" adlandırdı.

Düzü, ictimaiyyət ciddi olaraq bir şeyin marağındadır: Azərbaycan tarixinin ən şanlı səhifəsinin müəllifi olan, bizə bəşər tarixinin ən böyük imperiyalarından birini bəxş edən Şah İsmayıl Xətaini tənqid etmək axı Fazil Mustafaya nə verəcək?

Versiyalar çoxdur. Birini də "6 xətt" söyləsin. Bu yaxınlarda Rəsulzadəni söyən Naqif Həmzəyev "Cumhuriyyətin 100 illiyi" medalına layiq görüldü. Olsun ki, Fazil bəyə də Xətai medalı təqdim edilsin.


Qarpızsatan 

Bu həftə Odessa-Kiyev magistral yolunun kənarında çadır qurub, qarpız düzüb satan həmyerlimiz idarəetməni ititərək yoldan çıxan "Mersedes" markalı avtomobilin qurbanı oldu. Onunla bərabər, qarpız alan bir alıcı qadın da hadisə yerində həlak oldu. "Mersedes" möhkəm əzilsə də, sürücü yüngül xəsarətlə canını qurtardı.

Ondan başlayaq ki, yol kənarında qarpız satmaq dünyada sırf azərbaycanlılara aid mental xüsusiyyətdir. Yay aylarında ölkəmizin boz asfaltları ucdantutma yaşıllı-qaralı "toplarla" əhatələnir.

İndi biz millət olaraq bu ənənəni xaricə transfer etmək qərarına gəlmişik, amma əfsus ki, təcrübə faciə ilə nəticələnib.

Ay qardaşlar, ağlınız Azərbaycana getməsin, burda maşın sürən hər kəs maşınını yol kənarında qarpızsatanın ola bilməsi ehtimalı ilə sürür. Xaricdə isə belə ehtimal yoxdur. Odur ki, həyatınızla risk etməyin.

Ölüm hökmü

ABŞ-da 16 ildən sonra ölüm hökmlərinin federal səviyyədə icra olunacağı bəlli oldu. Belə ki, Birləşmiş Ştatların baş prokuroru Uilyam Barr Federal Penitensiar Xidmətə beş məhkumun edam olunması barədə tapşırıq verdi. Baş prokuror bu tapşırığını belə əsaslandırdı:

- Edam cəzasına məhkum olunan bu beş şəxs uşaqların və ahıl insanların qətlində və zorlanmasında ittiham olunaraq həbs ediliblər. Onların edamı bu ilin dekabrında və 2020-ci ilin yanvarında icra olunacaq.

Xatırladaq ki, ABŞ-da Federal Ədliyyə Nazirliyi 2003-cü ildən ölüm hökmünün yerinə yetirilməsini moratorium qoymuşdu. Budur, 16 ildən sonra ölüm hökmləri bərpa olunur. Bir müddət öncə Prezident Tramp söyləmişdi ki, ölkədə çox ağır cinayətlər törədən şəxslərə qarşı çox yumşaq davranılır, onlara həddindən artıq apelyasiya şikayətləri vermək imkanı yaradılır. Budur, Trampda istəyinə çatdı.

Öz aramızdır, şəxsən biz azyaşlını zorlayanın, bütöv bir ailəni vəhşicəsinə məhv edənin ömürlük həbs çəkməsini, haçansa azad ola bilmə ehtimalını da itirməməsini humanizm saymırıq, bu əsl antihumanizmdir.

Belələri hətta kütlə qarşısında edam edilməlidirlər!


Qəhrəman

Bu həftə Bakı küçələri inanılmaz bir hadisəyə şahidlik etdi. Belə ki, arxa kapotu, üstü və içi meyvə-tərəvəz dolu yeşik və çuvallarla yüklənmiş 23-BB-267 dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobil şəhərin əsas küçələri ilə hərəkətdə oldu. Və ən sensasiyalı: Salonda yer olmadığı üçün avtomobilin gənc sərnişini ön kapotda əyləşmişdi.

"6 xətt" olaraq biz Göyçay rayonunda qeydiyyatda olan bu VAZ 2106 markalı avtomobili müstəsna yükdaşıma qabiliyyətinə görə "İlin avtomobili", bu avtomobili bu qədər qeyri-standart yükləndiyi, arxa və yan güzgülər olmadığı halda normal iarə etdiyinə görə sürücüyə "İlin sürücüsü", tarixdə ilk dəfə olaraq ön kapotda əyləşərək həyatını riskə atan qorxubilməz sərnişini isə "İlin cəsuru" elan edirik.

Fırıldaqçılar

Bu həftə Bakı Ağır Cinayətlər Məhkəməsində keçən bir məhkəmə prosesi də tarixə düşdü. Belə ki, Aləmzar Əliyeva və Tərlan Bağırova adlı iki xanım inanılmaz bir avanturaya gedərək ağlasığmaz dələduzluq cinayəti törətdikləri üçün həbs edildilər, mütləq olaraq 9 il və 8 il 6 ay müddətinə azadlıqdan məhrum oldular.

Demək, bu iki xanım bağça müdiri və müdir müavini statusunda bir neçə qadına "Şamaxinka" adlanan ərazidə yeni açılacaq uşaq bağçasında işə qəbul ediləcəklərini vəd ediblər və onlardan böyük məbləğdə pul alıblar, üzərinə reklam lövhəsi vurulmuş təmirdə olan bir obyekti də gələcək bağça kimi təqdim ediblər.

Qəhrəmanlarımız bir müddət sonra “bağça işçilərinə” geyinib-keçınıb bağçanın açılışına gəlməyi tapşırıblar. Onlar da geyinib-keçinib bağçaya gedəndə yerlərində quruyub qalıblar. Reklam lövhəsini yerində görməyiblər, obyektdə isə tam başqa profilli bir müəssisə fəaliyyət göstərirmiş.

Siz qadınlarda fərasətə baxın e!

Həftənin salnaməsini SƏRTYEL yazdı

Rəy bildir +
Oxşar xəbərlər
Bizimkilərin Dubay sərgüzəştləri
18:5217 iyul

Bizimkilərin Dubay sərgüzəştləri

1971-ci il dekabrın 1-də yaradılmış Birləşmiş Ərəb Əmirliklərinin ən böyük ticarət mərkəzi Dubaydır. 1985-ci ildə bu şəhər azad iqtisadi zona elan edilib. 1992-ci ildən sonra azərbaycanlılar buranı kəşf etdilər. Ərəbistanda ingilis dilini bilən qadınlara iş tapıldı. Onlar tərcüməçi və böyük ticarət

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
16:4516 iyul

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Bu həftə mətbəximizin bəzəyi olan bu tərəvəz tarixə adının çox hallanması ilə düşdü.

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
16:5204 iyul

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Bu həftə Fransanın adı gündəmdən düşmədi, belə ki, bu Avropa ölkəsində tarixin ən isti havası qeydə alındı. Vokruz departamentinin Karpantra şəhərində 44,3 dərəcə isti müşahidə edildi, bu da Fransa tarixinin 2003-cü ildə qeydə alınmış 44,1 dərəcəlik ən isti havasını üstələdi. Xatırladaq ki, 2003-də

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO