İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda hansı məktəblərin təmirə ehtiyacı var?

Sumqayıtda hansı məktəblərin təmirə ehtiyacı var?



Ümumilikdə demək lazımdır ki, Sumqayıtda son illərdə bir neçə məktəb yenidən qurulub, əsaslı təmir edilib. Sumqayıt Təhsil Şöbəsindən "168 saat"a verilən məlumata görə belə məktəblərin sayı 16-dır. 
"16 məktəb son illərdə əsaslı təmir edilib. Ancaq təmirsiz məktəblərimiz də çoxdur" - deyə Şöbədən bildirilib. 
Bəli, təmirsiz məktəblərin sayı kifayət qədər çoxdur. Apardığımız araşdırma zamanı məlum oldu ki, təxminən 30-a yaxın məktəbin təmirə ehtiyacı var.
Qəzalı vəziyyətdə olan məktəb binası da var. Belə ki, 19 nömrəli tam orta məktəbin binasının müəyyən hissəsi qəzalı vəziyyətdədir. Faktı Təhsil Şöbəsindən də təsdiqləyiblər. 
Təmirsiz məktəblər sırasında xüsusilə 14 və 15 nömrəli məktəblərin adını çəkmək olar. Bəzi məktəblərdə isə uşaq sıxlığı yaşandığından əlavə tədris korpusuna ehtiyac var.
***
Bu arada Şəhərin İnşaatçılar qəsəbəsində yerləşən 9 saylı məktəb sökülərək yenidən tikilir. 
Əməkdaşımız ərazidə olarkən burada qızğın işin getdiyinin şahidi olub. Tikintini həyata keçirənlər tikintinin sürətlə həyata keçirildiyini bildiriblər: "Sentyabra qurtarmalıyıq. Ancaq ola bilsin, binanın içinin təchizatı ilə birgə dekabrda təhvil verilsin. Çox müasir məktəb olacaq".
Məktəbin tikintisi "Sosial-inkişaf layihə" MMC tərəfindən həyata keçirilir. Tikintiyə aprel ayında start verilib. Məktəb 4 mərtəbədən ibarət olacaq, əlavə olaraq idman meydançası və bir neçə köməkçi binası ilə şagirdlərin ixtiyarına veriləcək.
(Fotoda yenidən qurulan 9 saylı məktəb)

Rəy bildir +
Oxşar xəbərlər
Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO