İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda hansı istirahət mərkəzlərinin fəaliyyəti dayandırıla bilər?

Sumqayıtda hansı istirahət mərkəzlərinin fəaliyyəti dayandırıla bilər?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Xəzər dənizinin Bakı, Sumqayıt, şimal və cənub sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində tullantı sularının idarə olunması vəziyyəti ilə bağlı növbəti reydlər keçirilib və bundan əvvəl verilmiş məcburi göstərişlərin icra vəziyyəti yoxlanılıb.


Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, reydlər zamanı Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən "Palma", "Riverin", "Ober Lyuks", "El Faro", "Təhsil", "Atlant" istirahət mərkəzlərində su təmizləyici qurğuların quraşdırıldığı, Sumqayıtda fəaliyyət göstərən "Dostluq", "Caspian Breeze", "Şərur", "Amore", "Nicat", "Freqat", "Regnum", "Röya", "Turan", "Təndir", "Qala" istirahət mərkəzlərinin çirkab sularının mərkəzi kanalizasiya şəbəkəsinə qoşulduğu müəyyən olunub.

Nazirlik rəsmisinin sözlərinə görə, Xaçmaz rayonundakı "Çıraqqala", "Jalə", Sumqayıt şəhərindəki "Duyğu", "Liman", "Atlantida", "Flaqman", "Narınqala", Balıqçı", "Alma", "Neptun, "Antalya", "Qala", Bakı şəhərindəki "Mirvari", "Riyad park", "Caspian Beach", "1001 gecə", "Eldarado", "Dostluq", "Aquapark" istirahət mərkəzlərinə bir müddət əvvəl verilmiş "məcburi göstəriş"lərin tələbləri icra edilmədiyi üçün onların fəaliyyətlərinin dayandırılması ilə bağlı məhkəmə qarşısında vəsatət qaldırılıb.

İ.İbrahimova qeyd edib ki, reydlər zamanı Nabranda fəaliyyət göstərən "Lotos", "Ulduz", Sumqayıtda "Katamaran", "Sahil", "Diana", Bakıda "Bizim sahil", "Xəzər", "Türkan", "Simurq", "Voyage", "Qala" və "Antalya" istirahət mərkəzlərində, Lənkəran-Astara zonasında isə "Dağlar oğlu", "Həsirli", "Su pərisi", "Panorama" ictimai-iaşə obyektlərində də formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib və cavabdeh şəxslər barəsində akt tərtib olunub. Formalaşan tullantı sularının təmizlənməsi üçün sözügedən obyektlərin sahiblərinə icrası məcburi olan "məcburi göstəriş"lər verilib.


Rəy bildir +
Oxşar xəbərlər
Xəzəri qanunsuz çəpərləyənlər   4 min manat cərimə olunacaq...
17:1225 iyul

Xəzəri qanunsuz çəpərləyənlər 4 min manat cərimə olunacaq...

Sumqayıt ətrafında Xəzər dənizi tam olaraq sakinlərin ixtiyarındadır. Amma üzü Novxanı istiqamətində getdikcə dənizin intensiv hasarlanması ilə rastlaşırıq. Budur, dənizi hasarlayanlara qarşı mübarizə sərtləşdirilir. Lakin buna baxmayaraq,   dənizi hasara alaraq kafelər açıb, istirahət mərkəzi

13 istirahət mərkəzinin sahibləri cərimələndi
16:2414 iyul

13 istirahət mərkəzinin sahibləri cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər dənizinin Bakı, Abşeron və şimal sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində reydlər keçirilib.

Sumqayıtlı sahibkardan Nazirliyin   yerli strukturuna qarşı sərt ittiham
16:1610 iyul

Sumqayıtlı sahibkardan Nazirliyin yerli strukturuna qarşı sərt ittiham

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "Dan Ulduzu" şadlıq evini məhkəməyə verib.

Sumqayıtda Xəzər dənizini çirkləndirən obyekt sahibləri cəzalandırılıblar
12:1827 iyun

Sumqayıtda Xəzər dənizini çirkləndirən obyekt sahibləri cəzalandırılıblar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri ilə Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reydlər keçiriblər.

Sumqayıtda yerləşən restoranın direktoru:  "Nazirliyin açıqlaması  bizi təəccübləndirdi"
17:5630 aprel

Sumqayıtda yerləşən restoranın direktoru: "Nazirliyin açıqlaması bizi təəccübləndirdi"

Ötən həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıtda yerləşən təmizləyici qurğular quraşdırılmayan 3 restoranla bağlı açıqlama yaydı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərimov bildirmişdi ki, Bakı və Sumqayıt şəhərlərində keçirilən monitorinq zamanı təmizləyici