İSTİ XƏBƏRLƏR
» » Etilen Polietilen Zavodu: müəssisədə hansı yeniliklər gözlənilir?

Etilen Polietilen Zavodu: müəssisədə hansı yeniliklər gözlənilir?

"Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodu 2020-ci ilin 2-ci rübündə tam olaraq yeni konfiqurasiyada istismara veriləcək. Bununla da zavodda illik etilen istehsalının həcmi 100-105 min tondan 192 min tona, propilen istehsalının həcmi isə 50-55 min tondan 187 min tona çatdırılacaq.

Etilen Polietilen Zavodu müasir sənaye müəssisəsinə çevrilir. Bunun üçün yeni texnoloji qurğular, istehsal binaları, məhsul anbarları inşa edilir, texnoloji proses rəqəmsal sistemə keçilir, mövcud elektrik təchizatı sistemi və köməkçi qurğular təkmilləşdirilir. Bunun üçün 2016-cı ilin noyabrında Mühəndislik, Layihələndirmə və Tikinti müqaviləsi imzalanıb, tikinti işləri 2017-ci ildə başlanılıb. İndiyədək bir neçə qurğu istismara verilib.


Etilen Polietilen Zavodunun direktoru Oqtay Niftəliyev Azərbaycan Televiziyasına müsahibəsində bunları deyib:

"Layihəni podratçı qismində bu sahədə beynəlxalq təcrübəyə malik olan İtaliyanın "Tecnip" şirkəti yerinə yetirir. (STIK) Ümumi sərmayə 508 mln avro dəyərindədir. Bu layihənin də əsas məqsədi Sumqayıt şəhərində yeni tikilmiş istifadəyə verilmiş Socar Polimer MMC-ni yüksək keyfiyyətli və lazımı miqdarda məhsullarla, etilen, propilen saf hidrogen və enerji daşıyıcılarla təmin etməkdir".

Layihənin icrasına müxtəlif ölkələrdən 50-dən çox istehsalçı və podratçı şirkət, hər il tikinti və montaj işlərinə Sumqayıt şəhərindən və ətraf regionlardan 1800-2000 nəfər işçi cəlb olunub. Bu günədək layihələndirmə işlərinin 99,9%-i, satınalma işlərinin 98,1%-i, tikinti işlərinin isə 61%-i tamamlanıb.


İxtiyar Şahverdiyev (Etilen İstehsalatının rəisi):

- 1988-ci ildən istehsala buraxılan etilen istehsalatında artıq yeni dönəm başlayıb. Demək olar ki, modernizasiya, yenidən qurma işləri son mərhələyə daxil olubdur. Yeni 4 ədəd müasir sobanın tikintisi başa çatdırılmışdır, yeni sobaların əraziyə daşınmaşı prosesi gedir. Oktyabr ayında yeni sobaların istismara buraxılması planlaşdırılır.


Xanış Məmmədov (növbə rəisi):

- Bugünkü bizim proliz sobalarında yeni texnologiyanının gətirilməsi, bizim üçün çox sevindirici oldu və burada qeyd etmək lazımdır ki, yeni peçlərin quraşdırılması əmək şəraitinin vəziyyətinin yaxşılaşdırılması, insanların təhlükəsizliyinin təmin olunması və etilen istehsalının yüksək keyfiyyətlə buraxılması bizi çox sevindirir.

***

Etilen-Polietilen zavodunun məhsulları ixracyönümlüdür. Ötən ilədək burada istehsal olunan məhsulların 85-90 faizi Avropa ölkələrinə, eləcə də Türkiyəyə, Çinə, Rusiyaya ixrac edilib. Bu il isə məhsulların əsas hissəsi SOCAR Polimer layihəsi üçündür. Zavodda aparılan yenidənqurmadan sonra etilen istehsalının həcmi ildə 100-105 min tondan 192 min tona, propilen istehsalının həcmi isə 50-55 min tondan 187 min tona çatdırılacaq. Müəssisə 2020-ci ilin 2-ci yarısından yeni konfiqurasiyada fəaliyyət göstərəcək. Bu ilin sonunda zavodda Buxar Turbogenerator qurğusunun istifadəyə veriməsi nəzərdə tutulur. Sözügedən yeni qurğu Buxar Generator Kompleksinin enerji effektivliyini artırmağa şərait yaradacaq. "Azərikimya" İstehsalat Birliyinin elektrik enerjisinə tələbatını tam ödəyəcək, qalan elektrik enerjisi isə şəbəkə vasitəsilə SOCAR-ın başqa müəssisələrinə ötürüləcək.


Rəy bildir +
Oxşar xəbərlər
Şəhərimiz necə dəyişir?
15:3606 iyun

Şəhərimiz necə dəyişir?

İstər Sovet rejiminin hökm sürdüyü illərdə, istərsə də müstəqillik dövründə Sumqayıt dostluğun ünvanı kimi tanınmışdır. Bu ünvanı ilk tanıyan Gürcüstanın metallurqlar şəhəri Rustavi oldu. Sonralar bu qapını Rumıniyanın Piteşti (1971), Ukraynanın Çerkassı (1972) şəhərləri döymüşlər. Hal-hazırda

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir 

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli