İSTİ XƏBƏRLƏR
» » "Sumqayıt"ın sabiq hücumçusu: "Əvvəlcədən futbolçulara sənəd imzalatmışdılar ki..."

"Sumqayıt"ın sabiq hücumçusu: "Əvvəlcədən futbolçulara sənəd imzalatmışdılar ki..."


Mövsümlərarası transfer dönəmində "Sumqayıt" klubundan ayrılan türkiyəli futbolçu Atilla Yıldırım hələ "kimyaçılar"la anlaşanda onun əcnəbi statusu ilə "Sumqayıt"a transferi birmənalı qarşılanmamışdı. Daha sonralar isə 29 yaşlı hücumçunun komanda ilə problemlər yaşaması gündəmə gəldi. Məhz bu və digər məsələlərə aydınlıq gətirmək üçün Atilla Yıldırımla əlaqə saxladıq. 


- Ötən mövsümün sonunda "Sumqaıt"la yollarınızı ayırdınız. Komanda sizə yeni müqavilə təklif etmədi, yoxsa özünüz klubda qalmaq istəmədiniz?

- "Sumqayıt"la imzaladığım müqavilənin müddəti mövsümün sonunda başa çatdı. Rəhbərlik yeni müqavilə təklif etmədi, amma əgər yeni müqavilə təklif olunsaydı, yenə də "Sumqayıt"da qalmağa razıılıq verməyəcəkdim.

- Maraqlıdır, niyə "Sumqayıt"dan getməkdə bu qədər maraqlı idiniz?

- Qış fasiləsindən sonra oynamaq şansı qazanmırdım. Mart ayından etibarən isə ümumiyyətlə əvəzedici komandaya göndərildim. Belə vəziyyətdə yeni sözləşmə imzalamağın anlamı yox idi.

- Mövsümün əvvəlində Nazim Süleymanov sizə şans versə də, Ayxan Abbasovun baş məşqçi postunu tutmasından sonra sizi meydanda görmədik. Sizcə, buna səbəb nə idi?

- İlk vaxtlarda hər şey qaydasında idi. Nazim Süleymanov mənə əsas heyətdə meydana çıxmaq imkanı verirdi. Amma onun gedişindən sonra vəziyyət dəyişdi.  Ayxan Abbasov gələndən sonra mən ehtiyatda qaldım. Məşqçinin gəlişindən sonrakı ilk matçda mənə şans verməməsi özlüyündə nəyəsə işarə idi. Sonradan isə yuxarıda da dediyim kimi, əvəzedici heyətə göndərildim.

- Ayxan Abbasovla aranızda hər hansısa bir problem var idi?

- Yox, heç bir problemimiz olmayıb. Mənə niyə şans vermədiyini bilmirəm.

- Siz hələ "Sumqayıt"daykən Ayxan Abbasovun futbolçulara mətbuata müsahibə verməklə bağlı qadağa qoyduğunu demişdiniz. Ancaq Ayxan Abbasov yerli mediaya açıqlamasında bunu təkzib etmişdi. Bu haqda nə deyə bilərsiniz?

- İndi də dediyim sözün arxasındayam. Əvvəl belə bir şey yox idi, amma Ayxan Abbasovun təyinatından sonra futbolçuların müsahibə verməsinə icazə verilmədi. Əvvəlcədən futbolçulara sənəd imzalatmışdılar ki, klubun mətbuat xidmətinin məlumatı olmadan hər hansı media orqanına müsahibə verən futbolçu cəzalandırılacaq. 

- Ancaq yerli futbolçulara bel bağlayan "Sumqayıt"ın Hollandiya türkü olan Atilla Yıldırımı heyətinə qatması birmənalı qarşılanmamışdı. Azərbaycanla hər hansı bağlılığınız varmı?

-  Əslim Sivas şəhərindəndir. Babam və nənəm bura əhalisinin çoxunu azərbaycanlılar təşkil edən Qars şəhərindən gəlib. Yəni Azərbaycanla bağlılığım var. Başqa sözlə, ulu babalarım azəridir. Hətta ailəmizin dilində  hələ də elə sözlər var ki, Azərbaycan türkcəsində olduğu kimi deyilir. Məsələn, alma və təyyarə sözləri ilk ağlıma gələnlərdir.  

- Azərbaycan çempionatında top qovmamışdan öncə bizim futbol haqda hansı təəssüratlarınız var idi və burda çıxış etdikdən sonra hansı fikirləriniz formalaşdı?

- Düzü, geniş məlumatım yox idi, düzdür, dostlarımdan bəzi məlumatlar eşitmişdim, amma o qədər də çox bilgi sahibi deyildim. Ümumilikdə futbolun səviyyəsi pis deyil, ancaq daha da inkişaf etməsi üçün Premyer Liqada komanda sayı artırılmalıdır.

- Maraqlıdır, yenidən təklif gəlsə, Azərbaycanda top qovmaq istərdinizmi?

- Açığı, hazırda hədəflərim arasında Azərbaycanda çıxış etmək yoxdur, amma gələcəkdə hər şey ola bilər.


Tural MƏMMƏDOV
Rəy bildir +
Oxşar xəbərlər
Mövsümöncəsi "Sumqayıt"da son durum necədir?
17:2705 iyul

Mövsümöncəsi "Sumqayıt"da son durum necədir?

Ötən mövsüm ölkə kubokunun final qarşılaşmasının ardından belə demək mümkünsə, kölgəyə çəkilən "Sumqayıt"da sular durulmaqdadır. Ötən ayın sonlarında baş məşqçi Ayxan Abbasovla bir illik müqavilə bağlayan, onun fiziki hazırlıq üzrə köməkçisi postuna isə ispaniyalı Edu Karonu gətirən "kimyaçılar"

Milli üzvləri əcnəbi klubların diqqət mərkəzində…
17:4326 iyun

Milli üzvləri əcnəbi klubların diqqət mərkəzində…

Məlum olduğu kimi, müstəqillik dönəmindən fərqli olaraq,   Sovet dövründə postsovet ölkələrində futbolçuların əcnəbi klublara üz tutması o qədər də dəbdə deyildi. Təbii ki, bunun da tutarlı səbəbləri var idi. Belə ki, karyerasını xaricdə davam etdirmək niyyətində olan futbolçular kommunizm

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.

Klublarımızın baş tutmayan super transferləri
17:2216 aprel

Klublarımızın baş tutmayan super transferləri