İSTİ XƏBƏRLƏR
» » Rəqiblərimizi tanıyaq: Köhnə tanışlarla yeni mübarizə

Rəqiblərimizi tanıyaq: Köhnə tanışlarla yeni mübarizə



Bizim üçün dörd komanda ilə başlayan Avrokubok mövsümündə mübarizəni ilk mərhələdə dayandıran "Səbail"ə ikinci təsnifat mərhələsində ölkə kubokunun qalibi "Qəbələ" də qoşuldu. Digər iki komandamız "Qarabağ"la "Neftçi" isə artıq pley-off mərhələsinin astanasındadır. Bu mərhələyə yüksəlmək üçün "Qarabağ" Çempionlar Liqasında Kipr APOEL-ini, "Neftçi" isə Avroliqada İsrail "Bney-Yahuda"sını mübarizədən kənarlaşdırmalıdır. Təbii ki, sözügedən matçlar ərəfəsində hər iki rəqibimizi tanımaq maraqlı olar. 


"Neftçi"nin udduğu 1/4 finalçı

Əsası 1926-cı ildə qoyulan və hərfi mənası "Nikosiyanın Yunan Atletik Futbol Klubu" olan Kipr təmsilçisi ilk iki il ərzində POEL adlandırılsa da, sonradan APOEL adı altında çıxış etməyə başlayıb. İlk ölkə çempionluğunu yarandıqdan 10 il sonra qazanan Nikosiya klubu ümumilikdə isə 28 dəfə Kipr çempionu, 21 dəfə ölkə kubokunun qalibi olmaqla diqqət çəkir. Həmçinin komandanın aktivində 15 qat superkubok çempionluğunun olduğunu da qeyd edək.

Avrokuboklarda 150-dən artıq oyun keçirən Kipr klubunun ən böyük uğuru Çempionlar Liqasında ən güclü 8 komanda arasına yüksəlməsidir. Bu uğura 2011/2012-ci illər mövsümündə nail olan "sarı-göylər" həmin vaxt Çempionlar Liqasının qrup mərhələsində "Şaxtyor", "Porto" və "Zenit"lə mübarizədə birinci olmuş, 1/8 finalda isə Fransanın "Lion" klubunu  mübarizədən kənarlaşdırmışdı.  APOEL-in yarımfinala gedən yolunu isə  Madrid "Real"ı kəsmişdi. 

Ev oyunlarını GSP stadionunda keçirən APOEL meydana "sarı-göy" formaları ilə çıxır. Səfər qarşılaşmalarında isə komanda "qa ra-narıncı" və "mavi-qara" formaları ilə çıxış edir. APOEL-in stadionu 23.400 azarkeş tutumuna malikdir. İtaliyalı Paulo Trametsaninin rəhbərlik etdiyi komandanın heyətində Braziliya, Fransa, İtaliya, Portuqaliya, Hollandiya, Xorvatiya, İsveç,  İsveçrə, Serbiya, Sloveniya, Yunanıstan, Şimali Makedoniya və İordaniyadan olan ümumilikdə 15 legioner çıxış edir.

Yeri gəlmişkən, APOEL klubu daha öncə iki dəfə "Neftçi" ilə Avrokuboklarda üz-üzə gəlib ki, bu qarşılaşmalarda bir dəfə "Neftçi", bir dəfə APOEL mərhələ adlayıb. İlk dəfə 1995/1996-cı illər mövsümündə artıq tarixin yaddaşına köçmüş Kuboklar Kubokunda qarşılşan tərəflərin mübarizəsində Nikosiya təmsilçisi (0:0, 3:0) üstün olmuşdusa, 2012/2013-cü illər mövsümündə Avroliqanın pley-off mərhələsindəki matçlarda "flaqman" doğma publika qarşısında heç-heçə oynadığı (1:1) rəqibini səfərdə 3:1 hesabı ilə məğlub etməklə ilk dəfə qitəmiqyaslı yarışların qrup mərhələsinə vəsiqə qazanan Azərbaycan klubu olmuşdu. 


"Şirlər", Yəmən yəhudiləri və Avrokubok debütünü Bakıda edən komanda

 "Neftçi"dən bir il öncə - 1936-cı ildə yaradılan, 1940-cı ildə IV divizionda debüt edən "Neftçi"nin Avropa Liqasındakı rəqibi "Bney Yehuda" elitada isə 1959-cu ildən çıxış etməyə başlayıb. Düzdür, komanda bundan iki il sonra yüksək dəstəni tərk etsə də, həmin dövr komanda üçün heç də uğursuz olmayıb. Belə ki, 1965-ci ildə ölkə kubokunun finalına qədər irəlləyən "şirlər" 1968-ci ildə isə İsrail kubokunun qalibi olub. Paytaxt Təl-Əvivi təmsil edən "Bney Yehuda" klubu "Makkabi"və "Hapoel"in də təmsil etdiyi şəhərdə gücünə görə üçüncü kollektiv sayılır. Bəlkə də elə bunun nəticəsidir ki, paytaxt klubu yalnız bir dəfə - 1989/90-cı illər  mövsümündə İsrail çempionu ola bilib. Amma bu komandanın aktivində dörd ölkə kuboku, bir Superkubok var. Sonuncu kubok məhz ötən mövsüm qazanılıb. Çempionatda 5-ci yeri tutan "Bney Yehuda" məhz bu kubok hesabına Avropa Liqasının III mərhələsindən mübarizəyə qatılmaq imkanı əldə edib.

Yerli mənbələrdə klubu Yəmən yəhudiləri olan Nathan Sulami və onun dostlarının yaratdığı bildirilir. Komandanın "Bney Yahuda" adlanmasının da səbəbi var. Belə ki, buna səbəb Yəmən yəhudilərinin özlərini Yaqub peyğəmbərin dördüncü övladı - "Tövrat"da adı çəkilən İudanın nəslinin davamçıları saymasıdır. İuda isə yəhudi dilində "Yəhuda" adlandığından, klubun adı "Bney Yehuda" qoyulub. Yəni "Yəhudanın davamçıları".

"Neftçi" ilə oyun bu komandanın 14-cü avrokubok matçı olacaq. Maraqlıdır ki, bu komandanın  ilk avrokubok matçları Azərbaycan təmsilçisi ilə matçlarda gerçəkləşib. Belə ki, 2009-cu ildə ikinci dərəcəli klub turnirində "Simurq"la oyunda beynəlxalq arenada debüt edən İsrail təmsilçisi Bakıda bir, Təl-Əvivdə isə üç cavabsız qolla qalib gəlməklə mərhələ adlamışdı.

"Bney Yehuda" ev oyunlarını müvəqqəti olaraq 13 370 tamaşaçı tutumuna malik "Ramat Qan" stadionunda keçirir. 48 yaşlı Yossi Abukasisin baş məşqçisi olduğu komandada cəmi üç legioner var. Bunlar litvalı qapıçı Emiliyus Zubas, Fil Dişi Sahilindən olan yarımmüdafiəçi İsmaila Soro və Qambiyadan olan Qairi Joofdur.


Rəy bildir +
Oxşar xəbərlər
Rəqiblərimizi tanıyaq: 116 yaşlı "qoca", şimal "Arsenal"ı və köhnə tanış...
17:1623 iyul

Rəqiblərimizi tanıyaq: 116 yaşlı "qoca", şimal "Arsenal"ı və köhnə tanış...

Ötən həftə həm UEFA Çempionlar Liqasında, həm də Avropa Liqasında birinci təsnifat mərhələsinin yekunlaşmasının ardından "Qarabağ"ın ən nüfuzlu klub turnirində, "Neftçi"nin isə Avroliqada ikinci mərhələsində rəqibləri müəyyənləşdi. Belə ki, ilk mərhələdə Albaniya "Partizani"sini məğlub edən (0:0,

Hansı klubumuzun   şansı nə qədərdir?
19:0516 iyul

Hansı klubumuzun şansı nə qədərdir?

Azərbaycan futbolu üçün ötən həftə start götürən növbəti Avrokubok mövsümünün ilk mərhələsi qarşıdakı iki gündə yekunlaşacaq. Yerli futbol azarkeşləri sabah ölkə çempionu "Qarabağ"ın Çempionlar Liqasında, bundan bir gün sonra isə "Neftçi" və "Səbail"in Avroliqada uğurlu nəticəyə imza atmasını

UEFA avrokubok iştirakçıları üçün gəlir bölgüsünü açıqlayıb
19:0317 iyul

UEFA avrokubok iştirakçıları üçün gəlir bölgüsünü açıqlayıb

UEFA qarşıdakı avrokubok mövsümü üçün maliyyə gəlirlərinin bölgüsü sistemini təqdim edib. Çempionlar Liqası, Avropa Liqası və UEFA Super Kubokunda kommersiya fəaliyyətindən ümumi daxilolmalar 3,25 milyard dollar təşkil edəcək. Bunun 295 milyon avrosu inzibati və təşkilati ehtiyaclara qarşılanacaq,

Rəqiblərimizi tanıyaq
17:5526 iyun

Rəqiblərimizi tanıyaq

Ötən həftə ölkəmizi Avrokuboklarda təmsil edəcək komandalarımızın rəqibləri məlum oldu. Avropa Liqasında mübarizəyə ikinci mərhələdən qoşulacaq "Qəbələ"nin yalnız potensial rəqibi məlumdursa, digər üç təmsilçimizin ilk təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gəlmiş oldu. 

Çempionlar Liqası  adlı gözəlin 4 "adaxlısı"
18:2930 aprel

Çempionlar Liqası adlı gözəlin 4 "adaxlısı"

Məlum olduğu kimi, bu gün və sabah UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. İlk oyun günündə "Tottenhem" - "Ayaks" görüşü baş tutacaq. Ertəsi gün isə "Barselona" "Liverpul"u qəbul edəcək. Oyunlar ərəfəsində komandaların düşərgəsinə boylanmaqla son vəziyyətin necə