İSTİ XƏBƏRLƏR
» » Çillərdən ev şəraitində qurtulmağın yolları

Çillərdən ev şəraitində qurtulmağın yolları

Çillər xüsusilə yay aylarında, günəş şüalarının təsiri ilə yaranır. Adətən, saçları kürən və açıq rəngdə olan insanlarda daha tez-tez təsadüf edilir.

"168 saat" xarici mətbuata istinadən xəbər verir ki, dəridə melanin ifraz edən melanosit hüceyrələri dərini yanmaqdan qoruyur. İnsan günəş şüaları altında nə qədər uzun müddət ərzində qalarsa, melanosit hüceyrələri bir o qədər melanin ifraz edər və nəticədə isə dəri daha çox qaralar. Bəzən isə bu hüceyrələr dəridə qeyri-bərabər paylanmır və lazım olduğundan daha çox ifraz olunur. Nəticədə də ləkələr yaranır. Bəzi mütəxəssislər belə ləkələrdən qurtulmağın mümkünsüzlüyünü bildirsələr də, bunun əksini deyənlər də az deyil.

Sizə çillərlə ev şəraitində mübarizə aparmağın yollarını açıqlayacağıq.

Cəfəri kökünü qaynadaraq limon suyu ilə qarışdırın. Bu su ilə üzünüzü səhər və axşam silin.

2.x.q kök suyuna 20 damcı limon suyu əlavə edilir. Gün ərzində üz dərisi 2-3 dəfə silinir. 20 dəqiqə sonra su ilə durulanır.

Çillərdən yaxa qurtarmağın bir digər yolu isə pomidordur. Üz təmizlənərək qidalandırıcı krem çəkilir. Nazik dilimlənmiş pomidor dilimləri üzə yerləşdirilir. 30 dəqiqə sonra dilimlər götürülür və üz dərisi soyuq süddə isladılmış pambıqla silinir.

1.x.q xırda doğranmış cəfəri, 1 x.q bal ilə qarışdırılaraq dəriyə çəkilir. 45 dəqiqə sonra isə ilıq su ilə yuyulur.

1 ədəd limonun suyu, 1 ədəd yumurta sarısı, 2 c.q toz şəkər və 100 ml su qarışdırılır. Bu su ilə üz dərisi 2-3 dəqiqə yüngül masaj edilir. 20 dəqiqə sonra isə iliq su ilə yuyulur. Dərisi problemli olanların bu maskadan istifadə etməsi məsləhət görülmür.


Rəy bildir +
Oxşar xəbərlər
Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...
17:0927 iyul

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...

“168 saat”ın "Doktor" səhifəsinin budəfəki qonağı androloq-seksoloq Həsən Səmədovdur. Onunla müsahibəmizdə əsasən kişiləri maraqlandıran cinsi problemlər, xəstəliklər barədə danışmışıq, həkim eyni zamanda oxucularımızı maraqlandıran sualları cavablandırıb.

Yayda düzgün   günəşlənməyin   "qızıl qaydaları"
17:5710 iyul

Yayda düzgün günəşlənməyin "qızıl qaydaları"

Hər dəfə dəniz mövsümü gələndə insanların əksəriyyəti vaxt tapdıqca dənizə çimməyə, günəşlənməyə gedir. Əlbəttə ki, isti qum, gündən qaralma, dəniz suyu insan orqanizmi üçün çox faydalıdır. Məsələn, günəş şüası qəbul edərkən bədəndəki bioloji fəal maddələr, endokrin sistemlərin fəaliyyəti daha da

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO