İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda son 5 ildə 32 min 819 yeni iş yeri yaradılıb

Sumqayıtda son 5 ildə 32 min 819 yeni iş yeri yaradılıb



Ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Sumqayıt şəhəri üzrə 11 tədbir müəyyən edilib. Dövlət Proqramının icrası dövründə şəhər üzrə ümumi məhsul buraxılışının həcmi 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,9 dəfə, investisiya qoyuluşu 3,5 dəfə artıb. Bu müddət ərzində 32 min 819 yeni iş yeri, 2955 kiçik, orta və iri sahibkarlıq subyekti yaradılıb.

AZƏRTAC xəbər verir ki, proqramda nəzərdə tutulan bütün sosial tədbirlər mərhələli şəkildə həyata keçirilib. Beş ildə 6 milyard 422 milyon manatlıq ümumi məhsul buraxılıb və xidmətlər göstərilib, 4 milyard 130 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Şəhərin inkişafı və ayrı-ayrı infrastruktur layihələrinin icrasına 2 milyard 500 milyon dollar investisiya qoyulub.

Bununla yanaşı, yol infrastrukturunun inkişafı istiqamətində əhəmiyyətli tədbirlər görülüb. Ümumilikdə 3,5 milyon kvadratmetr asfalt örtüyü döşənib, 1 milyon kvadratmetr asfalt örtüyü cari təmir edilib.
Rəy bildir +
Oxşar xəbərlər
Sadəcə, 5!
17:1312 iyun

Sadəcə, 5!

O siyasi idarəçilik formaları uğur qazanır ki, institutlaşmış təcrübə ilə real, yerli vəziyyətin təhlili əsasında formalaşdırılmış modelə əsaslanır. Sumqayıtda administrativ idarəetmədə son 4 il üçün əsas xarakterik fərq ondadır ki, şəhərin idarə olunması daha öncə bu sahədə kifayət qədər təcrübəsi

Şəhərimiz necə dəyişir?
15:3606 iyun

Şəhərimiz necə dəyişir?

İstər Sovet rejiminin hökm sürdüyü illərdə, istərsə də müstəqillik dövründə Sumqayıt dostluğun ünvanı kimi tanınmışdır. Bu ünvanı ilk tanıyan Gürcüstanın metallurqlar şəhəri Rustavi oldu. Sonralar bu qapını Rumıniyanın Piteşti (1971), Ukraynanın Çerkassı (1972) şəhərləri döymüşlər. Hal-hazırda

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıtda 5 ildə 6 milyard 422 milyon manatlıq ümumi məhsul buraxılıb və xidmətlər göstərilib
15:0208 may

Sumqayıtda 5 ildə 6 milyard 422 milyon manatlıq ümumi məhsul buraxılıb və xidmətlər göstərilib

Həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq Sumqayıtda böyük nailiyyətlər qazanılıb, əlamətdar hadisələr baş verib. Prezident İlham Əliyevin bu il şəhərə iki dəfə səfər etməsi və ölkə miqyasında çox mühüm əhəmiyyətə malik müəssisələrin açılışında iştirakı, eyni zamanda, Sumqayıt bulvarında