İSTİ XƏBƏRLƏR
» » Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?

Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?

Bu gün Azərbaycan futbol arenasını ölkəmizin əsas və keyfiyyətli futbol  "bazası" sayılan Sumqayıtsız təsəvvür etmək çətindir. Baxmayaraq ki, müxtəlif vaxtlarda yerli futbol təsərrüfatına Nazim Süleymanov,  Arif Əsədov, Mübariz Orucov,  Mehman Yunusov, Kamal Quluyev, İsmayıl Məmmədov,  Mahir Şükürov,  Aqil Məmmədov, Samir Abbasov, Ruslan Poladov,  Fərhad Vəliyev,  Elşən Poladov və s. kimi səviyyəli  oyunçular bəxş edən şəhərimizin ölkə çempionatındakı hazırkı və buna qədərki təmsilçiləri heç də uğurlu çıxış etmir. 
Şəhərimizdə ayrı-ayrı vaxtlarda müxtəlif adlarla yaradılan və ölkə çempionatının güclülər dəstəsində çıxış edən bir neçə klub olsa da, onların ömrü uzun olmamışdı. Bu günə qədər keçirilən milli çempionatlarda şəhərimizi təmsil edən klublar arasında yalnız iki dəfə ölkə birinciliyinin gümüş medallarını qazanmış "Xəzər"i iddialı komanda kimi fərqləndirmək olar. Düzdü, ötən mövsüm Samir Abasovun rəhbərlik etdiyi komanda Avrokuboklara vəsiqəni təmin etməyin biraddımlığında büdrəyərək mövsümü beşinci pillədə başa vurmuşdu. Sonradan həm baş məşqçinin, həm də əsas heyət üzvlərinin bir neçəsinin komandanın sıralarını tərk etməsi "Sumqayıt"ın zəifləməsinə səbəb oldu. Hazırda komanda Topaz Premyer Liqasının autsayderlərindən biridir.  
Amma sirr deyil ki, yerli futbolsevərlərin  marağına təkcə "Sumqayıt"ın çıxışı səbəb olmur. Bununla yanaşı, ölkənin futbol arenasında ayrı-ayrı klubların heyətində çıxış edən şəhərimizin futbol məktəbinin yetirmələrinin, eləcə də məşqçi kimi fəaliyyət göstərən sumqayıtlı məşqçilərin sərgilədiyi performans da diqqətdən kənarda qalmır. Bəs görəsən, hazırda futbol həyatını doğma şəhərimizdən kənarda sürdürən Sumqayıt futbolunun digər  nümayəndələri cari mövsümü necə keçirir? Maraqlı olacağını nəzərə alıb, şəhərimizin təmsilçilərinin cari mövsümü necə keçirdiyinə nəzər salmağa qərar verdik.
Nazim Süleymanov - Azərbaycan futbolunun canlı əfsanələrindən hesab edilən Süleymanovun son iş yeri məhz doğma şəhərimizin komandası idi. Cari mövsümün əvvəlindən "kimyaçılar"ın baş məşqçisi postunda Samir Abasovu əvəzləyən 54 yaşlı çalışdırıcı Topaz Premyer Liqasının 11-ci turunda doğma meydanda "Keşlə"yə 1:4 hesablı məğlubiyyətin ardından komandadan ayrıldı. Komandanı ilk 11 turdan sonra aktivindəki 11 xalla 6-cı sırada Ayxan Abbasova təhvil verən mütəxəssis həmin vaxtdan işsizdir. Adı müxtəlif dövrlərdə aşağı yaş qrupları üzrə milli komandalarla anılsa da, sonda heç bir anlaşma olmadı. 
Arif Əsədov - Sumqayıt futbol məktəbinin yetirməsi olan Əsədov hazırda əsas milli komandamızda Nikola Yurçeviçin köməkçisi vəzifəsini yerinə yetirir. Fevralın sonunda xorvatiyalı mütəxəssisin köməkçisi kimi təsdiqlənən 49 yaşlı çalışdırıcı buna qədər isə AFFA-da   Hakimlər və Hakim-İnspektorlar komitəsində klub məşqçiləri ilə əlaqələndirici şəxs postunda çalışırdı. Arif Əsədovun buna qədər məşqçi postundakı son iş yeri isə 2018-ci ilin may ayında ayrıldığı "Sabah" olmuşdu.
Mübariz Orucov - Sumqayıt futbol məktəbinin istedadlı yetirmələrindən olan sabiq müdafiəçi hazırda 17 yaşlılardan ibarət milli komandamızın baş məşqçisi Vüqar Məmmədin köməkçisi postunu tutur.    
Samir Abasov - Bu ilin avqustunda "Zirə" komandası ilə müqavilə bağlayan Abasov hazırda paytaxt təmsilçisinin baş məşqçisi postunu tutur. İndiyə qədər Zirənin eyniadlı komandasının baş məşqçisi kimi 20 matçda 21 xal toplayan Samir Abasovun "drujinası" ölkə kubokunun yarımfinalına da vəsiqə qazanıb.
 Fərhad Vəliyev - Ötən mövsümün sonunda "Sumqayıt"dan ayrılan və karyerasını başa vuran qolkiper "Səbail"lə anlaşdı. Paytaxt klubunda qapıçılarla işləyən məşqçi kimi fəaliyyətə başlayan Vəliyev sonradan PFL-ə təqdim olunan sifariş ərzəsində oynayan məşqçi kimi yer aldı. Amma onu hələ ki, meydanda olmayıb.
Bəxtiyar Həsənəlizadə - Qış fasiləsində şəhirimizin komadasını "Zirə"yə dəyişən Həsənəlizadə artıq səkkiz oyunda meydana çıxıb. Sözügedən matçların hamısında 90 dəqiqə meydanda olan Sumqayıt Futbol Akademiyasının yetirməsi həmin matçlarda passivinə 4 sarı və bir avtoqol yazdırmaqla yadda qalıb. "Neftçi" ilə hər iki oyunda sarı vərəqə ilə cəzalandırılan 27 yaşlı müdafiəçi bundan başqa, "Sabah"la və avtoqol müəllifi olduğu "Qəbələ" ilə oyunlarda da hakim xəbərdarlığına tuş gəlib.
QEYD:  Yazıdakı statistik göstəricilər Topaz Premyer Liqasının 24-cü turundan öncə hazırlanıb.
Rəy bildir +
Oxşar xəbərlər
Klublarımızın baş tutmayan super transferləri
17:2216 aprel

Klublarımızın baş tutmayan super transferləri

Üç dayısını diri-diri yandırdı
17:2016 aprel

Üç dayısını diri-diri yandırdı

... Nigarı 1990-ci ildə  Xızının Şurabad kəndində  yaşayan Füzuli Abbasova ərə verəndə, hələ dünya indiki qədər qarışıq deyildi. Necə olsa da Füzuli balıqçı idi. Həmin illərdə kənd sakinlərinə güzəranlarını ötüşdürmək üçün   balıq tutmağa icazə verirdilər. Balıqdan qazanılan pulla da

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO