İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda qətl törədən şəxs tutulub

Sumqayıtda qətl törədən şəxs tutulub



Baş Prokurorluq Sumqayıt şəhərində baş vermiş qətllə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində kirayədə yaşamış Bislan Bakayevin qəsdən öldürülməsi ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Şəhərin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində B.Bakayevin qəsdən öldürülməsində şübhəli bilinən 1987-ci il təvəllüdlü Muxtarov Tural Arif oğlu tutulub, hadisə yerindən cinayətin aləti olan 1 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.

T.Muxtarov müdafiəçinin iştirakı ilə dindirilərkən ifadəsində cinayətin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı törətdiyini etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtda amansız qətl törətmiş şəxs istintaqa cəlb edilib
14:5407 iyun

Sumqayıtda amansız qətl törətmiş şəxs istintaqa cəlb edilib

Sumqayıtda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

İki telefonla xəyanət
13:2730 may

İki telefonla xəyanət

Aynurə eyni markalı, eyni rəngli iki telefon işlədirdi. Biri ilə əri, qohum-əqraba, tanış-bilişlə əlaqə saxlayır, digəri ilə isə tanış olub özünü satdığı kişilərlə.

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Sumqayıtda narkotik tərkibli bitkilər becərən şəxs tutularaq istintaqa təhvil verilib
15:0814 may

Sumqayıtda narkotik tərkibli bitkilər becərən şəxs tutularaq istintaqa təhvil verilib

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə Sumqayıtçay ərazisində çəpərlənmiş sahənin kənarında bir nəfərin narkotik xassəli bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.

5 nəfərin ölümünə səbəb olan sürücü tutuldu
14:5011 may

5 nəfərin ölümünə səbəb olan sürücü tutuldu

Mayın 10-da Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində 1977-ci il təvəllüdlü Həsənov İlham Yelmar oğlunun idarə etdiyi "İVEKO" markalı 99-LN-431 dövlət nömrə nişanlı yük avtomobili ilə 1969-cu il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlunun idarə