İSTİ XƏBƏRLƏR
» » Kənd təsərrüfatı 13 faiz artıb

Kənd təsərrüfatı 13 faiz artıb



2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda 37,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,2 faiz artıb. Statistikaya görə, son illər xüsusilə aqrar sektorda sürətli artım müşahidə olunur. İşlərin kökündə ölkədə aparılan dərin islahatlar dayanır. Məqsəd isə əhalinin rifah halının yüksəldilməsidir.

Regional proqramların tətbiqinin əsas məqsədi görülən işlərin sistemliliyini təşkil etmək, son nəticədə əhalinin sosial rifah halını daha da yüksəltmək durur. Bu gün demək olar ki, bütün regionlarda iri fermer təsərrüfatları, aqroparklar, müəssisələr fəaliyyət göstərir. Kənd təsərrüfatının ayrı-ayrı sahələri inkişaf edir, meliorativ tədbirlər həyata keçirilir, su təchizatı yaxşılaşdırılır, istixanalar, anbarlar yaradılır, istifadəyə verilmiş gübrə zavodu daxili bazarın bir qisminin ehtiyaclarını ödəyir.

Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı müşavirədə kənd təsərrüfatının inkişaf dinamikası ilə bağlı deyib: "Kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni, bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək".

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Vergidə islahatlar hansı nəticələr verir?
10:3022 may

Vergidə islahatlar hansı nəticələr verir?

Bu ilin I rübündə Vergilər Nazirliyi tərəfdən dövlət büdcəsinə 1672,9 milyon manat vəsait daxil edilib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 236,4 milyon manat və ya 16,5% çoxdu. Bu vəsaitin də 70%-ə yaxın hissəsi, yaxud, 1155,4 milyon manatı qeyri-neft sektorunun payına düşüb.

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
18:0626 aprel

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

  Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin aşağı salınması barədə qərarı şərh edib