İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular


Tuyğun xanım

Bu həftə Bərdə rayonunun Qaraqoyunlu kənd sakini Tuyğun İmran qızı Mustafayeva şəxsiyyət vəsiqəsi almaqla tarixə düşdü. Bərdə "ASAN xidmət" mərkəzinin əməkdaşları tərəfindən vəsiqə alan Tuyğun xanım, iş ondadır ki, 1920-ci il təvəllüdlüdür. 99 yaşında o, həyatında ilk dəfə şəxsiyyət vəsiqəsi alır.

Əlbəttə ki, çox əlamətdar hadisədir. Əgər insan 99 il yaşayırsa, habelə daha uzun ömür yaşayacağına əminliklə özünə şəxsiyyət vəsiqəsi də alırsa, demək nikbin adamlar hər halda var.

Allah ömür versin  sizə, Tuyğun nənə!


Yaxşı erməni?

Bəli, bəli, təəccüblənməyin. Bu həftə Türkiyədə yaşayan erməni Hayqaram Karasu bir nəcib hərəkətinə görə "6 xətt" tərəfindən tarixə düşdü. Belə ki, o, 1999-cu ildən etibarən hər dörd ildən bir təşkil olunan Panerməni oyunlarında başçılıq etdiyi "Şişli" və "Taksimspor" idman klublarından ibarət 300 nəfərlik Türkiyə erməniləri  heyəti ilə birgə iştirakdan imtina etdi. Buna səbəb oyunların İrəvanda deyil, Dağlıq Qarabağda keçirilməsi oldu.

- Biz İrəvanda yarışa hazır idik. Ancaq Ermənistan Olimpiya komitəsinin qərarı bizim mövqeyə uyğun gəlmədiyindən turnirdən imtina etdik. Bu, artıq idman fəaliyyəti deyil, siyasi addımdır. Türkiyə vətəndaşları olaraq Türkiyəyə qardaş olan Azərbaycanın mənafeyinə toxunaraq Qarabağa getməyin yanlış olduğunu düşünürük.

Belə deyib Hayqaram Karasu.


Hava

Ötən həftə ölkəmizin havası tarixə düşdü, belə ki, həmişə avqustun bu vədələrində istidən nəfəs belə ala bilmədiyimiz halda, indi ardıcıl şıdırğı yağışlar yağdı, soyuq küləklər əsdi.

AMEA-nın Coğrafiya institutunun direktoru Ramiz Məmmədov məsələyə bu cür şərh verdi:

- Regionda küləklərin sürəti dəyişir. Bu böyük bir siqnaldır, iqlim dəyişikliyi böyük fəsadlar yaradacaq. BMT hesablayıb ki, bir qədər sonra fəsil anlayışı yaddan çıxacaq. Məsələn, yay aylarında 40 dərəcə isti olduğu halda, ertəsi gün qar da yağa bilər. İqlim dəyişikliyi insan fəaliyyətinin nəticəsidir. İlk növbədə ABŞ, Çin, Hindistan kimi ölkələrin atmosferə atdıqları karbon qazının çoxluğu səbəbindəndir.

İndi bir kişi tapılmayacaq ki, durub ABŞ, Çin və Hindistana desin ki, a kişilər, əl saxlayın?! 


Fındıq oğrusu

Qəbələ rayonunda yerləşən, "Gilan Holdinq" şirkətinə məxsus "Nic 2" fındıq bağından oğurluq edildi. Özü də nə az, nə çox, düz yarım ton!

Hazırda Qəbələ Rayon Polis şöbəsi araşdırma aparır ki, birdən-birə yarım ton (!!!) fındığı kim oğurlayıb aparıb.

Elə bu yerdə nəzərinizə çatdıraq ki, bir vaxtlar "Gilan"ın fındıq bağının üzərindən quş belə qorxusundan uçmazdı.

Ancaq məlum hadisələrdən sonra indi daha "Gilan"da "Gilan"lıq qalmayıb, yarım ton fındıq oğurluğu da elə bu səbəbdəndir.

Yəqin söhbətin Mustafasını anladınız da!

Cinayət işi

Ermənistan vətəndaşı olan Sofinaz ləqəbi ilə məşhurlaşan rəqqasə Sofinaz Qriqoryan Misirdəki peşəkar fəaliyyətinə görə qanun qarşısında cavab verməli olacaq, belə ki, ona qarşı cinayət işi açıldı. Rəqs görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra Misirin senzura qurumu pozğunluğa təhrik, ictimai etika qaydalarını pozma ittihamları ilə onu məhkəməyə verir. Kəsəsi, Sofinaz çılpaq görüntülərini yayıbmış. Rəqqasəni 3 il müddətinə azadlıqdan məhrumetmə və deportasiya gözləyir. 

Onu da deyək ki, 2015-ci ildə bu rəqqassə Misir bayrağı çalarlarında olan paltar geyindiyi üçün 6 ay azadlıqdan məhrum edilmiş, 15 min Misir funtu məbləğində də cərimə olunmuşdu. 

Belə getsə, üçüncü kərəm bu ləçəri ərəblər güllələyəcək deyəsən.


Quş oğrusu

Bu həftə Kürdəmirdə iyun ayından üzü bəri quş oğurluğu ilə məşğul olan Ş.Əliyev adlı şəxs həbs edildi. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə oğrunu Kürdəmir rayon polis şöbəsinin əməkdaşları yaxalamışlar. Ş.Əliyev indiyə kimi 55 ev quşu oğurlamaqda təqsirləndirilir.

Ev quşları arasında toyuq, qaz, ördək və hind toyuğuna rast gəlinir.

Sual oluna bilər, hardandır bu şəxsdə "quş" sevgisi?

Ümumiyyətlə "6 xətt"ə Kürdəmirdən sızan bir məlumata görə, Ş.Əliyev uşaqlıqda məktəbin dram dərnəyində həmişə tülkü rolunu ifa edirmiş. 

Necə deyərlər, niyyətin hara, mənzilin ora.

Rəy bildir +
Oxşar xəbərlər
Uğur üçün 15 keyfiyyət
11:1409 avqust

Uğur üçün 15 keyfiyyət

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun,

Milli brendimiz 7 yaşında
18:5016 iyul

Milli brendimiz 7 yaşında

"ASAN xidmət"in yaradılmasından 7 il ötür. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində "ASAN xidmət" mərkəzləri yaradılıb.

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"
17:0726 iyun

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"

Iyunun 21-də sumqayıtlıların sevə-sevə Hümbət həkim adlandırdıqları Hümbət Həsənoğlu Quliyev 64-cü doğum gününü qeyd etdi. Qərara gəldik ki, bu münasibətlə onu "Qonaq otağı"nda qonaq edək. Kimdir Hümbət Həsənoğlu? Həkim, biznesmen, yazar. Ən əsası, vətən təəssübkeşi.

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.