İSTİ XƏBƏRLƏR
» » İrəvanda nümayişçiləri güllələyən generalı Azərbaycana nə bağlayır?

İrəvanda nümayişçiləri güllələyən generalı Azərbaycana nə bağlayır?


BBC-nin Rusiya xidməti Ermənistanda 2008-ci ilin 1 mart hadisələri ilə bağlı gizli istintaq sənədlərini əldə edib. Modern.az xəbər verir ki, telekanalın həmin hadisələrə bağlı araşdırmasının nəticələri Ermənistan cəmiyyətində ciddi gərginlik doğurub.

Belə ki, 2008-ci il 1 mart hadisələrində müxalifət nümayəndələrinə atəş açan şəxslərin İrəvana Dağlıq Qarabağdan gətirildiyi aydınlaşıb. 20 nəfərlik həmin silahlı qrupa qondarma "Qarabağ Respublikasının müdafiə nazirinin müavini" postunu tutmuş general-mayor Samvel Karapetyan başçılıq edib.

Məhz onun başçılıq etdiyi dəstə İrəvan küçələrində nümayişçilərə odlu silahdan atəş açaraq, 10 nəfəri öldürüb. Onun addımları o zamankı prezident Robert Koçaryan və yeni seçilmiş prezident Serj Sarkisyanın dəstəyi ilə atılıb.

Qarabağ klanının ən radikal və amansız üzvlərindən olan Samvel Karapetyanı Azərbaycana bağlayan amillər də az deyil.

Azərbayana qarşı təcavüzdə aktiv iştirak etmiş Samvel Karapetyan haqda kiçik informasiyanı təqdim edirik.

Samvel Cəmiloviç Karapetyan 1962-ci ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. Gənclik illərində müxtəlif istehsalat müəssisələrində çalışan Karapetyan uşaq yaşlarından Ohanov, Ohanovski ləqəbləti ilə tanınıb. Qarabağ müharibəsi zamanı o məhz "Ohanovski" ləqəbi ilə məşhurlaşmışdı. Maraqlıdır ki, Ohanov onun anasının qızlı soyadı idi. Karapetyanın anasının qardaşı, yəni doğma dayısı isə SSRİ və Rusiyanın tanınmış kriminal avtoritetlərindən biri, "qanuni oğru" Rudolf Ohanov idi. Bakıda doğulduğu üçün "Rudik Bakinski" ləqəbi ilə tanınan Rudolf Ohanov 1998-ci ildə Moskvada "Ded Xasan"la kriminal müharibə zamanı öldürülmüşdü. Ana tərəfi Bakıda yaşadığı üçün Samvel Karapetyan 80-ci illərin sonuna qədər tez-tez Azərbaycan paytaxtına gəlirdi.

1988-ci ildə Qarabağda vüsət alan separatçı hərəkatın aktiv iştirakçılarından birinə çevrilən Samvel Karapetyan 1988-ci il fevralın 22-də Əsgəranda 2 azərbaycanlının ölümü ilə nəticələnən insidentin iştirakçısı olub. O, hətta hadisədən sonra qəzəblənmiş Ağdam sakinlərinin qarşısını kəsmək üçün Xankəndində özünə dəstə də toplamışdı.

Rəy bildir +
Oxşar xəbərlər
Tusk hansı mesajları verdi?
18:3524 iyul

Tusk hansı mesajları verdi?

Bu günlərdə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tusk Cənubi Qafqaz ölkələrində səfərdə oldu. "Azərbaycan çox nadirdir. Ölkəniz özündə ənənə və müasirliyi birləşdirir. Bu günün mürəkkəb coğrafi landşaftındakı strateji mövqeyinizə görə siz həm Şərqə, həm də Qərbə doğru baxırsınız.

Əli Həsənov: Onlara hansı Azərbaycan gərəkdir?
15:2709 iyul

Əli Həsənov: Onlara hansı Azərbaycan gərəkdir?

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ötən il Gəncədə baş vermiş terror aktlarının ildönümü ilə bağlı KİV-lərə xüsusi açıqlama verib. "168 saat" sözügedən açıqlamanı təqdim edir: "Azərbaycan dövlətçiliyinə qarşı qəsd aktı kimi dəyərləndirilən

Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik
16:4026 iyun

Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik

Yaxın Şərqdə geosiyasi proseslər növbəti gərginlik mərhələsinə qədəm qoyur. Əvvəllər də analoji keçidlər baş verib. Lakin bu dəfə mənzərəni daha riskli və gərgin edən düşündürücü faktorlar xeyli qabarıq şəkildə özünü göstərir. Və bunun özəl cəhətlərindən biri böyük dövlətlərin mübarizəsinin artıq

Dirijor keşiş   və əfəl lider
10:3621 iyun

Dirijor keşiş və əfəl lider

Cənubi Qafqazda münaqişələrin həll edilməməsi hər keçən gün yeni problemlər ortaya çıxarır. Region daha riskli məkana çevrilir. Qeyri-müəyyənliklər artır. Bunların fonunda bir sıra dairələr daha dağıdıcı mövqe tutmağa cəhdlər göstərirlər. Eyni zamanda, Ermənistanın siyasi səhnəsində qarşıdurmalar,

Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır
23:0818 iyun

Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır

İyunun 18-də Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat nümayəndələri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.