İSTİ XƏBƏRLƏR
» » “Yaşıl dərə” sakinlərini hansı problemlər narahat edir?

“Yaşıl dərə” sakinlərini hansı problemlər narahat edir?

Bu gün Sumqayıtın inkişaf səviyyəsi hər bir sumqayıtlıda qürur hissi yaradır. Təqdirəlayiq haldır ki, şəhər administrasiyası mərkəzlə kifayətlənmir, şəhərin ucqarlarına da əl gəzdirir. 

Görülən işlər kosmetik xarakter daşımır, görüntü xatirinə edilmir. Məhəllədaxili yolların asfaltlanması, zirzəmilərin təmizlənməsi, kommunal problemlərə diqqət, dam örtüklərinin yenilənməsi şəhərə girərkən ilk diqqətçəkən işlər deyil, ancaq bu, əhəmiyyətli deyil - vacib olanı sumqayıtlıları narahat edən problemləri həll etməkdir və bu da edilir.

Görüləsi işlər də yox deyil. Məsələn, "Yaşıl dərə" adlandırılan Yeni Yaşayış massivində həllini gözləyən bəzi problemlər var. 

Ötən həftə Sumqayıt Bələdiyyəsinin aparat əməkdaşlarının və üzvlərinin iştirakı ilə sakinlərlə keçirilən görüşdə bu məsələlər bir daha diqqətə çatdırılıb. Görüşdə əməkdaşımız da iştirak edib.

Beləliklə, sakinləri narahat edən başlıca problemləri nəzərdən keçirək.


Kanalizasiya və su 

Yaşayış massivinin bəzi yerlərində bu xətlər yoxdur, varsa da əhali tərəfindən kustar üsullarla çəkilib.

Küçə işıqları

Ərazidə küçə işıqları yoxdur. Xüsusilə qış aylarında işdən, məktəbdən evlərinə dönən sakinlər zülmətə qərq olmuş küçələrdən keçməli olur.

Tibb məntəqəsi və aptek

Bu böyüklükdə ərazidə bircə aptek tapmaq mümkün deyil. Maraqlıdır ki, tələbat olsa da, iş adamları bu vaxta qədər nədənsə həmin ərazidə aptek açmağa maraq göstərməyiblər.

Eyni sözləri tibb məntəqəsi barədə də demək olar. Bu məntəqə dövlət tibb müəssisələri ilə yanaşı özəl tibb ocaqları tərəfindən də qurula bilər.

Məişət tullantıları

Məişət tullantıları əhalinin özü tərəfindən daşınır. Ərazidə bu tullantılar üçün konteynerlər qoyulmayıb.

Avtobus dayanacaqları

Ərazidə bir neçə marşrut xətti işləsə də, avtobus dayanacaqları yoxdur. Bu da qızmar günəş, soyuq və yağıntılı havalarda avtobus gözləyən sakinlər üçün təbii ki, narahatlıq yaradır.

Asfalt

Bəzi ərazilərə asfalt çəkilsə də, ərazidə asfalt örtüyü çox azdır.

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Kommunal problemlər qalıbmı?
17:1410 iyul

Kommunal problemlər qalıbmı?

Bu gün Sumqayıt öz dinamik inkişaf tempi ilə, mübaliğəsiz demək olar ki, Cənubi Qafqazın lider şəhərləri sırasındadır. Son 5 ildə şəhər tamamilə simasını dəyişib, müasirləşib, abadlaşıb. Şəhərdə böyük sənaye müəssisələri, bir-birindən əhəmiyyətli sosial obyektlər tikilib, nəhəng bulvar qurulub,

Sadəcə, 5!
17:1312 iyun

Sadəcə, 5!

O siyasi idarəçilik formaları uğur qazanır ki, institutlaşmış təcrübə ilə real, yerli vəziyyətin təhlili əsasında formalaşdırılmış modelə əsaslanır. Sumqayıtda administrativ idarəetmədə son 4 il üçün əsas xarakterik fərq ondadır ki, şəhərin idarə olunması daha öncə bu sahədə kifayət qədər təcrübəsi

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli