İSTİ XƏBƏRLƏR
» » Oxumasanız da olar

Oxumasanız da olar

Lətifələrin reytinqi

5-ci yer
Rusiyanın Anekdotı.ru portalında həftənin lider lətifəsi:
Bizdə, Rusiyada özünüz bilirsiniz də, necə demokratiya var. İnsanlar, özünüz bilirsiniz, hansı şəxs haqqında, özünüz bilirsiniz, hansı sözləri söyləməkdən əsla qorxmurlar.

4-cü yer
Ukraynanın Vokruq smexa dərgisində həftənin lider lətifəsi:
Ərəb əmirliyində uşaq dünyaya gələndə dövlət onun hesabına 20000 dollar qoyur. Uşaq böyüdükcə hesabı da böyüyür. Bizdə isə uşaq doğulanda dövlət onun hesabına zırt qoyur. Və uşaq böyüdükcə zırtlar da böyüyür. 

3-cü yer
Məktəblərdən birində yuxarı sinif şagirdləri dəhlizə məzə üçün üç qoyun buraxırlar. Qoyunların üzərinə qırmızı boya ilə 1, 2 və 4 yazırlar.
Axşam düşür, ancaq hələ də məktəbin rəhbərliyi və məktəbə dəvət edilmiş sahə inspektoru 3-cü qoyunu axtarırlar.

2-ci yer
Şəhərin Sülh küçəsində bir Zapı arxadan Qallenvageni vurur. Qallenvagendən tökülüşən dörd idmançı oğlan Zapının 80 yaşlı ağsaqqal sürüsünün xirtdəyindən yapışırlar ki, tez elə sənədlərini ver bizə.
Zərərçəkmişlərdən biri soruşur:
- Sənin bir ayağın gordadır, oğlun varsa onu çağır, onunla söhbət edək.
Kişi deyir:
- Var.
- Harda işləyir?
- Quşçuluq fabrikinin rəisidir.
- Çağır gəlsin.
Kişi oğluna zəng vurub qəza törədərək 4 idmançının nəhəng maşınını vurduğunu söyləyir. Az keçmiş üç avtobus əli avtomatlı, maskalı şəxs gəlib idmançıları okivar əzişdirib yola salırlar.
Ayrılarkən ağsaqqalın oğlu atasına deyir: 
- Ay ata, sənə neçə dəfə demişəm, mən quşçuluq fabrikinin rəisi deyiləm, "Qartal" xüsusı təyinatlı dəstəsinin komandiriyəm.

1-ci yer 

İndicə yanımdan meyit apardılar. Bu da vaxt tapdı da. Gücnən sevinmişdik. Yenə olduq  9 999 999!

***

Fakt
Araşdırmalara görə, Azərbaycanda ağız gimnastikası ilə mütəmadi məşğul olaraq ən sərrast danışmağı bacaranlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentinin Hidrometeroloji Proqnozlar bürosundaçalışanlardır.
Onlar hər dəfə "harada işləyirsən" sualına bu uzunluqda cavab verməklə dil-udlaq-nəfəs borusu hərəkətlərini uğurla həyata keçirirlər.

***

KVN zarafatı.
Gülməmmədovlar ailəsində sağlam qida rejimi hökm sürür. Kim daha sağlam, daha canlıdırsa o da qidalanır.

***

Dialoq
Gözəllik salonundan çıxan arvad onu gözləyən ərinə deyir:
- Necəyəm?
Əri köks ötürür.
- Vecinə də alma. Əsas odur ki, sən cəhd eləyirsən!

***

- Həkim, mən getdikcə ağırlaşıram.
-Narahat olmayın, sabaha turp kimi olacaqsınız.
- Həkim, turp torpağın altında olur axı.
- Bilirəm!

Kəlamlar
Göbələkçi də sapyor kimi cəmi bir dəfə səhv edə bilir.
***
Sinxron üzgüçülük idmanında batanda bütün komanda eyni vaxtda batır.

***

Əlavə pul qazanmaq çox gözəldir. Biz azərbaycanlılar üçün belə imkanlar əlbəttə ki, məhduddur. Amma xaricdə...
Onlarda:
Təsəvvür edin, Böyük Britaniyanın supermarketlər şəbəkəsi Pasxa bayramı münasibəti ilə satışa şəkildə gördüyünüz üç rəngli şokoladdan ibarət dəst qoyur: ağ, açıq qəhvəyi və tünd qəhvəyi-qaramtıl. Və şokoladlara da adlar qoyurlar. Ağa fluffy - yəni yumşaq, açıq qəhvəyiyə crispy - yəni xırt-xırt, qaramtıl olana da ugly - yəni iyrənc.
Sirr deyil ki, bu üç rəng irqlərə xitabən hazırlanıb: ağ insan, mulat və zənci. Supermarketdə alış-veriş edən bir zənci də bu şokoladları görüb supermarketi irqi ayrı-seçkilikdə günahlandıraraq məhkəməyə verir. O, özünə dəyən maddi-mənəvi ziyana görə 1 milyon funt-sterlinq təzminat tələb edərək məhkəmədə qalib gəlir.
Və bizdə:
Bir müddət öncə bir qonşum Sumqayıt marketlərindən birindən vaxtı keçmiş ərzaq alıbmış. Geri qayıdıb market rəhbərliyini vaxtı keçmış ərzaq satdığına görə tənbeh edəndə yazığı mühafizə işçiləri okivar kötəkləyiblər.
Bu onlarda, bu da bizdə!
***

Çətin sual
4-cü sinifdə oxuyan qız uşağı nəğmə dərsində müəlliminə sual verir:
- Müəllim, Müslüm Maqamayev o vaxt "Anamın anasısan, Azərbaycan!" demək əvəzinə, niyə bir başa "Nənəmsən, Azərbaycan!" deməyib ki?
***

İbrətamiz söhbət
Ayka atasına deyir ki, ay pa, mən gedirəm sinif yoldaşım Azikgilə, dərs oxumağa. Atası da qayıdır  ki, itin qızı, olmaz! O vaxt anan da bizə dərs oxumağa gəlmişdi.
***

Şikayətnamə
Qonşum o qədər məsuliyyətsizdir ki, onun ucbatından internetsiz qalmışam. Bir həftədir ki, vayfayının pulunu ödəyib açdırmır.
***

Məsləhət
Ağzından soğan iyinin gəlməməsini istəyirsinizsə iki diş sarımsaq yeyin!
***

Həftənin kəlamı
Kişini qocaldan qadındır, dır, dır, dır.
Rəy bildir +
Oxşar xəbərlər
Üç dayısını diri-diri yandırdı
17:2016 aprel

Üç dayısını diri-diri yandırdı

... Nigarı 1990-ci ildə  Xızının Şurabad kəndində  yaşayan Füzuli Abbasova ərə verəndə, hələ dünya indiki qədər qarışıq deyildi. Necə olsa da Füzuli balıqçı idi. Həmin illərdə kənd sakinlərinə güzəranlarını ötüşdürmək üçün   balıq tutmağa icazə verirdilər. Balıqdan qazanılan pulla da

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Dövlət Gömrük Komitəsinin dörd əməkdaşı saxlanıldı
11:2009 yanvar

Dövlət Gömrük Komitəsinin dörd əməkdaşı saxlanıldı

Gömrük orqanlarında korrupsiya və rüşvət hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan addımlar çərçivəsində 2018-ci il dekabrın 6-da Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəzifə səlahiyyətlərini

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil
11:1809 yanvar

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil

Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.