İSTİ XƏBƏRLƏR
» » 6 ayın dəhşətli yol qəzaları: 342 ölü, 745 yaralı

6 ayın dəhşətli yol qəzaları: 342 ölü, 745 yaralı



2019-cu ilin yanvar-iyun aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri ilə bağlı statistik məlumatlar açıqlanıb. 

168saat.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 822 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,2 faiz artaraq 1087 nəfər olub.

Onlardan 342-si həlak olub, 745-i isə yaralanıb. Hadisələrin 46,3 faizi gündüz, 36,5 faizi gecə, 17,2 faizi isə toran vaxtı baş verib, 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.Yol-nəqliyyat hadisələrinin 89,7 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalaraq 249 nəfər, yaralananların sayı isə 0,7 faiz azalaraq 723 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 43,7 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 33,1 faizi (0,7 faiz çox) bir neçə nəqliyyat vasitəsinin, 23,2 faizi (24,8 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. 

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,0 faizini, yaralananların isə 73,4 faizini kişilər təşkil edib. 

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 12 hadisə baş verib, nəticədə 4 nəfər ölüb, 9 nəfər yaralanıb. Hadisələrin 66,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır
23:0818 iyun

Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır

İyunun 18-də Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat nümayəndələri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir 

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Hotellərin gəliri azalıb: bir gecələmə...
12:4330 aprel

Hotellərin gəliri azalıb: bir gecələmə...

Bu ilin yanvar-mart aylarında Azərbaycan üzrə mehmanxanalarda 545,4 min gecələmə keçirilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9% azdır.