İSTİ XƏBƏRLƏR
» » Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb

Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb



Sumqayıtlı əkiz qardaşlar ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nailiyyət qazanıblar. Belə ki, bu il Ağamalıyev ailəsinin iki övladı - Məhəmməd 694 balla, Əli isə 676 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunublar.

Şəhərin Təhsil Şöbəsindən AZƏRTAC–a bildiriblər ki, orta təhsillərini fərqlənmə attestatı ilə başa vuran Məhəmməd və Əli Ağamalıyevlər Sumqayıtdakı Texniki və Təbiət Elmləri Liseyinin məzunlarıdırlar. Əkiz qardaşlar gələcəkdə tibb sahəsində böyük uğurlara imza atmaq əzmindədirlər.

Ağamalıyevlər qardaşları kurikulum sistemi üzrə keçirilən ilk imtahanlarda iştirak ediblər. Məhəmməd bütün sualları tam - 700 bala uyğun cavablandırıb. Lakin bir sualı cavablandırarkən mexaniki qüsur səbəbindən səhvə yol verməsi ona ən yüksək nəticə əldə etməsinə mane olub.

Məhəmməd qəbul imtahanlarının həm də 1-ci mərhələsi olan 11-ci sinif buraxılış imtahanından 300 bal toplayaraq maksimum nəticə göstərib.
Rəy bildir +
Oxşar xəbərlər
50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı
15:4315 avqust

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı

Ömrünün yarım əsrə qədərini ölkənin kimya sənayesinin inkişafına həsr etmiş tanınmış kimyaçı Zülfi Sadıxov Azərbaycanın Dövlət mükafatı laureatı, Respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Əlaçı kimyaçısı və Əlaçı səmərələşdiricisi, onlarla qiymətli ixtiranın müəllifidir.  

33 abituriyentimiz 650 bal yığıb
17:5223 iyul

33 abituriyentimiz 650 bal yığıb

2018/2019-cu tədris ilində Sumqayıt Təhsil Şöbəsinin tabeliyində olan orta ümumtəhsil məktəblərini 2752 şagird bitirib. 

Sumqayıtda fərqlənmə attestatı alanların sayı açıqlanıb
16:1512 iyul

Sumqayıtda fərqlənmə attestatı alanların sayı açıqlanıb

Sumqayıt Şəhər Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin tam orta və ümumi orta təhsil səviyyələrini bitirmiş məzunlara fərqlənmə attestatları təqdim olunur. Şəhər təhsil şöbəsinin müdiri Arzu Alızadə AZƏRTAC–a bildirib ki, ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO