İSTİ XƏBƏRLƏR
» » Namus üstündə qətl

Namus üstündə qətl



Hadisədən bir neçə gün əvvəl ona arvadının

oteldə ərəblərlə əxlaqsız görüntülərini çatdırmışdılar...


Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü, Masallı sakini, 38 yaşlı Rövşən Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. R.Dadaşova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunurdu.


Əvvəlcə dövlət ittihamçısı çıxış edib. Prokuror törətdiyi əmələ görə Rövşən Dadaşovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə müşavirədən sonra hökmü elan edib.

Hökmə əsasən Rövşən Dadaşov 17 il müddətinə azadlıqdan məhrum edilib. Bəs cinayətə səbəb nə imiş? İttihama görə, Rövşən Dadaşov arvadı Aida Dadaşovanı başqa şəxslərlə görüşdüyü üçün yaşadıqları evdə qətlə yetirib.

O, arvadına dəmir parçası ilə ağır xəsarətlər yetirib. İttihamda göstərilir ki, R.Dadaşov arvadını azyaşlı uşaqlarının gözü qarşısında işgəncə verərək xüsusi amansızlıqla öldürüb. Elan olunmuş ittihamla R.Dadaşov özünü qismən təqsirli bilib. Belə ki, arvadını xüsusi amansızlıqla və uşaqlarının gözü qarşısında öldürməsi ittihamı ilə razılaşmayıb. Qətli adı affekt halında qətl hesab edib, özü də bunu uşaqların görmədiyini söyləyib.

Dadaşov əməlindən peşman olmadığını da bildirib. O, namusunu təmizlədiyini deyib: "Elədiyimi danmıram. Arvadımı namus üçün öldürmüşəm. Bir kişi kimi namusumu təmizləmişəm. Sonra da polisə özüm məlumat vermişəm".

Məhkəmədə şahid qismində təqsirləndirilən şəxsin qardaşı Amil Dadaşov dindirilib. O iddia edib ki, hadisədən bir neçə gün əvvəl qardaşı arvadının videogörüntülərini əldə ediblər. Amil Dadaşov iddia edib ki, həmin videolarda mərhumun oteldə ərəblərlə əxlaqsız görüntüləri əks olunubmuş.

Rəy bildir +
Oxşar xəbərlər
Iki bacısını qətlə yetirdi
15:0017 avqust

Iki bacısını qətlə yetirdi

Həbsxanadan çıxdıqdan sonra iki bacısını öldürən Buzovna qəsəbəsinin sakini  növbəti dəfə hakim qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində bacılarını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən 1976-cı il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Arvadını 18 bıçaq zərbəsi ilə öldürdü
17:1227 iyul

Arvadını 18 bıçaq zərbəsi ilə öldürdü

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 49 yaşlı Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Tufan Qurbanov arvadının başqa

İki telefonla xəyanət
13:2730 may

İki telefonla xəyanət

Aynurə eyni markalı, eyni rəngli iki telefon işlədirdi. Biri ilə əri, qohum-əqraba, tanış-bilişlə əlaqə saxlayır, digəri ilə isə tanış olub özünü satdığı kişilərlə.

Gecə saat 2-də,  Dəmiryol vağzalı tərəfdə....
18:5110 may

Gecə saat 2-də, Dəmiryol vağzalı tərəfdə....

Cəlal Qurbanov qızına yalvardi ki, düz yola qayıtsın, xeyri olmadı. Söydü, döydü, yenə düz yola qaytara bilmədi. Axırda cibinə bıçaq qoyub onu güddü, qısa ətək geyinmiş halda müştəri maşınına əyləşəndə başının üstünü aldı.

Tükürpədici,  qandondurucu cinayət
10:0825 aprel

Tükürpədici, qandondurucu cinayət

Əziz oxucular. Söz vaxtına çəkər. Düz 6 il öncə Sumqayıt şəhərinin 2-ci mikrorayonunda elə bir cinayət hadisəsi baş verib ki, düzü, onu ifadə etməkdə söz belə acizdir.