İSTİ XƏBƏRLƏR
» » Oxumasanız da olar

Oxumasanız da olar

 

Lətifələrin reytinqi


5-ci yer

Bir kişi iclasa gecikir, sürdüyü maşını parkinq edə bilmədiyi üçün bərk əsəb keçirir. Üzünü göyə tutub deyir:

- İlahi, mənə kömək elə, maşını parkovka eləyim. İçkini atacam, hər bazar məscidə gedəcəm.

Həmin an möcüzə baş verir, maşınlardan biri çıxıb onunçün yer boşaldır.

Kişi yenidən üzünü göyə tutur:

- İlahi, daha lazım deyil, özüm yer tapdım.


4-cü yer

Anekdotı.ru portalında həftənin lətifəsi.

Moyşa yüz dollara qoca bir kəndlidən bir eşşək alır. Kəndli eşşəyi ona ertəsi gün gətirməliydi. Ancaq ertəsi gün kəndli gəlir ki, bəs, sən Allah, bağışla, eşşək öldü.

Moyşa deyir, onda pulu qaytar. Kəndli ağlayır ki, qəpiyinə kimi xərcləmişəm.

Belədə, Moyşa onu göndərir ki, eybi yox, get eşşəyin meyidini gətir, mənim bir ideyam var.

Kəndli gətirib eşşəyin meyidini verir və çıxıb gedir.

Bir ay sonra onlar küçədə rastlaşanda kəndli soruşur:

- Moyşa, sən öz canın, eşşəyin meyitini neynədin?

Moyşa deyir:

- Mən lotereya tirajı keçirdim,  elan etdim ki, uduşa cins eşşək qoyulur. 2 manatdan düz 500 bilet satdım, sənə verdiyim 100 dolları çıxanda 830 manat qabağa düşdüm.

- Başa düşmədim, heç kəs bu şarlatanlığa reaksiya vermədi?

- 499 nəfər təbii ki, vermədilər, biletləri udmadı axı. Yalnız bileti udan şəxs eşşəyin ölü olduğunu görüb hay-küy saldı, mən də kompensasiya olaraq onun 2 manatını geri qaytardım.


3-cü yer

Bakı. Gecə. Küçəylə iki dinozavr gəzir. Biri ikinciyə məsləhət verir:

- Miqalkalı konserva bankalarını seç. Onların içindəki ət yağlı olur.


2-ci yer

Bir dəfə Dərdayıl toyda yaxşıca vurur, bir araq da arxa cibinə dürtüb evə gəlir. Yolda necə olursa müvazinətini itirir və dalıüstə yıxılır, butulka sınır, şüşə qəlpələri yazığın yumşaq yerini didik-didik edir.

Birtəhər özünü evə salıb arvad xəbər tutmasın deyə ehtiyatla güzgünün qabağında dayanır ki, yaralarına leykoplastr yapışdırsın.

Səhər ertə arvad dümsükləyib onu yuxudan qaldırır:

- Dərdayıl, bax mən soruşmayacam, niyə evə gecə yarı gəlmisən, soruşmayacam, niyə bütün yataq qanın içindədir. Bircə şey soruşacam. Bu qədər leykoplastrı güzgüyə niyə yapışdırmısan?


1-ci yer

Baş nazir olan vaxtlarında bir gün Pənah Hüseyn çıxış etmək üçün AzTV-yə gedir. Taksiyə minir. Təyinat nöqtəsinə çatanda sürücüyə deyir ki, yarım saat məni gözləyə bilərsən?

Onu tanıya bilməyən sürücü söyləyir:

- Yox, gözləyə bilmərəm. Televiziyada Pənah bəyin çıxışı var, qaçıram, ona baxmağa.

Pənah bəyin sevincdən gözləri yaşarır, çıxarıb sürücüyə minnətdarlıq əlaməti olaraq bir dənə yüzlük verir.

Sürücü yüzlüyü götürüb gözüdörd halda baxır, sonra da söyləyir:

- Vapşe Pənah qələt eləyir, səni gözləyəcəm!


***

İbrətamiz


Molla yas mərasimində əllərində telefon oynadan cavanlara islam dinini müasir kontekstdə təbliğ edirdi. O, söylədi ki, xeyir əməllər eləyin, cənnətə düşün, bəd əməllər törədib cəhənnəmə düşməyə razı olmayın. Cəhənnəmdə qır qazanına düşmək-falan var, amma ən pisi odur ki, cəhənnəmdə cənnətdən fərqli olaraq pulsuz wifi yoxdur.


***

Deyim


Qız olmaq əla şeydir. Çörək almağa getmirsən. Zibil atmağa getmirsən. İstəsən dərsə də getmirsən. Təkcə ərə gedirsən. O da, alan olsa!


***
Atmaca


Vegetarianlar "ət yeməyək", "heyvanları incitməyək" deyə-deyə bütün bitkiləri yeyib qurtaracaqlar, sonunda heyvanlar acından öləcək.


***
Fakt


Allah and olsun, Azərbaycanda Məmmədov Pətiş Potuş oğlu adlı 20.02.1940-cı il təvəllüdlü birisi var, şəxsiyyət vəsiqəsini görmüşük.


***
Dialoq


- Qızım sən bu viddə diskotekaya getmişdin?

- Hə, mama.

- Yaxşı, geyin, yat!


***
Gülməcə


Sumqayıtda güclü atışma baş verib, 5 nəfər atışıb, bir çaynik çay alıblar.


***
Feysbuk sitatı


"Azərbaycanda 3 dənə qanuni oğru var: Sim, Cin, Nar!".


***
Olmuş hadisə


Seçki kampaniyası üçün səfərə çıxmış bir avtobus siyasətçi kəndlərin birində qəzaya düşür. Qəza yerinə gələn kəndlilər onların cəsədlərini basdırırlar. Səhərisi gün sahə müvəkkili bələdiyyə sədrindən soruşur ki, həmin adamları basdıranda dəqiq yoxladınızmı ki, hamısı ölmüşdü? Sədr cavab verir: "Bəziləri yaşadıqlarını iddia edirdi. Ancaq siyasətçilərin necə yalançı olduqlarını bilirsiniz də".


***
Sitatlar


lHeç kimin yanında heç nə danışmayın. Çünki çatdırılma və quraşdırlma pulsuzdur.

lQadınlardan fərqli olaraq, kişilər qeybət eləmirlər. Onlar informasiya mübadiləsi edirlər.


***
İbrətamiz


"Pul hər şeyi həll eləyir" söyləyən adamın başına göydələnin ən üst qatından bir torba pul düşür, başı parçalanır və o, dünyasını dəyişir.


***
Gülməcə


Hərbi xidmətə çağırış başlayandan Feysbukdakı Ayka, Günka, Samka, Tomka adlı profillər fəaliyyətini dayandırıb.

"Kişilər" əsgər gedib!

Rəy bildir +
Oxşar xəbərlər
Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"
17:0726 iyun

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"

Iyunun 21-də sumqayıtlıların sevə-sevə Hümbət həkim adlandırdıqları Hümbət Həsənoğlu Quliyev 64-cü doğum gününü qeyd etdi. Qərara gəldik ki, bu münasibətlə onu "Qonaq otağı"nda qonaq edək. Kimdir Hümbət Həsənoğlu? Həkim, biznesmen, yazar. Ən əsası, vətən təəssübkeşi.

OXUMASANIZ DA OLAR
16:3930 may

OXUMASANIZ DA OLAR

Təzə doğulmuş körpə dil açır. Ilk dediyi söz "baba" olur. Bir gün sonra babası dünyasını dəyişir. Uşağın növbəti işlətdiyi söz "nənə" olur. Səhərisi gün nənəsidə dünyasını dəyişir. Sonra uşaq "bibi" və "dayı" deyib bibisini və dayısını da o dünyaya yola salır. Növbəti gündə uşaq "ata" deyir.

Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.  -  Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

Oxumasanız da olar
10:4625 aprel

Oxumasanız da olar

2014-cü ilin söhbətidir, bir gün Azərbaycana qastrola gələn bir iranlı tarzənlə görüşərkən Habil Əliyev ona sual verir: - Sən neçənci ildə doğulmusan? Iranlı dərhal deyir: - 1405-ci il təvəllüdlüyəm. Habil Əliyev barmaqları ilə nəyisə xeyli hesablayıb söyləyir: - Maşallah yaxşı qalmısan.