İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Qulyabani

Ötən 168 saat ərzində Ucarın 4,3 min əhalisi olan Çiyni kəndində yerli icra hakimiyyəti və polis işçiləri tərəfindən kənddə peyda olan qulyabanını tutub zərərsizləşdirmək üçün axtarışlar davam etdirildi. Amma şanlı icra hakimiyyəti və polis işçiləri, eləcə də ağac parçaları ilə silahlanmış əhali əcaib varlığı tuta bilmədilər.

Bir neçə gündür ki, Çiyni kəndində başdan ayağa tüklü olan, sürətlə qaçan, hündür divarlara dırmaşan əcaib məxluqun peyda olması söylənilir, kənd camaatı gündüz saatlarında küçədə tək dolaşmaqdan çəkinir, naxıra belə getmək istəmirlər. Kəndin icra nümayəndəsi Vüqar Zeynalov mediaya belə bir açıqlama verib.

- Axırıncı dəfə kənd camaatı həmin məxluqu poçt idarəsinin yaxınlığında görüb, axtarış davam edir, kəndə polis cəlb olunub.

P.S. Belə getsə qulyabanını tutmaq üçün Çiynidə fövqəladə vəziyyət tətbiq ediləcək, əraziyə daxili qoşunlar yeridiləcək.

P.P.S. 3-cü minillikdir e! Xaricilərin qulaqlarından uzaq.

Elşən Cabbarov

Bakı Ağır Cinayətlər üzrə Məhkəməsində 1974-cü il təvəllüdlü Elşən Mürsəl oğlu Cabbarovun məhkəmə prosesi başladı. Elşən Cabbarovu tarixin yaddaşına salan isə onun analoqu olmayan şantaj və dələduzluq fəaliyyətidir. Belə ki, o, Təbriz Əsədov və Məmməd Cəfərov adlı əlaltılarının köməyi ilə Elza Bünyatova və Şüşəxanım Qədirova adlı qadınları imkanlı şəxslərlə görüşdürür, görüşü videoya çəkdirir, sonra da həmin şəxslərdən şantaj yolu ilə pul alırdı. Məsələn o, Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovdan bu minvalla dərhal 110 min manat, aylıq da 7 min manat pul alırmış. Daha öncə isə Salyan rayon Bəydilli kənd sakini, iş adamı Vüqar Gülüşovdan 220 min manat alıbmış.

Xalqımızda belə bir deyim var, filankəsin çörəyi daşdan çıxır. Elşən Cabbarovun isə çörəyi görün bir nədən çıxırmış.


Yol polisi

Bu həftə Daxili İşlər Naziri Vilayət Eyvazovun Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini polkovnik Mübariz Şahbazovu və Baş DYP idarəsinin qeydiyyat-imtahan idarəsinin rəis müavini polkovnik Müşfiq Rəhimovu işdən azad etməsi səbəbindən cəmiyyətdə polis sistemində köklü dəyişikliklər aparılacağı, Dövlər Yol Polisi sisteminin ləğv ediləcəyi barədə iddialar yayıldı.

Hətta Bakı şəhər Dövlət Yol Polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov söhbətə aydınlıq da gətirdi:

- Əgər cənab nazir bu addımı atarsa, bizə də əmrə əməl etmək düşər. Bizim vəzifəmiz verilən göstərişi qətiyyətlə yerinə yetirməkdir.

Amma "6 xətt" olaraq biz DYP-nin ləğv ediləcəyini istəmirik. Çünki pusquda durmaq, yol işarələrini gizləmək, yol kənarında dayanan maşınlara radar quraşdırmaq, sürücüdən "bir çay pulu", yaxud "bir nahar pulu" istəmək xüsusiyyətləri ilə, üstəlik adambaşına düşən polis işçilərinin sayına görə dünyada birinciliyinə görə xüsusi model sayılan DYP-miz bizim milli brendimizdir!


Arktika

Bu həftə Arktika Qütb dairəsi tarixin ən yüksək temperaturu ilə gündəmə gəldi. Belə ki, İsveçin Milli Okean və Atmosfer Tədqiqatları Administrasiyasının məlumatına görə Qütb dairəsindən şimalda yerləşən meteoroloji stansiyada 34,8 dərəcə selsi isti qeydə alındı.

Bu bəşəriyyət üçün böyük təhlükədir. İsveçli iqlimşunas Dik Arnat bəyan edir ki, Şimal Buzlu Okeanında buzların sahəsi 19,8 faiz azalıb. 

Qlobal istiləşmə tək iqlim pozulmasına gətirib çıxarmayacaq, ekofəlakət törətməyəcək, həm də dünya iqtisadiyyatına ciddi ziyan vuracaq. 

Ən qorxulusu isə odur ki, qlobal istiləşmə insani münasibətləri də xeyli dərəcədə pozacaq.


Ermənilər

Bu həftə Ermənistanın Ombudsmanı Arman Tatoyan Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkovaya müraciət etdi. O, Soçinin rusiyalı oliqarxı Oleq Deripaskaya məxsus aeroportunda erməni millətindən olan 23 şəxsin milli mənsubiyyətə görə işdən çıxarılmasını "əzabkeş xalqın" nümayəndələrinə qarşı növbəti bir zərbə olduğunu dilə gətirdi.

Halbuki, şirkətin mətbuat katibi Anna Şalimova iddia edir ki, hava limanında bir çox millətlərin nümayəndələri çalışır, işdən azad olunanlar da Rusiya qanunvericiliyinə uyğun olaraq vəzifələrindən çıxarılıblar. Milli mənsubiyyətə görə təqibə məruz qaldıqlarını iddia edən və saxta bəyanatlarla bütün instansiyaları narahat edərək şantaja əl atan ermənilər haqsızdırlar.

Bax belə. Bütün dünya gec-tez bu millətin həyasızlığından, sırtıqlığından məlumatlı olacaq.

İranlı qızlar

İran futbol çempionatını izləmək üçün süni bığ və saqqal yapışdırıb stadiona keçən 6 qız həbs edildi. 

İran qanunlarına əsasən qadının stadiona getməsi qadağandır. Odur ki, qızlar cinayət cəzası deyil, inzibati qaydada cəza alacaqlar.

Futbol sevdası başına bəla olan qızlardan biri xeyli məşhurdur,"Eqtisadi cahan" qəzetinin müxbiridir.

Bəli, əziz oxucular, İranın molla rejimi insanların azadlığını hər cəhətdən təqib edir. Dünyada qadınlar futbol oynayırlar, İran isə qadınlara oynamaq o yana, futbola baxmağı da qadağan edir.

P.S. Yeri gəlmişkən, İranın komanda idman oyunlarında qadın idmançıların sırasına kişi idmançılar dürtüşdürməsi təcrübəsi də var!

Rəy bildir +
Oxşar xəbərlər
NÜVƏDİYƏ SON SƏFƏR
17:0121 avqust

NÜVƏDİYƏ SON SƏFƏR

Erməni daşnakları ötən əsrin əvvəllərindən başlayaraq, qoynunda Dədə Qorqudu, qoç Koroğlunu, Babəki və neçə-neçə digər igid ərləri-ərənləri, müdrikləri yaşatmış qədim Oğuz yurdlarını hiyləgərliklə, hissə-hissə işgal edərək 1988-ci ildə öz məkrli planlarını bütün Ermənistan - Göyçə-Zəngəzur

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
10:1322 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Şuşanın işğalı günündə Şuşaya gedib nümayişkəranə şəkildə orada "Yallı" oynayan Ermənistanın rəhbəri Nikol Paşinyanın bu hərəkətinə bizim olmayan Şuşanın bizim olan icra başçısı Bayram Səfərovun reaksiyası opponentini qarğamaqdan ibarət oldu. Belə ki, Bayram müəllim fakta münasibətini mediaya bu

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Ya mənim olacaqsan,  ya da qara torpağın
18:2530 aprel

Ya mənim olacaqsan, ya da qara torpağın

2015-ci ilin mart ayında, baharın ilk günlərində tanış olduğu oğlan Günelin  həyatına, ömrünə sanki bahar gətirmişdi. Dostluqları o qədər səmimi idi ki,  hər gün bir-biri ilə zəngləşir, imkan tapanda isə görüşürdülər. Lap ruh əkizləri kimi yaşayırdılar. Tanışlıqlarının 1 ayı tamam olanda isə

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO