İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda gəncləri narahat edən daha bir problem həll olunur

Sumqayıtda gəncləri narahat edən daha bir problem həll olunur


"Nə qədər təəccüblü səslənsə də, Sumqayıt şəhərində kinoteatr yoxdur. Vaxtilə fəaliyyət göstərənlər isə artıq tarixə qovuşub. Görəsən bu hal nə qədər davam edəcək. Aidiyyəti qurumlar bəs nə deyir?"

Sumqayıt sakini, 36 yaşlı Rəşad Abbasov deyir ki, təəssüf ki, yaşadığı məkanda asudə vaxtın səmərəli keçirilməsi üçün əlverişli şərait yoxdur. Gənclərin ən çox arzuladığı əyləncə yeri isə kinoteatrlardır. İstədikləri filmi izləmək üçün məcburiyyət qarşısında qalıb paytaxta üz tuturlar:

"Mən çox istərdim Sumqayıtda kinoteatr olsun. Ən böyük səbəb də odur ki, tək özüm üçün fikirləşmirəm. Mən həftədə demək olar ki, bir dəfə Bakının müxtəlif mollarında, kinoteatrlarında film izləməyə gedirəm. Əziyyətdir, məsrəfdir, yol uzaqdır. Çox istərdim ki, Sumqayıtımızın da görkəmli yerində gözəl bir kinoteatr tikilsin. Kim tərəfindən tikiləcək, onu bilmirəm. Amma çox istərdim. Mən və mənim övladlarım istərdik ki, gedib oturaq, sakit bir yerdə film izləyək".

Bir zamanlar Sumqayıtda bir neçə kinoteatr var idi. “Rossiya”, “Bilik” "Vaqif", "Kosmos", "Cırtdan", "Qarabağ"… İnsanlar bəzən saatlarla kassaların qarşısında növbə gözləyir, bilet tapa bilmirdilər.

Amma ümid verən məqamlar da var. 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş “Rossiya” ("Nizami") kinoteatrı sökülərək yenidən tikilir. Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək. Üç zaldan ibarət olacaq kinoteatr ilin sonuna kimi kinosevərlərin ixtiyarına veriləcək. Son 25 ildə bu kinoteatrdan ümumiyyətlə istifadə olunmamışdı. Bu da sözsüz ki, kinoteatrı daha da baxımsız vəziyyətə gətirib çıxarmışdı. Bu il 70 illik ərəfəsində Sumqayıt kinoteatrının müasir avadanlıqla təchiz olunaraq yeni dizaynda şəhər sakinlərinin ixtiyarına verilməsi planlaşdırılır. Yəqin ki, ilin sonunda şəhər sakinləri bu kinoteatrdan istifadə edə biləcək. Görünən odur ki, kinomanlar doğma şəhərdə rahat şəkildə film izləmək üçün ilin sonunu gözləməlidir.


Rəy bildir +
Oxşar xəbərlər
Məcid Hüseynovla müsahibə: "Elə qism insanlar var ki, onları ancaq ağlatmaq lazımdır"
11:0809 avqust

Məcid Hüseynovla müsahibə: "Elə qism insanlar var ki, onları ancaq ağlatmaq lazımdır"

"Qonaq otağı"nın budəfəki qonağı sumqayıtlı tanınmış aktyor Məcid Hüseynovdur. Bizimlə söhbətində gənc aktyor bir çox maraqlı məqamlara toxundu. 

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

"Koroğlu"nu,  "Cavad xan"ı  yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi
15:2810 may

"Koroğlu"nu, "Cavad xan"ı yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi

Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman görkəmli rejissorla görüşərkən (adətən teatr məbədlərimizdə - Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar

Alfred, İbrahim Xan, Arlekin...
18:0330 aprel

Alfred, İbrahim Xan, Arlekin...

Gənc bir tələbəydi onu tanıyanda. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində  oxuyurdu,   o  zamanlar  mən Azərbaycan Televiziyasının"Səhər" proqramında çalışırdım  və " Etiket qaydaları " adlı rublikamıza gənc aktyorlar çəkməliydik.  Getdik universitetə ki,  tələbələr arasından seçim edək.