İSTİ XƏBƏRLƏR
» » Zakir Fərəcov yeni məktəbin tikintisi ilə tanış oldu

Zakir Fərəcov yeni məktəbin tikintisi ilə tanış oldu

 

Prezident  İlham Əliyevin imzaladığı Sərəncama əsasən Sumqayıt şəhərində 9 nömrəli tam orta məktəbin 1176 şagird yerlik yeni binasının tikintisi həyata keçirilir.

Sumqayıt  şəhərinin   İnşaatçılar qəsəbəsində yerləşən və qəzalı vəziyyətdə olan  9 nömrəli   tam  orta  məktəbin   binası sökülərək yerində müasir tələblərə cavab verən yeni bina tikilir. Hazırda tikinti yüksək sürətlə davam edir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təhsil müəssisəsinin tikintisi ilə yaxından taqnış olub.

Məlumat verilib ki, 1958-ci ildən fəaliyyət göstərən Sumqayıt   şəhər 9 nömrəli  tam orta məktəb 324 yerlik idi. Məktəb  üçün 2008-ci ildə yeni  korpus inşa edilib və 624 yerlik olub. Lakin məktəbin əsas binası yararsız vəziyyətdə olduğundan, yerləşmə mövqeyinə görə şagird kontingentinin çoxluğu, eləcə də məktəbin qədim tarixə malik olması yenidən əsaslı şəkildə yeni   binanın tikintisinə  zəmin yaradırdı. Ölkə prezidentinin də məlum sərəncamı bütün sadalananların öz həllini tapmasına imkan verdi. İndi artıq valideyinlər övladlarının müasir məktəbdə təhsil alacaqları üçün çox sevinclidirlər.

Bildirildi ki, 4 korpusdan ibarət  yeni məktəb binasında 69  sinif otağı olacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalı, kompüter otaqları fəaliyyət göstərəcək. Bir sözlə məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.


Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Şəhərlər gözəli
18:2924 iyul

Şəhərlər gözəli

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yanvarın 11-də keçirilmiş iclasında ölkə Prezidenti öz çıxışında 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq Azərbaycan uğurla və sürətlə inkişaf etdiyini bildirdi.  Ötən

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli