İSTİ XƏBƏRLƏR
» » “Ayaks” və “Barselona” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb

“Ayaks” və “Barselona” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb

Aprelin 16-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə ilk iki vəsiqə qazanan komandaların adları məlum olub.


Mərhələnin ilk oyun günündə qarşılaşmalar İtaliya və İspaniyada təşkil olunub.

Mərhələnin ən gözlənilməz hesabı İtaliyada qeydə alınıb. “Yuventus” öz meydanında “Ayaks”ı qəbul edib. Hollandiyada baş tutan görüşdə qalib müəyyənləşmədiyi üçün turinlilərə bu oyunda qolsuz heç-heçə də sərf edirdi.

İlk dəqiqələrdən hücuma atılan “qoca sinyora” 28-ci dəqiqədə hesabda önə keçib. Kriştiano Ronaldo adını tabloya yazdırıb. Fasiləyə qədər matçın 34-cü dəqiqəsində Amsterdam təmsilçisi hesaba bərabərlik gətirib. Donni van de Bik (34) fərqlənib. Fasilədən sonra oyunun 64-cü dəqiqəsində Matthijs de Ligt başla dəqiq zərbə vuraraq komandasını hesabda önə çıxarıb. Qalan dəqiqələrdə qapısını toxunulmaz saxlayan “Ayaks” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Gecənin digər matçında “Barselona” öz meydanında İngiltərənin “Mançester Yunayted” komandasını qəbul edib. Doğma azarkeşlər önündə 0:1 hesabı ilə məğlub olan Ule Qunnar Sulşerin baş məşqçi olduğu “Mançester Yunayted” cavab qarşılaşmasında “Barselona”ya böyük hesabla məğlub olub - 3:0. Beləliklə, ümumi hesabla “Barselona” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, “Mançester Yunayted” 20 il əvvəl məhz "Nou Kamp"da Almaniya "Bavariya"sını finalda 2:1 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Həmin görüşdə Sulşer futbolçu qismində iştirak edib. Həmin oyunun 81-ci dəqiqəsində meydana daxil olan norveçli hücumçu 90+3-cü dəqiqədə komandasının qələbə topunu vurub.

“Barselona” isə doğma meydanda keçirdiyi 4 qarşılaşmanın heç birində “qırmızı şeytanlar”a məğlub olmayıb - 2 qələbə, 2 heç-heçə. Kataloniya təmsilçisi, həmçinin Çempionlar Liqasında “Nou Kamp”da keçirdiyi ardıcıl 30 matçda məğlubiyyətin nə olduğunu bilmir.
Rəy bildir +
Oxşar xəbərlər
Klublarımızın baş tutmayan super transferləri
17:2216 aprel

Klublarımızın baş tutmayan super transferləri

Ermənistanda iqtisadi problemlər  demoqrafik gərginliyi artırır
10:4416 aprel

Ermənistanda iqtisadi problemlər demoqrafik gərginliyi artırır

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

İlham Əliyev: Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir
18:1428 yanvar

İlham Əliyev: Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir

Salah Afrikanın ən yaxşı futbolçusu oldu
11:4109 yanvar

Salah Afrikanın ən yaxşı futbolçusu oldu

“Liverpul” futbol klubunun şərəfini qoruyan misirli hücumçu Məhəmməd Salah 2018-ci il üzrə Afrikanın ən yaxşı futbolçusu seçilib. Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bu, Seneqalın paytaxtı Dakarda keçirilən təntənəli mərasimdə elan olunub. Qeyd edək ki, Salah ardıcıl