İSTİ XƏBƏRLƏR
» » Bu yay Xəzərdə məhv olan həyatlar

Bu yay Xəzərdə məhv olan həyatlar


Yayda hər kəsin üz tutduğu Xəzər dənizi son 3 ayda xeyli insanın həyatına son qoydu. Dənizdə boğulanlar arasında azyaşlılar da oldu, yeni ailə quranlar da... Hər bir ölüm hadisəsinin arxasında isə bir ailə faciəsi qaldı.

Ötən aylarda Xəzərdə baş vermiş faciəvi hadisələrin xronikasını təqdim edirik:

Yayın ən çox səs-küy yaradan ölüm hadisəsindən biri 22 yaşlı blogerin Bulvarda suya atılaraq kadrları lentə almaq istəməsi, bunun isə onun həyatı hesabına başa gəlməsi oldu. "Tik-tok" video platforması üçün suya atılanlardan 18 yaşlı digər dostu isə xilas etmək mümkün olmuşdu.

Xəzərdə boğulanlardan biri də Azərbaycan Texnologiya Universitetinin III kurs tələbəsi Fərman İsaqov idi. Fərman isə dənizdə boğulan xalası oğlunu xilas etmək istəyərkən batmışdı.

İnsan ölümü ilə nəticələnən daha bir faciə Bilgəh çimərliyində yaşanmışdı. Çimərlik ərazisində 2 nəfər boğulmuş, 1 nəfər itkin düşmüşdü.

Bilgəh çimərliyi daha bir nəfərin sonu olmuşdi. Xəzər dənizinə istirahət üçün yollanan 1997-ci il təvəllüdlü Hüseyn Əli oğlu Dadaşov qardaşı və 2 dostu ilə çimməyə girib. Dalğa onların 4-nü də aparsa da, qardaşı və dostlarının həyatını xilas etmək mümkün olmuşdu. Dekabrda toyu olacaq Hüseyn isə boğularaq ölmüşdü. Faciəyə gənclərin çimmək qadağan olunmuş ərazidə dənizə girmələri səbəb olub.

İyulun 28-də Pirşağı çimərliyində 4 dostun ölümü məsələnin ciddiliyini bir daha ortaya qoymuşdu. 7 nəfər Kürdəxanı kənd sakini dənizə girmiş, onlardan 4-ü boğularaq dünyasını dəyişmişdi. Dostların hamısı boğulma təhlükəsi ilə üz-üzə qalsa da, 3-ü dənizdən çıxa bilmişdi. Mərhumlardan ikisi nişanlı olub, bir nəfərin isə 2 gün əvvəl toyu olubmuş.

Hadisədən bir gün əvvəl Bakıda 6 nəfər nəzarətsiz çimərliklərdə boğularaq dünyasını dəyişmişdi.

Avqustun 2-si Xaçmazın Nabran istirahət zonasında Xəzər dənizində boğulan 11 yaşlı oğlanın meyiti Xəzərin Dağıstan Respublikasının Dərbənd şəhəri sahilində aşkarlanmışdı. Dənizdə boğulan Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini, 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlu olub.

Növbəti suda boğulma hadisəsi Türkan qəsəbəsi ərazisində baş vermişdi. 30 yaşlı qadın dənizdə boğulan 5 yaşlı bacısı oğlunu xilas etmək üçün öz həyatından keçmişdi. Qadın dünyasını dəyişsə də, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olmuşdu.

Yayın ən faciəvi dənizdə boğulma hallarından biri də Nardaran çimərliyində baş vermişdi. 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızı, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlu, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızı və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızı dənizdə nəzarətsiz ərazidə boğularaq dünyalarını dəyişib. Cəfərzadələr əmi uşağı olub. Uşaqlardan 2-nin atası Ramil onları xilas etmək üçün suya atılsa da, o da batma təhlükəsi ilə üzləşdiyindən dənizdən çıxarılıb.

Daha bir boğulma hadisəsi isə Türkiyənin Alanya şəhərində baş verib. Laçın rayonundan olan 24 yaşlı azərbaycanlı məcburi köçkün Ramil Zeynalov dostları ilə çimməyə getdiyi dənizdən qurtula bilməyib. Ramil işləmək üçün Türkiyəyə gedibmiş.


Xəzər dənizində baş vermiş faciələrdən biri də "MiQ-29" tipli hərbi təyyarəmizin qəzaya uğraması oldu. İyulun 24-də baş vermiş qəza zamanı təyyarənin göyərtəsində təcrübəli pilot, polkovnik-leytenant Rəşad Atakişiyev olub. Təyyarənin hissələri tapılsa da, pilotun axtarışları hələ də davam etdirilir.

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt məktəblilərinin unudulmuş fədakarlığı...
15:4515 avqust

Sumqayıt məktəblilərinin unudulmuş fədakarlığı...

29 il əvvəl - 1990-cı il iyulun 10-da Sumqayıt məktəbliləri Müşfiq İsgəndərov və Nəriman Rzayev dənizdə boğulmaqda olan dostları Məlik Məlikovu xilas edərək, özləri sərt dalğaların qurbanı olmuşdular. Onların dəhşət doğuran faciəsi bütün yaşıdlarını, tanıyıb-bilən hamını sarsıtmışdı. Onlar 1-ci

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Dünyanın ən yaxşı çimərliklərinin reytinqi
17:1326 iyun

Dünyanın ən yaxşı çimərliklərinin reytinqi

Iyunun 21-də təqvimlə yay fəsli qədəm qoydu. Təbii ki, yay sözü ilə çimərlik sözü bir-birlərini tamamlayırlar. Qızmar yay günlərində imkansızlar özlərini Corat, Novxanı kimi, imkanlılar Si-Briz, Cumeyrax kimi çimərliklərə verirlər. Lap imkanlılar üz tuturlar Bodruma, Antalyaya. Lap-lap imkanlılar

Sumqayıt çimərliyi yay mövsümünə hazırdırmı?
16:1613 iyun

Sumqayıt çimərliyi yay mövsümünə hazırdırmı?

Sumqayıtın bütün göstəriciləri öncədən düşünülmüş layihələrə uyğunlaşdırılıb. Burada inkişaf təkcə bir istiqamət üzrə köklənmir, sənaye, müxtəlif profilli istehsal müəssisələri, sosial həyat, infrastruktur və digər sahələrdə sürətli tərəqqi paralel şəkildə bir-birini tamamlayır. Elə buna görə də

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO