İSTİ XƏBƏRLƏR
» » Eyforiya qurbanları

Eyforiya qurbanları



Ötən həftə Avrokuboklarda mübarizə aparan hər iki klubumuz qarşılaşmalarını məğlubiyyətlə başa vurdu. Beləliklə, APOEL-ə yenilən "Qarabağ" Çempionlar Liqası, "Bney Yehuda"ya uduzan "Neftçi" isə Avroliqa ilə vidalaşdı. Baxmayraq ki, həm ilk oyunda Kiprdən qələbə ilə dönən "Qarabağ", həm də ilk iki mərhələni birnəfəsə, fantastik sayıla biləcək statistik göstəricilərlə adlayan "Neftçi" favorit sayılırdı. Amma hər iki komandamızın pley-off mərhələsinin astanasında belə demək mümkünsə, eyforiya qapılması, rəqibi düzgün qiymətləndirməməsi sonda acı sonluğu qaçılmaz etdi. Hansı ki, indiyə qədər də müxtəlif vaxtlarda rəqibi qiymətləndirməmək təmsilçilərimizi pis vəziyyətdə qoyub. Keçmişə ekskurs etdikdə çox sayda belə nümunələrə rast gəlmək mümkündür. 

Artıq tarixin yaddaşına köçmüş "Xəzər Lənkəran"ın Avrokuboklardakı debütünü korlayan "Nistru" bu baxımdan ağıla gələn ilk komandadır. Həmin vaxt "kənd komandası" kimi dəyərləndirilən Moldova klubu həm "ev"də (3:1), həm də səfərdə (2:1) qələbə qazanmaqla rəqibi ciddi qəbul etməyən Lənkəran təmsilçisini cəzalandırmışdı.

Albaniya "Skenderbu"suna rəqib olduğumuz mövsümdən öncəkində "Neftçi"nin Avroliqanın qrup mərhələsində çıxış etməsi "flaqman"ın albanlarla büdrəmək ehtimalını düşünənlərin sayını xeyli azaltsa da, nəticə heç də istənilən kimi olmadı. Doğma publika qarşısındakı qolsuz heç-heçəyə səfərdə minimal hesablı məğlubiyyət də əlavə olununca püşkdən sonra "ağ-qaralar"ın dodağına qonan istehzalı təbəssümü kədər əvəz eləmiş oldu.

"Neftçi"nin Albaniya klubuna məğlub olduğu mövsüm həmçinin ikinci dərəcəli klub turnirindəki təmsilçimiz "Bakı"nın sürpriz məğlubiyyəti ilə əlamətdar olmuşdu. Belə ki, ölkə kubokunun qalibi olan paytaxtın eyniadlı kollektivi "Mura-05"-lə oyunlar öncəsində aşkar favorit hesab olunurdu. Bunun da səbəbi bəlli idi. Püşkdən bir neçə gün öncə "Bakı" "Mura-05" ilə yoldaşlıq görüşü keçirmiş və 4 cavabsız qolla qalib gəlmişdi. Sloveniya təmsilçisi ilə rəsmi qarşılaşmalarda isə rəqib qapısına bir qol belə vurmaq mümkün olmadı. İlk oyunda hesab açılmadısa, səfər görüşündə "Mura-05" iki cavabsız qolla qalib gəlməklə əsl gücünü göstərdi.

2017/2018-ci illər mövsümündə "Keşlə"nin Lüksemburq "Fola"sına uduzması da ölkə futbolu adına faciə kimi qəbul olunan nəticələrdən idi. Belə ki, ilk oyunda minimal hesabla qalib gələn təmsilçimiz səfərdə 1:4 hesabı ilə uduzmaqla biabır olmuşdu.

Azərbaycan təmsilçiləri rəqibi qiymətləndirməməyin fəsadlarını ötən mövsüm də yaşamışdı. Bu mövsüm "Neftçi"ni uduzduğu klubdan necə üstün sayırdıqsa, ötən yay "Uypeşt"lə ilk qarşılaşmadan sonra da təxminən belə düşüncədə idik. Buna səbəb Roberto Bordinin komandasının Bakıda 3:1 qalib gəlməsi idi. Amma Macarıstandakı oyunda 0:4 hesablı yenilgi arxayınlaşmış "xalq komandası"na sillə kimi dəysə da, "Bney Yehuda" ilə matçlar paytaxt klubunun bundan dərs çıxarmadığını göstərdi. 

Ümumiyyətlə, ötən mövsüm "Qarabağ" istisna olmaqla digər komandalarımız azarkeşlərini məyus etmişdi. Halbuki "Qəbələ"nin "Proqress"i rahat keçəcəyi ehtimal olunurdu. Amma baş məşqçi postunda Roman Qriqorçuku əvəzləyən Sənan Qurbanovun debütü uğursuz alındı. Lüksemburq təmsilçisinə "ev"də 2:0 hesabı ilə uduzan "Qəbələ" səfərdə qalib gəlsə də (1:0), bu yetərli olmadı. Görünür, öncəki mövsüm Avropa Liqasının qrup mərhələsində oynayan bölgə təmsilçisinin daha təcrübəli olması yerli futbol ictimaiyyətində inam yaratdığı qədər "Qəbələ"də də arxayınlıq yaratmışdı ki, bu da sonda ümidlərimizin puç olmasını şərtləndirdi.

Ötən mövsüm Malta "Baltsan"nın "Keşlə"ni mübarizədən kənarlaşdırması da rüsvayçı nəticə idi. Üstəlik, praqmatik oyun üslubu ilə seçilən sabiq "bankirlər" Maltada qapısında 4 top görmüşdü. Səfərdə buraxılan toplardan yalnız birinə cavab verə bilən Yuri Maksimovun çalışdırdığı komandanın Bakıdakı 2:1-lik qələbəsi isə təsəllidən başqa bir işə yaramamışdı.

Göründüyü kimi, təmsilçilərimiz bir neçə dəfə favorit göstərildiyi duellərdə işinin öhdəsindən gələ bilməyib. Amma ən azı Avrokuboklardakı yeganə təmsilçimiz olan "Qarabağ" iki gün sonra qarşılaşacağı rəqib ilə matçda keçmişdən dərs çıxarmalıdır. Yoxsa yuxarıda sadalağımız uğursuzluq siyahısına Şimali İrlandiyanın "Linfild" klubu ilə oyunlardan sonra növbəti nümunələri əlavə etmək məcburiyyətində qalacağıq.

Rəy bildir +
Oxşar xəbərlər
Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?
20:1715 avqust

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?

Artıq sabah futbol üzrə ölkə çempionatının yeni mövsümü start götürəcək. Bir neçə gün öncəsinə qədər ölkə xaricində olan Premyer Liqa klubları çempionatın başlamasına qalan sayılı günləri ölkə daxilində gündəlik məşq prosesi ilə keçirdi. Təbii ki, elita klublarının yeni mövsüm ərəfəsində hansı

Rəqiblərimizi tanıyaq:   Köhnə tanışlarla yeni mübarizə
16:5806 avqust

Rəqiblərimizi tanıyaq: Köhnə tanışlarla yeni mübarizə

Bizim üçün dörd komanda ilə başlayan Avrokubok mövsümündə mübarizəni ilk mərhələdə dayandıran "Səbail"ə ikinci təsnifat mərhələsində ölkə kubokunun qalibi "Qəbələ" də qoşuldu. Digər iki komandamız "Qarabağ"la "Neftçi" isə artıq pley-off mərhələsinin astanasındadır. Bu mərhələyə yüksəlmək üçün

Avrokubokdakı   təmsilçilərimiz nə vəd edir?
18:0506 iyul

Avrokubokdakı təmsilçilərimiz nə vəd edir?

Ölkəmizdə futbol mövsümü başa çatan kimi üç gün ara ilə milli komandamızın iki məğlubiyyətinə üzüldük. Həmin yenilgilər ətrafında müzakirələr yenicə başa çatmışdı ki, bir də gördük ki, artıq 2018/2019-su illər mövsümünün avrokuboklar oyunları qapının kandarındadır. Artıq sabah Çempionlar

Çempionlar Liqası  adlı gözəlin 4 "adaxlısı"
18:2930 aprel

Çempionlar Liqası adlı gözəlin 4 "adaxlısı"

Məlum olduğu kimi, bu gün və sabah UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. İlk oyun günündə "Tottenhem" - "Ayaks" görüşü baş tutacaq. Ertəsi gün isə "Barselona" "Liverpul"u qəbul edəcək. Oyunlar ərəfəsində komandaların düşərgəsinə boylanmaqla son vəziyyətin necə

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU