İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR



Lətifələrin reytinqi

5-ci yer
Dərdayıl bir gün içir, girir hamama. Duşa deyir ki, niyə ağlayırsan?
Oturub o da ağlayır.

4-cü yer
Türkiyədə bir 70 yaşlı xala gəlir Show TV kanalındakı evlənmə verilişinə.
Qarşısına çıxan kişiyə ağız büzüb söyləyir:
- Mən elektrik ala bilmədim.
Aparıcı deyir:
- Ay xala, sən nəfəs aldığına şükür et!

3-cü yer
Bir tələbə qız atasına sms yazır ki, ay ata, mənə təcili 100 manat pul göndər. Dəftər, məftər, ruçka, muçka almalıyam.
Atası 50 manat göndərib yazır: "Dəftərnən ruçkanı al, məftərnən muçkanı sonra alarsan".

2-ci yer
Bir kəndlinin bir keçisi varmış, gündə 5 litr süd verirmiş. Yerli icra nümayəndəsi bu keçini dövlət fermasına götürməyi qərarlaşdırır. Kəndliyə yaxşı pul verib keçini alırlar.
Amma fermaya gedən gün keçi cəmi 2 litr süd verir.
"Keçiyə nə oldu?" deyə mütəxəssislər baş sındırarkən keçi qəfildən dil açıb söyləyir:
- Artıq çox işləməyə gərək yox, mən dövlət məmuruyam.

1-ci yer
Rusiyanın Anekdotı.ru portalında həftənin lətifəsi.
Vladimir Putin Vladivostoka səfərə gedir, akt zalında şəhər sakinləri qarşısında çıxış edir:
- Hörmətli yoldaşlar, çox təəssüflə qeyd etməliyəm ki, dünyada baş verən iqtisadi böhran bizi də bürüməkdədir. Nə gizlədim, 2020-ci ildə bizim ət almağa imkanımız olmayacaq.
Zala tam sakitlik çökür.
Bir nəfər yerindən dillənir:
- Bu bizi qorxutmamalıdır. Biz sutkada 8 saat yox, 10 saat işləyərik.
Zalı alqış səsləri bürüyür. 
Putin çıxışını davam etdirir:
- Bu hələ harasıdır. 2021-ci ildə süd məhsullarını almağada pul tapmayacaqsız.
Həmin adam yenə ayağa durur:
- Sutkada 16 saat işləyərik.
Yenə də zalı alqış sədaları bürüyür.
Putin davam edir:
- Sizdən gizlətmirəm, 2022-ci ildə bizi daha böyük fəlakət gözləyir. Çörək almağa belə imkanımız olmayacaq.
Həmin adam yenə ayağa durur:
- Vladimir Vladimiroviç, sutkada 24 saat işləyərik.
Yenə zalı sürəkli alqışlar bürüyür. Putin alqışları kəsib həmin adama sual verir:
- Ay yoldaş, sən harda işləyirsən?
- Qəbirstanlıqda. Qəbir qazıram!

***

Ailə təsnifatı

Qaynana - çaydana bənzəyir, şaqqaşaq qaynayır.
Gəlin - çaynikə bənzəyir, sakit-sakit dəmləyir.
Bəy - stəkan kimidir, bir az gəlin doldurur, bir az da qaynana.
Baldız - çay qaşığı kimidir, arada gəlir, ortalığı qarışdırır.
Uşaq - bal kimidir, hər şeyi şirinləşdirir.

***

Xoxol dialoqu

- Taras, niyə NATO Liviyanı bombaladı? Axı orda təhsil və tibb pulsuz idi. Korrupsiyaya görə ölüm cəzası verilirdi. Mənzil almağa, avtomobil almağa 0 faizlə kredit verilirdi, işsizlərə ayda 700 dollar müavinət ödənirdi, benzinin litri cəmi 10 sentə idi.
- Heç demə, Dim, doğrudan da bombalanası ölkəni səhv salıblar.

***

Etiraf 

Evlər böyüdü, amma ailələr kiçildi. 
Kosmos yaxın, amma qonşu uzaq oldu. 
Zəka artdı, amma vicdan azaldı.

***

Dialoq

Uşaq:
- Atacan, aptekin üstündəki bu şəkil nə şəkildir?
Ata:
- Oğlum, o sənin anandır, dondurma yeyir.

***

Gülməcə

- Əzizim, bu gün toyumuzun ildönümüdür. Bəlkə bir cücə kəsək?
- Cücənin bura nə dəxli? Sənin qardaşını kəsmək lazımdır, bizi o tanış edib.

***

Gülməcə
- Suda batan deputata ipin hansı ucunu atmaq lazımdır?
- Hər iki ucunu.

***

Kəlam

Statistikaya görə, yer üzündə ən keyfiyyətli binalar Azərbaycandadır, çünki Azərbaycandakı fəhlələrin əksəriyyəti ali təhsillidir.

***

Vəsiyyət

Mən öləndə qəbrimə nə mərmər qoyun, nə ətrafında gül-çiçək əkin. Dost-tanış qəbrimə baş çəksin deyə ora vay-fay çəkin.

***

Qara yumor

Bir kişinin 32 dişi var, amma bu dişlərin hamısını tökən bir "dişi" var.

***

Sual-cavab

Jurnalist - Niyə sizin ölkədə özəl, ödənişli məktəblər yoxdur?
Finlandiyanın təhsil naziri - Bu təhsildir, ticarət deyil!

***

Deyim

Müxalifətçiləri korrupsiyanın ölçüsündən çox orada iştirak edə bilməmələri hiddətləndirir.
Rəy bildir +
Oxşar xəbərlər
OXUMASANIZ DA OLAR
17:0713 iyun

OXUMASANIZ DA OLAR

Səhərdir. Marşrut avtobusda səssizlikdir. Birdən qabaq cərgədə oturan kişinin telefonuna zəng gəlir. Amma zəng melodiyadan ibarət deyil, it hürməsi səsidir. O, "yes" düyməsini basıb telefonu qulağına yaxınlaşdırır və zərif-zərif söyləyir: - Bəli, əzizim.

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir 

OXUMASANIZ DA OLAR
16:3930 may

OXUMASANIZ DA OLAR

Təzə doğulmuş körpə dil açır. Ilk dediyi söz "baba" olur. Bir gün sonra babası dünyasını dəyişir. Uşağın növbəti işlətdiyi söz "nənə" olur. Səhərisi gün nənəsidə dünyasını dəyişir. Sonra uşaq "bibi" və "dayı" deyib bibisini və dayısını da o dünyaya yola salır. Növbəti gündə uşaq "ata" deyir.

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Oxumasanız da olar
17:3216 aprel

Oxumasanız da olar

Rusiyanın Anekdotı.ru portalında həftənin lider lətifəsi: Bizdə, Rusiyada özünüz bilirsiniz də, necə demokratiya var. İnsanlar, özünüz bilirsiniz, hansı şəxs haqqında, özünüz bilirsiniz, hansı sözləri söyləməkdən əsla qorxmurlar.