İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Bəxtəvər ingilislər


Bu həftə Böyük Britaniyada yaşayan sevgili cütlük - Adam Steypls və Liza Qreys ölkə tarixində ən böyük xəzinə tapmaqla tarixə düşdülər.

Onlar Somerset qraflığında həyətyanı sahəni qazarkən oradan 1000 il bundan əvvəl torpağa basdırılan 2571 ədəd gümüş sikkə aşkarlamaqla kral II Haroldun dövründə kəsilən gümüş sikkələri üzə çıxarmağa nail olmuşlar. Həmin kral cəmi 9 ay taxtda qaldığından bu pullar nadir tarixi əhəmiyyət kəsb edir.

Xəzinə 5 milyon funt sterlinq (10,5 milyon manat) dəyərində dəyərləndirilib, xəzinəni tapıb dövlətə təhvil verən Adam və Liza onun 20%-i dəyərində qazanc əldə ediblər, bu da 2,1 milyon manata bərabərdir.

Bəxtəvərlərin həyatı dəyişib!



Tapdıq Namazov


Dələduzluqda ittiham edilərək axtarışa verilən və yalnız indı - 6 il sonra həbs edilən iş adamı Tapdıq Namazov bu həftə Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, mənimsəmə və vəzifə saxtakarlığında təqsirləndirildi və hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə 10 il müddətinə azadlıqdan məhrum edildi.

Təsəvvür edin ki, bu novostroyka tikən işbaz Bakı şəhəri ərazisində yerləşən Omaks - 3 MTK-nın rəhbərlərindən biri olub, eyni mənzili bir neçə nəfərə satmaq yolu ilə dələduzluq edib, 18 nəfərdən üst-üstə 568 min manat pul əldə edib. Barəsində cinayət işi başlandıqdan sonra ölkəni tərk edib. Haqqında axtarış qərarı çıxarılıb və budur, o, ələ keçib.

Siz bir tamahkarlığın masştabına baxın e!


Ansu Fati


Təbii ki, ölkənin futbol azarkeşləri "Qarabağ" və "Neftçi" cəbhəsinə bölündükləri kimi, eləcə də "Qalatasaray" və "Fənərbağça", habelə "Barselona" və "Real" cəbhəsinə də bölünüblər. Bu həftə "Barsa" da tarixi bir hadisə baş verdi, La liqanın 2-ci turunda "Barsa"nın "Betis" üzərindəki 5:2-lik qələbəsinə imza atan futbolçular sırasında 78-ci dəqiqədə Karlos Peresin əvəzinə meydançaya çıxan əslən qvineya-bissaulu Ansu Fati də yer aldı.

Cəmi 16 yaş 300 günlüyündə ulduz komandanın ulduz heyətində debüt edən Fati bununla da tarixə düşdü, son 78 ilin ən gənc yaşda debüt edən futbolçusu oldu. (1941-ci ildə Visente Martines 15 yaş 298 günlüyündə "Barsa" heyətində debüt etmişdi.)

Qeyd edək ki, kataloniyalıların futbol akademiyasının ən perspektivli oyunçularından olan Fatinin transfer qiyməti 100 milyon avroya bərabərdir.

Doğrudan da, valideynlərinə xoşbəxtlik gətirən övlad bax belə olar!



Cahangir Hacıyev


Azərbaycan Beynəlxalq Bankı ASC-nin idarə heyətinin sabiq sədri Cahangir Hacıyevin cinayət işi üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutdu. 17 il həbs cəzası tələb olunan Cahangir müəllimin ayağındakı cinayətlər çoxusuna məlumdur.

- Real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 897 milyon avro məbləğində müqavilələr bağlanaraq qanunsuz veksel əməlliyyatları aparılıb;

- Çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirərək 900 milyon manat həcmində pul vəsaiti bankdan digər hesablara köçürülüb;

və s. və i.

Amma bununla belə, məhkəmədə C.Hacıyevin vəkili Aqil Layıcov müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamı əsassız adlandırdı, dedi ki, qaranlıq otaqda qara pişik axtarmaq olmaq, xüsusən də o otaqda həmin pişik yoxdursa.

O bir məsəl var e, deyirlər utanmasan, oynamağa nə var.

C.Hacıyevin Londonda yaşayan həyat yoldaşının təkcə elə şirniyyat və kosmetika mağazalarında xərclədiyi yüz minlərlə funt sterlinq, təkcə elə itinin geyiminə xərclədiyi on minlərə görə bütün dünya bizi harınlıq və israfçılıq etalonu hesab edib lağa qoyurdu, nə tez unutdunuz?

Ayıbdır vallah!


Baş infeksionist


Bu həftə Bakışəhər Xətai rayon sakini Cəlal İsayev polisə ərizə ilə müraciət edərək yaşadığı evdən 72 min ABŞ dolları (122 000 AZN), 36 500 AZN dəyərində də qızıl-zinət əşyaları oğurlandığını bildirdi.

Polisimiz də oğruların axtarışına başladı.

Məlumat üçün bildirək ki, Cəlal İsayev ölkənin baş infeksionistidir.

158 000 manatının oğurlanması müqabilində təbii ki, çoxunuz ona sual vermək istəyərdiniz: Cəlal müəllim, hardandır sizdə bir o qədər pul?!

Doğrudan da, hər şeydən, hətta infeksiyadan da böyük pullar qazanmaq olurmuş.


Yaşlı deputatlar


Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin payızında keçiriləcək, seçkilərin ertələnəcəyi barədə söylənilənlər də hələ ki, özünü doğrultmur. Bu həftə media parlamentdəki bəzi deputatların yaşlarını gündəmə gətirdi, izahat verdi ki, onların deputat mandatları ilə hökmən vidalaşacaqları qaçılmazdır. Ən yaşlıların siyahısına isə 30 ilə yaxındır deputatlıq edən müğənni Zeynəb Xanlarova başçılıq edir.

1. Zeynəb Xanlarova, 83 yaş.

2. Ağacan Abıyev, 82 yaş.

3. Yaqub Mahmudov, 80 yaş.

4. Arif Rəhimzadə, 79 yaş.

5. Xanhüseyn Kazımlı, 78 yaş.

6. Eldar İbrahimov, 75 yaş.

7. Rafiq Məmmədhəsənov, 75 yaş.

8. Hüseynbala Mİrələmov, 75 yaş.

9. Valeh Ələsgərov, 74 yaş.

10. Əlağa Hüseynov, 74 yaş.

və s. və i.

Olsun ki, həqiqətən bu yaşlı insanlar parlamentdən uzaqlaşdırılsınlar. Amma bu humanist addımdırmı? İnsanlar darıxmamaq üçün parlamentə gəlirdi, həmkarlarıyla söhbətləşirdi, bufetdə çay içirdi, iclaslarda mürgüləyirdi, beləcə də vaxt öldürürdü.

İndi onlar darıxacaq axı!

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
11:4504 iyun

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Parlamentimiz ötən gün keçirilən plenar iclasında Miqrasiya Məcəlləsində dəyişiklik layihəsini müzakirə etdi. Dəyişikliklərdən ən diqqət çəkəni ölkəmizə gələn əcnəbilərin ümumi yox, yaşadığı ərazi üzrə qeydiyyata alınacağı oldu. Və bu dəyişikliyə deputatlardan bəziləri, məsələn, Qüdrət Həsənquliyev

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
15:5314 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

  Bu həftə Gürcüstanın Loqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində polislə yerli sakinlər arasında insident baş verdi. Belə ki, polis azərbaycanlıya məxsus avtomobili heç bir qanun pozuntusuna yol verməsə belə saxlayıb, onun xəstəxanaya tələsdiyinə də əhəmiyyət vermədi. Yaranan

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.